Yeni Fərmanla birdəfəlik ödəmələr 12268 şəhidin vərəsələrini əhatə edir
01.02.2019 [09:51]
Prezident İlham Əliyevin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 2019-cu il 30 yanvar tarixli Fərmanı ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin, onların rifah halının yaxşılaşdırılmasının dövlət başçısının uğurlu sosial siyasətinin əsas istiqamətlərindən olduğunu bir daha təsdiq edir. Fərmana əsasən, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli deyib.
O bildirib ki, Prezident İlham Əliyevin yeni Fərmanı birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsini daha da genişləndirib. “Dövlət başçısının növbəti humanist təşəbbüsü ilə əlavə olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11 min manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur”.
Mustafa Abbasbəylinin sözlərinə görə, ümumilikdə, 2007-ci ildən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği 3 dəfə artırılıb: “Prezident İlham Əliyevin 2019-cu il yanvarın 28-də imzaladığı digər Fərmanla isə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat vəsait ayrılıb. Bu da qeyd olunan kateqoriyaların mənzillə təminatı tədbirlərinin uğurla və yüksələn xətlə davam etdirilməsinə imkan yaradır.
Qeyd edək ki, ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 6654 mənzil, o cümlədən, 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. 2019-cu ildə isə həmin vətəndaşlara azı 800 mənzil təqdim olunacaq”.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

