/ / Azərbaycanda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir
Azərbaycanda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir
02.02.2019 [10:12]
Ekspertlər qeyd edirlər ki, Prezident İlham Əliyevin şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Fərmanı dövlətimizin başçısının şəhid ailələrinə xüsusi qayğısının daha bir ifadəsidir
Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bütün sahələrdə möhtəşəm nailiyyətlərin qazanılmasını təmin edir. Buna paralel olaraq ölkəmizdə səmərəli sosial siyasət həyata keçirilir, vətəndaşlar yüksək dövlət qayğısı ilə əhatə olunublar. Bu istiqamətdə mütəmadi olaraq Fərman və sərəncamlar imzalanır, müvafiq qərarlar qəbul olunur.
Qeyd etmək lazımdır ki, ölkəmizdə əhalinin bütün təbəqələri kimi şəhid ailələri, müharibə əlilləri də yüksək dövlət qayğısı ilə əhatə olunublar. Dövlətin şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğı cəmiyyətdə olduqca yüksək qiymətləndirilir. Yeri gəlmişkən, 2018-ci ildə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı ilk Fərmanın şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olması, şübhəsiz ki, həmin ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasının dövlət başçısının uğurlu siyasətinin başlıca məqsədlərindən biri olduğunu bir daha təsdiq edib. Qeyd edək ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Vurğulayaq ki, ölkəmizdə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanının icrasına ötən il noyabrın 14-dən başlanılıb. Şəhidlərin vərəsələrinə birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Ötən dövrdə 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib. Hazırda şəhid hərbi qulluqçuların vərəsələrinə ödənişlərin həyata keçirilməsi müvafiq qaydada davam etdirilir. Dövlət başçısının 28 yanvar 2019-cu il tarixində imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanla birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsi daha da genişlənib. Belə ki, sənədə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.
Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev yanvarın 30-da şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında da Fərman imzalayıb. Fərman şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzalanıb. Fərmana əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Ekspertlər qeyd edirlər ki, Prezident İlham Əliyevin şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Fərmanı dövlətimizin başçısının şəhid ailələrinə xüsusi qayğısının daha bir ifadəsidir. Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, Azərbaycanda həyata keçirilən uğurlu və məqsədyönlü sosial siyasətin mühüm istiqamətlərindən biri şəhid ailələri və müharibə əlillərinə yüksək dövlət qayğısının göstərilməsidir: “Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşməsi ölkə rəhbərliyinin şəhid ailələrinə, müharibə əlillərinə diqqət və qayğısının daha bir ifadəsidir. Bununla yanaşı, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox mühüm qərarlar qəbul edilir. Prezident İlham Əliyevin şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Fərman imzalaması onlara yüksək diqqət və qayğının bariz nümunəsidir”.
Millət vəkili əlavə edib ki, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlər görülür: “Prezident İlham Əliyev bəhs olunan görüş zamanı diqqətə çatdırdı ki, bundan sonra da vətəndaşların sosial məsələləri daim diqqət mərkəzində olacaq. Dövlətimizin başçısı bildirdi ki, şəhid ailələri üçün bundan sonra da evlər tikilib istifadəyə veriləcək”.
A.Hüseynovun sözlərinə görə, bütövlükdə, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması daim dövlətimizin başçısının diqqətindədir və bu istiqamətdə mühüm addımlar atılması təqdirəlayiq haldır.
Milli Məclisin deputatı İlham Məmmədov isə bildirib ki, Azərbaycanda uğurlu sosial-iqtisadi siyasət həyata keçirilir və bu, ölkəmizin hərtərəfli inkişafına xidmət edir: Onun sözlərinə görə, beynəlxalq reytinq agentliklərinin hesabatları da ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətləri əks etdirir və Azərbaycanın dinamik inkişafa malik olduğunu nümayiş etdirir: “Təbii ki, güclü iqtisadi potensiala malik olan Azərbaycanda uğurlu sosial siyasət həyata keçirilir və əhalinin yüksək dövlət qayğısı ilə əhatə olunması bu siyasətin səciyyəvi xüsusiyyətlərindən biridir. Yəni ölkəmizdə həyata keçirilən şəhid ailələrinə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Elə, müharibə veteranlarına yüksək diqqət və qayğının göstərilməsi də bu reallığı əks etdirir. Ötən müddətdə şəhid ailələrinə və müharibə əlillərinə 6654 mənzil verilib. Keçən il isə onlara 626 mənzil verilib və cari ildə həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulub”.
“Məlum olduğu kimi, dövlətimizin başçısı yanvarın 30-da şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Fərman imzalayıb. Əlbəttə, Prezident İlham Əliyevin şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Fərmanı şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Bu həm də şəhid ailələrinə dövlət qayğısının davamlı xarakter daşıdığını göstərir”, - deyə millət vəkili vurğulayıb.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
17 May 18:42
Siyasət
17 May 18:37
Dünya
17 May 18:17
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23

