Minimum aylıq əməkhaqqının artırılmasından 600 minədək vətəndaşın faydalanacağı gözlənilir
09.02.2019 [10:47]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamına dəyişiklik edilməsi barədə” 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə minimum əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn AZƏRTAC-a bildirib ki, ölkəmizdə işçilərin maddi-sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi aparılan sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Məhz sözügedən Sərəncam da bu məqsədlərə xidmət edir və ondan 600 minədək vətəndaşın faydalanacağı gözlənilir: “Prezidentin Sərəncamı ilə minimum aylıq əməkhaqqının 38,4 faiz artırılması əhalinin gəlirlərinin artırılması, rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır. Minimum əməkhaqqının hazırkı artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Belə ki, dövlət sektorunda işləyən 450 min nəfər və özəl sektorda işləyən 150 min nəfər bu Sərəncamdan faydalanacaq. Yəni dövlət sektoru üzrə 450 min işçinin əməkhaqları 30 faiz, özəl sektor üzrə 150 min işçinin əməkhaqları 15-20 faiz artacaq. Bununla yanaşı vergi və sığorta yığımları 150-200 milyon manat artacaq. Xüsusən də bu artım nəticəsində qadınların orta aylıq əməkhaqqı kişilərin orta əməkhaqqına yaxınlaşacaq.
Bildiyiniz kimi son illər minimum aylıq əməkhaqqının məbləği davamlı olaraq artırılır. 2004-cü illə müqayisədə minimum əməkhaqqı 6,5 dəfə artaraq 2018-ci ildə 130 manat təşkil edib. Yeni Sərəncamla isə minimum aylıq əməkhaqqının məbləği əhəmiyyətli dərəcə artıb və minimum aylıq əməkhaqqı yaşayış minimumu ilə bərabərləşib. Bildiyiniz kimi ölkə üzrə minimum aylıq əməkhaqqı 130 manat, yaşayış minimumu 180 manat, ehtiyac meyarı 143 manat idi. Bu Sərəncamdan sonra isə minimum aylıq əməkhaqqı yaşayış minimumuna bərabərləşdi və orta əməkhaqqının 33 faizini təşkil etdi. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il 10 ay ərzində isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Eyni zamanda ölkə iqtisadiyyatının güclənməsi ilə qarşıdakı illərdə minimum aylıq əməkhaqqının daha da artırılacağı gözlənilir”.
Ramil Hüseyn qeyd edib ki, minimum əməkhaqqının artımı əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək. Eyni zamanda nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinə əsasən müxtəlif amillərə görə işçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qadağan edilir.
Qeyd edək ki, sözügedən Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın. Həmçinin Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Xəbər lenti
Hamısına baxİdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55

