/ / Mirzəcan Xəlilov: Sumqayıtda böyük sənaye müəssisələrinin yaradılması ölkəmizin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırır
Mirzəcan Xəlilov: Sumqayıtda böyük sənaye müəssisələrinin yaradılması ölkəmizin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırır
22.02.2019 [16:10]
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin şəhər və bölgələrinə hər bir səfəri ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Çünki bu səfərlər quruculuğu, inkişafı və tərəqqini özündə ehtiva edir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.
M.Xəlilov bildirib ki, fevralın 18-də Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, dövlət başçısının Sumqayıta hər səfəri zamanı yeni-yeni müəssisəslərin açılışı gerçəkləşir. Bu da bütövlükdə ölkəmizin sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin yaradılmasına xidmət edir.
“Ölkədə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında reallaşdırılan məqsədyönlü siyasət sayəsində təkcə son vaxtlarda bir neçə iri istehsal müəssisəsi fəaliyyətə başlayıb və respublikamızın sənaye xəritəsi əhəmiyyətli dərəcədə zənginləşib. Fevralın 18-də isə Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən daha bir nəhəng sənaye müəssisəsi - yüksəksıxlıqlı polietilen zavodu Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Dövlət başçısı müəssisənin kollektivi ilə görüşündə yeni istehsalatın istifadəyə verilməsini əlamətdar hadisə kimi səciyyələndirib. Qeyd edim ki, “SOCAR Polymer”in istifadəyə verilməsi Azərbaycanın qeyri-neft ixracını 15 faiz artırır. Bütövlükdə, Sumqayıtda böyük sənaye müəssisələrinin yaradılması ölkəmizin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırır. Xatırladım ki, Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı əsasında təşkil olunan Sumqayıt Kimya Sənaye Parkı respublikamızda yaradılan ilk sənaye parkıdır. Parkın 508 hektarlıq ümumi ərazisinin 450 hektarı sənaye zonasıdır. Artıq burada bir sıra böyük müəssisələr fəaliyyət göstərir. Sumqayıtda yeni sənaye istehsalatlarının istifadəyə verilməsi ilə paralel şəkildə, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və abadlaşdırılması da diqqət mərkəzində saxlanılır. Bu gün Sumqayıt yüksək ekoloji standartlara uyğun şəhərlərdən biridir. Ümumiyyətlə, son vaxtlarda şəhərin inkişafı ilə bağlı böyük işlər görülüb, burada müxtəlif təyinatlı infrastruktur obyektləri istifadəyə verilib. Sumqayıt bulvarının salınması, yeni parkların, digər istirahət guşələrinin istifadəyə verilməsi sakinlərdə böyük məmnunluq yaradır. Cənab Prezidentin fevralın 18-də Sumqayıta səfəri çərçivəsində burada inşa edilən dənizkənarı bulvarda yaradılan şəraitlə tanış olması və şəhər sakinləri ilə səmimi söhbəti xalq-Prezident birliyinin bariz nümunəsidir. Bütün ölkə vətəndaşları kimi sumqayıtlılar da Prezident İlham Əliyevin ətrafında sıx birləşib və dövlət başçısının siyasətini birmənalı şəkildə dəstəkləyirlər”-deyə, millət vəkili vurğulayıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05

