/ / BDU-da “Prezident İlham Əliyevin siyasəti: güclü Azərbaycan, dayanıqlı sabitlik” mövzusunda konfrans keçirilib
BDU-da “Prezident İlham Əliyevin siyasəti: güclü Azərbaycan, dayanıqlı sabitlik” mövzusunda konfrans keçirilib
12.03.2019 [10:16]
Bakı Dövlət Universitetində (BDU) “Prezident İlham Əliyevin siyasəti: güclü Azərbaycan, dayanıqlı sabitlik” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov Ümummilli Lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Nazir müavini Ümummilli Lider Heydər Əliyevin siyasəti nəticəsində Qərbin iri neft şirkətləri ilə uğurlu danışıqlar aparılaraq 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalandığını xatırladıb. Bu sazişin, eləcə də həyata keçirilən digər böyük layihələrin müstəqil Azərbaycanın inkişafında mühüm rolunu vurğulayıb.
Firudin Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, ölkənin sosial-iqtisadi inkişafının daha da yüksəldiyini qeyd edib. O, ölkə rəhbərinin şəhid ailələri, müharibə veteranları və əlilləri, məcburi köçkünlərin problemlərinin həlli, minimum əməkhaqqının, tələbələrin və doktorantların təqaüdlərinin artırılması, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı imzaladığı sərəncamları, gənclərin sosial, təhsil, karyera və mədəni inkişaf məsələlərinin həllini təmin etmək məqsədilə gördüyü genişmiqyaslı işləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əhəmiyyətindən danışıb. Bildirib ki, müasir müstəqil Azərbaycan Respublikası daha da güclənib, dünyada söz sahibi olan dövlətə çevrilib. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi, aparılan sistemli islahatlar hər bir vətəndaşın rifahının yüksəlməsinə yönəlib. Hicran Hüseynova, həmçinin ailə strategiyası layihəsi və ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər və layihələr barədə məlumat verib. Bildirib ki, Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi ilə yanaşı, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının qarşısının alınması, qadın sahibkarlığının inkişaf etdirilməsi məqsədilə mühüm dövlət sənədləri qəbul olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modelinin Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da gücləndirilməsi və dünyada nümunə kimi qəbul edilməsindən danışıb. Eyni zamanda, Azərbaycanın dünyada həmrəyliyin inkişafına dəstəyi, ölkəmizdə multikulturalizm və İslam həmrəyliyi, bütün dinlərin nümayəndələrinin sülh və tolerant şəraitdə yaşaması barədə fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, BDU-nun professoru Nuru Məmmədov, filologiya fakültəsinin tələbəsi Əliqulu Bədirli və digər çıxış edənlər də Prezident İlham Əliyev siyasətinin əhəmiyyətindən, respublikamızda gənclərə, onların təhsilinə göstərilən diqqət və qayğıdan danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

