/ / “Dəyişikliklərin idarə olunması və dövlət idarəçiliyi” dərsliyi idarəetmənin elmi-nəzəri əsaslarının öyrənilməsi üçün mötəbər mənbədir
“Dəyişikliklərin idarə olunması və dövlət idarəçiliyi” dərsliyi idarəetmənin elmi-nəzəri əsaslarının öyrənilməsi üçün mötəbər mənbədir
13.03.2019 [10:14]
Müasir dövrdə idarəetmənin təşkili və əsaslarının öyrənilməsi sosial elmlərin mühüm tədqiqat obyekti qismində çıxış etməkdədir. Ümumiyyətlə, idarəetmə anlayışı özündə müxtəlif institusional məfhumları və səviyyələri ehtiva edir. İdarəetmənin səmərəliliyi isə çoxkomponentli olmaq etibarilə sistemli prosesin qanunauyğun nəticəsi kimi çıxış edir. Hər bir sahə və ya sektorda idarəetmə prosesinin səmərəli təşkil edilməsi üçün ilk növbədə onun elmi-nəzəri əsaslarının düzgün müəyyənləşdirilməsi lazımdır. Lokal və ya qlobal səviyyəli olmasından asılı olmayaraq, idarəetmənin elmi-nəzəri və konseptual əsaslarının düzgün müəyyənləşdirilməsi üçün fundamental araşdırmalar, analitik materiallar ortaya çıxarmaq mühüm əhəmiyyətə malikdir. Bu nöqteyi-nəzərdən, müxtəlif sahələrdə idarəetmə ilə bağlı əsaslı tədqiqatlar aparan araşdırmaçı-alimlərin əsərləri faydalı elmi-nəzəri baza kimi çıxış edir.
Bu gün siyasi, iqtisadi, mədəni, hərbi, sosial və digər sahələrdə idarəetmə ilə bağlı müxtəlif xarakterli əsərlər işıq üzü görməkdədir. Bu əsərlərdə müxtəlif cəmiyyət və dövlətlərin idarəetmə təcrübəsinin və modellərinin öyrənilməsi ilə yanaşı, konkret elmi-praktik, nəzəri-metodoloji tövsiyə və təkliflər yer alır ki, bütün bunlar konkret idarəetmə nümunəsi kontekstində strateji əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında da müxtəlif sahələrdə idarəetmənin təşkili ilə bağlı elmi-nəzəri və analitik-empirik tədqiqatlar ortaya qoyulur. Bu baxımdan, Ziyafət Həbibova və Məftunə Abdullayevanın həmmüəllifliyi ilə işıq üzü görən “Dəyişikliklərin idarə olunması və dövlət idarəçiliyi” adlı dərslik fundamental elmi-nəzəri mənbə kimi dəyərləndirilə bilər. Dərslikdə son illər dövlət idarəçiliyində yeni tendensiya olan dəyişikliklər və onların idarə edilməsi qanunauyğunluqları nəzəri-konseptual olaraq öz əksini tapıb. Eyni zamanda, müasir dövrdə dünya dövlətlərinin idarəetmə sistemindəki dəyişikliklərin hansı səbəblərdən qaynaqlandığı araşdırılaraq dəyişikliklərin idarə edilməsi AKİT (Avropa Keyfiyyətli İdarəetmənin Təməlləri) modeli əsasında işlənib, onun nəzəri və tətbiqi sahələrində öz təsdiqini tapan sxem və layihələrlə izah edilib.
Dərsliyin “Dövlət və dövlət idarəçiliyi: tarix və müasir paradiqmalar” adlı birinci bölməsində dövlət idarəetmə institutu kimi xarakterizə edilib, hüquqi dövlətə dair konsepsiyalar, onun siyasi mahiyyəti və demokratik əsaslarından bəhs olunub, dövlət və vətəndaş cəmiyyətinin qarşılıqlı münasibəti diqqətə çatdırılıb. Qeyd edilib ki, hüquqi dövlət vətəndaş cəmiyyətinin rəsmi ifadəsidir, onun siyasi varlığının inikasıdır. Həmin bölmənin ikinci fəslində “dövlət idarəçiliyi və müasir problemlər” məsələsi elmi-nəzəri və analitik-empirik tədqiqat obyektinə çevrilib. Bu fəsildə həmçinin dövlət idarəçiliyi məsələsinə müxtəlif yanaşmalardan bəhs edilib, siyasi bürokratiya və klassik tipli bürokratiyanın müqayisəli xarakteristikası verilib. Müəlliflər dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi məsələsinə də ayrıca nəzər salıblar. Ötən əsrin 80-ci illərinin əvvəllərində dövlətlə özəl sektor arasında xüsusi münasibətlərin xarakterizə edilməsi üçün dövriyyəyə buraxılan “dövlət-özəl tərəfdaşlığı” anlayışı da (Public-Private Partnership) dərslikdə yer alan məsələlər sırasındadır. Müəlliflər qeyd edirlər ki, dövlət-özəl tərəfdaşlığı iki mənada başa düşülür. Nəzəri kontekstdə bu, dövlət və biznesin müqavilə formasında münasibətlər sistemidir ki, ondan milli, beynəlxalq, regional, şəhər, bələdiyyə, iqtisadi və sosial inkişafda planlaşdırmanın aləti kimi geniş istifadə edilir. Praktiki nöqteyi-nəzərdən bu, müxtəlif dövlət orqanları və biznes sektorunun reallaşdırdığı konkret layihələrdir.
Dərslikdə dövlət idarəçiliyində keyfiyyətin qiymətləndirilməsi məsələsinə dair elmi-nəzəri və konseptual məsələlər öz əksini tapıb. Qeyd edilib ki, keyfiyyətli idarəetmə probleminin məzmunundan asılı olaraq dövlət idarəçiliyinin səmərəliliyinin qiymətləndirilməsi, dövlət və onun institutlarının müxtəlif xüsusiyyətlərinin dəyərləndirilməsi üçün dövlətin özünün müəyyən idarəetmə orqanlarından, hökumət idarələrindən istifadə olunur. Dövlət idarəetməsinin müxtəlif parametrlərini əks etdirən xüsusiyyətlər 6 indeksdən ibarətdir. Buraya səs və hesabatlılıq indeksi; siyasi sabitlik və zorakılıq indeksi; dövlət idarəçiliyinin keyfiyyəti və hökumətin effektivliyi indeksi; qanunvericilik keyfiyyəti indeksi; qanunun aliliyi indeksi; korrupsiyaya qarşı mübarizə indeksi daxildir. Bu fəsildə həmçinin dövlət idarəçiliyində motivasiya məsələsindən bəhs edilib. A.Maslounun “Tələbatların iyerarxiyası”, M.Klellandın “Tələbat nəzəriyyəsi”, F.Hersberqin “İkiamilli nəzəriyyə”, V.Vrumun “Gözləmə nəzəriyyəsi” və digər bir sıra nəzəriyyələr əsasında dövlət idarəçiliyində motivasiyanın rolu və təsirinin əhəmiyyətinə nəzər yetirilib.
“Dəyişikliklərin idarə olunması və dövlət idarəçiliyi” adlı dərsliyin “Dövlət idarəçiliyi və informasiya” adlı üçüncü fəslində isə elektron hökumətin idarəçilikdə roluna toxunulub. Bildirilib ki, elektron hökumət ənənəvi hökumətin tamamlayıcısı və ya analoqu deyil, o, dövlət qulluqçularının və vətəndaşların dövlət xidmətlərinə müraciətinin səmərəliliyini artırmaq üçün yeni qarşılıqlı təsir imkanlarını müəyyənləşdirən siyasi institutlaşma formasıdır. Dövlət idarəçilik sistemində elektron hökumətin yaradılması sənədlərin təhlil və idarə olunması, onların emalı prosesləri ilə bağlı dövlət tərəfindən genişmiqyaslı vəzifələrin həllini həyata keçirən dövlət idarəetmə sisteminin qurulmasını nəzərdə tutur. Bu fəsildə həmçinin “informasiya dövləti” anlayışından istifadə edilib və onun mahiyyəti geniş izah edilib. Qeyd olunub ki, dövlət idarəçiliyində informasiya paradiqması yeni tip hakimiyyət strukturu kimi informasiya dövlətinin formalaşdırılmasını nəzərdə tutur. İnformasiya paradiqması idarəetmə strukturlarının təşkilində şəbəkə prinsipinin tətbiqi və idarəetmə problemlərinin təhlili üçün alət olaraq yumşaq düşüncə tələb edir. Müasir informasiya dövləti canlı orqanizm modeli əsasında təşkil olunmalıdır, burada biliklər və informasiya inkişafın aparıcı faktoruna çevrilir.
Dərsliyin ikinci bölməsi “Dəyişikliklərin idarə edilməsi” adlanır. Burada dəyişikliklərin idarə edilməsinin xarakteristikası, inzibati sahələrdə dəyişikliklər və onların idarə edilməsi, sosiumun dəyişiklikləri dərketmə prosesi, dəyişiklikləri idarəetmənin davamlılığı, dəyişiklik metodlarının inkişaf ardıcıllığı kimi məsələlər tədqiqat obyektinə çevrilib. Dəyişikliklərin idarə olunmasında lider faktoruna toxunan müəlliflər siyasi liderliyi şərtləndirən amillər və siyasi situasiya məsələsinə toxunaraq bu barədə müxtəlif nəzəriyyələrə nəzər salıblar. Dəyişiklik prosesində liderin rolunun sistemli təhlilinin aparıldığı dərslikdə sosiologiya, psixologiya və politologiyada liderlərin təsnifatı diqqətə çatdırılıb, dəyişikliklər prosesində liderin funksiyalarından bəhs edilib.
Dərslikdə həmçinin dəyişikliklər prosesində siyasi reklamın mühüm rola malik olduğu diqqətə çatdırılıb, onun strukturu və mərhələlərindən, siyasi reklamın texnologiyasından geniş bəhs olunub. İdarəetmə prosesində dəyişikliyə siyasi təsir üsulları məsələsində isə siyasi intriqa, şantaj, təxribat və psixoloji müharibə kimi amillər diqqətə çatdırılıb. Eyni zamanda, siyasi imic anlayışına, idarəetmə obrazının əsas parametrlərinə müxtəlif elmi-nəzəri və konseptual yanaşmalar əks olunub. Dəyişikliklərin idarə edilməsində təmsilçilik məsələsindən bəhs edən müəlliflər bu kontekstdə dəyişikliyin təsir etdiyi sahələr, maraqlı tərəflərin rəyləri və mənafe qruplarının iradları, rəhbər heyətin fikir və düşüncələri kimi problemləri əhatə edən məqamlara xüsusi yer veriblər. Dərslikdə, eyni zamanda, dəyişikliklərin idarə olunması modeli, bu prosesdə vizyon və sosial münasibət faktorları, dəyişikliyə müqavimət kimi məsələlərdən bəhs edilib.
Dəyişikliklərin idarə olunmasının sxemlərlə izahının verilməsi dərsliyin əsas yeniliklərindən biridir. Dərsliyin əsas məziyyətlərindən biri də onun AKİT modelinə uyğun şəkildə və AKİT-in öz təsdiqini tapmış idarəetmə nəzəri formulu əsasında hazırlanmasıdır.
Bütövlükdə, dərslik idarəetmə sahəsi ilə bağlı təhsil alan bakalavr və magistrlər, fasiləsiz təhsilə cəlb olunan dövlət qulluqçuları, həmçinin dövlət idarəetmə nəzəriyyəsinin elmi əsasları ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Əminliklə söyləmək olar ki, “Dəyişikliklərin idarə olunması və dövlət idarəçiliyi” dərsliyi idarəetmənin elmi-nəzəri əsaslarının öyrənilməsi üçün mötəbər mənbədir.
Hikmət BABAOĞLU
Xəbər lenti
Hamısına baxElm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17

