Hesablama Palatasının kollegiyası 2018-ci ildə fəaliyyətlə bağlı hesabatı təsdiq edib
30.03.2019 [09:26]
Hesablama Palatasının növbəti kollegiya iclasında qurumun 2018-ci ildə fəaliyyətinə dair hesabat müzakirə olunub.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabatın “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən hazırlandığı, eyni zamanda, fəaliyyətlə bağlı hesabatvermənin Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın qəbul etdiyi standartlar - Auditin Təməl Prinsipləri haqqında Lima Bəyannaməsi (ISSAI - 1) və Müstəqillik haqqında Mexiko Bəyannaməsi (ISSAI - 10) ilə müəyyən edildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, 2018-ci il üzrə hazırlanmış hesabatın strukturunda bir sıra təkmilləşdirmələr aparılıb, hesabatlılıq və şəffaflığın gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər, o cümlədən Hesablama Palatasının təqdim etdiyi təkliflərlə bağlı müvafiq orqanların münasibəti, korrupsiyaya qarşı mübarizə istiqamətində görülmüş işlər üzrə geniş məlumatlar əks etdirilib.
Hesabatla bağlı ayrı-ayrı fəaliyyət sahələrinə rəhbərlik edən auditorlar Cəfər Həsənov və Firsənd Qurbanov hesabat ilində həyata keçirilmiş nəzarət tədbirləri üzrə məruzə ilə çıxış edib, həmin tədbirlərlə müəyyən olunmuş nöqsanlar, görülmüş tədbirlərin nəticələri ilə bağlı məlumat veriblər.
Sonda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2018-ci ildə görülmüş işlərə yekun vuraraq bildirib ki, fəaliyyətlə bağlı hesabat il ərzində tərtib edilməli olan və palatanın fəaliyyətinin güzgüsü funksiyasını daşıyan sənəddir. Hər bir əməkdaşın hesabatda əks etdirilmiş göstəricilər arxasında əməyi olduğunu qeyd edən V.Gülməmmədov bu əməyin ümumi işin keyfiyyətli olmasına xidmət etdiyini vurğulayıb.
V.Gülməmmədov Hesablama Palatasının fəaliyyətinin gücləndirilməsinə ehtiyac olan sahələri diqqətə çatdırıb, ayrı-ayrı sahələrə nəzarət üzrə məsul şöbələrin fəaliyyətində nöqsanlarını sadalayıb. Palata sədri 2019-cu ildə qarşıda duran vəzifələr, bu vəzifələrin icrası ilə əlaqədar görülən və nəzərdə tutulan tədbirlər barədə danışaraq 2018-ci ilin sentyabr ayında qəbul edilmiş yeni qanunun yeni vəzifə və səlahiyyətlər müəyyən etdiyini, bunun isə kənar dövlət maliyyə nəzarət orqanı olaraq həm də Hesablama Palatasının funksiyalarının icrasında məsuliyyətini artırdığını qeyd edib.
Qarşıda duran vəzifələrin müvəffəqiyyətli icrasının təmin edilməsində bacarıq və səriştələrin artırılmasının vacib olduğunu vurğulayan V.Gülməmmədov bu məqsədlə Hesablama Palatasının nəzarət fəaliyyətini tənzimləyən metodiki sənədlərin hazırlanması, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi sahəsində davamlı tədbirlərin keçirilmə zərurətini diqqətə çatdırıb.
Daha sonra hesabat müzakirə edilib və təsdiqlənib. Hesablama Palatasının 2018-ci ildə fəaliyyətinə dair hesabatın Milli Məclisə təqdim edilməsi ilə bağlı kollegiya qərarı qəbul olunub.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58

