Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Dənizkənarı Milli Parkda atəşfəşanlıq olub

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Dənizkənarı Milli Parkda atəşfəşanlıq olub

09.04.2019 [09:30]

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə aprelin 7-də Dənizkənarı Milli Parkda konsert proqramı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, konsert atəşfəşanlıqla başa çatıb.
Şəhər sakinləri və paytaxtımızın qonaqları incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, atəşfəşanlığa maraqla tamaşa ediblər.
On milyonuncu sakinin doğulması münasibətilə gün ərzində Bakı şəhərinin bir sıra rayonlarında ağacəkmə aksiyası və konsert proqramları təşkil olunub.
Xatırladaq ki, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

Paylaş:
Baxılıb: 489 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31