“Mediasiya haqqında” Qanun məhkəmə-hüquq sistemində çox ciddi yeniliklərə yol açacaq
09.04.2019 [09:34]
Bu Qanunun qəbulu mübahisələrin, məhkəmə predmeti olan halların ənənəvi yolla həlli ilə yanaşı, alternativ həllinə imkan verəcək
Ölkəmizdə uğurla reallaşdırılan islahatlar bütün digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sisteminin də fəaliyyətinin genişləndirilməsi, hüquq sahəsində mühüm uğurların əldə olunmasını şərtləndirir. Bununla bağlı görülən işlər, qəbul olunan qərarlar Azərbaycanda vətəndaş hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasına da əsaslı töhfələr verir. Bu mənada, cari ilin aprel ayının 3-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun tətbiqi barədə Fərman da mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ölkə Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətlərin tənzimlənməsini, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.
Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır
5 fəsil, 39 maddədən ibarət olan “Mediasiya haqqında” Qanuna əsasən, mediasiya haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. O cümlədən mediasiyanın tətbiq sahəsi mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla), ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək münasibətlərindən irəli gələn mübahisələr, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə müəyyənləşdirilib. Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Mediasiyanın prinsipləri isə könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq kimi şərtləri özündə birləşdirir. Bundan başqa, Qanunda əks olunduğu kimi, mediasiya könüllü xarakter daşıyır və tərəflər mediatorun seçilməsində sərbəstdirlər. Proses tərəflərin qarşılıqlı razılığı ilə bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında həyata keçirilir. Mediasiya zamanı tərəflər öz mülahizələrinə əsasən maddi və prosessual hüquqlarından istifadə edirlər, habelə tələblərinin həcmini artırmaq və ya azaltmaq, mediasiyanın istənilən mərhələsində mediasiyadan imtina etmək hüquqlarına malikdirlər. Həmçinin Qanunda göstərilir ki, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı əsas prinsiplərdən biri kimi müəyyənləşdirilir. Belə ki, tərəflər mediasiya zamanı bütün məsələlərdə, o cümlədən mediatorun seçilməsində bərabər hüquqlardan istifadə edirlər və bərabər vəzifələr daşıyırlar. O cümlədən tərəflər mediasiyanın məqsədləri naminə əməkdaşlıq etməli və qarşılıqlı şəkildə fəaliyyət göstərməlidirlər. Öz növbəsində mediasiya da mübahisənin həllində tərəflərin əməkdaşlığına, habelə ünsiyyət və danışıqlara əsaslanır.
Mediasiyanı həyata keçirən təşkilat isə mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə mediasiya xidmətlərinin marketinqini və Qanunda əks olunan digər tədbirlər həyata keçirən hüquqi şəxs hesab olunur. Mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının siyahısının müəyyən edilməsi məqsədi ilə isə Mediasiya Şurası tərəfindən mediasiya reyestri aparılır. Qanuna əsasən, Mediasiya Şurası “Mediasiya haqqında” Qanunun müvafiq maddəsində nəzərdə tutulmuş funksiyaların həyata keçirilməsi məqsədilə yaradılan və fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxs sayılır. Qurum mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirir. Mediasiya prosesi nəticəsində razılığa gəlmiş tərəflər arasında isə barışıq sazişi imzalanır ki, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, bu sənəd imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır.
Mediasiya mübahisələrin həlli prosesini sadələşdirir, hər hansı məsələ ilə bağlı ümumi ictimai razılığı təmin edir
Qeyd edilməlidir ki, Prezident Fərmanı ilə təsdiq olunan bu Qanun məhkəmə-hüquq sistemində çox ciddi yeniliklərə yol açacaq və ümumilikdə mübahisələrin, məhkəmə predmeti olan halların ənənəvi yolla həlli ilə yanaşı, alternativ həllində mühüm rol oynayacaq. Mediasiya hazırda dünyada aktualdır və bunu zəruri edən bir çox səbəblər var. Belə ki, qeyd edilən mediasiya prosesində iştirak edən mediatorlar cəmiyyət tərəfindən qəbul edilən şəxslər olacaqlar və bu da hər hansı mübahisələrin ədalətli, tərəflərin qarşılıqlı razılığı əsasında həllində mühüm rol oynayacaq. Qanunla nəzərdə tutulan mühüm komponentlər bütövlükdə mübahisələrin həllində yeni bir mərhələ yaradacaq.
Vurğulanmalıdır ki, mediasiya mübahisələrin həlli prosesini də sadələşdirir, hər hansı məsələ ilə bağlı ümumi ictimai razılığı təmin edir. Yəni məhkəmədə mübahisələrin həlli birbaşa qanunla tənzimlənirsə, burada vətəndaşların qarşılıqlı razılaşması əsas götürülür. Belə demək mümkündürsə, mediasiya institutunda qanun prosesə diktə etmir və qarşılıqlı olaraq tərəflərin razılığı əsas sayılır. Ən əsası isə, bu proses vətəndaşlar arasında ümumi etimadın artmasında mühüm rol oynayır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

