Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20.04.2019 [10:26]
Aprelin 19-da Masallı şəhəri “ASAN həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə “Milli aktyorluq məktəbi” mövzusunda mühazirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyoru” kafedrasının müdiri, professor, “Şöhrət” ordenli, Xalq artisti İlham Namiq Kamalın mövzu ilə bağlı məruzəsi dinlənilib.
Dünyanın zəngin tarixi-mədəniyyət irsinə malik olan Azərbaycanın meydan teatrının iki mindən çox yaşı olduğunu vurğulayan məruzəçi mərasim, şənlik, əyləncəli səhnə oyun tamaşalarının böyük bir qisminin bu günə qədər gəlib çıxdığını, Kosa, Keçəl, keçi kimi meydan teatrı personajlarının bu gün də tamaşaçıların sevimli obrazları olduğunu bildirib.
Qeyd edilib ki, Azərbaycan milli peşəkar teatrı 1873-cü il martın 10-da Bakıda Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşası ilə təşəkkül tapıb. Bu tarixdən başlayaraq Naxçıvan, Gəncə, Şamaxı, Şuşa, Şəki, Lənkəran, Ağdam, Quba və Füzulidə peşəkar teatrlar yaradılıb. Bu teatrlarda “Müsəlman artistləri dəstəsi”, “Nicat”, “Səfa”, “İbrat” və neçə-neçə belə truppalar fəaliyyət göstərib. Həmin truppalarda, sözün həqiqi mənasında, fədakar sənət vurğunları çalışıblar. Bu sənətkarlardan Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Mərziyə Davudova, Cahangir Zeynalov, Ülvi Rəcəb, Mirzə Ağayev, Mövsüm Sənani, Hökumə Qurbanova, Ağahüseyn Cavadov, Barat Şəkinskaya, Əliağa Ağayev, Nəsibə Zeynalova, Ağasadıq Gəraybəyli və başqalarının adları Azərbaycanın teatr salnaməsinə qızıl hərflərlə yazılıb.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanda geniş teatr şəbəkəsi fəaliyyət göstərir. Onların böyük əksəriyyətinə dövlət statusu verilib. Milli teatrla yanaşı, Bakıda rus, Qaxda gürcü, Qusarda ləzgi teatrları da fəaliyyət göstərir. Bu günlərdə Akademik Milli Dram Teatrı ilə yanaşı, dövlət tərəfindən Musiqili və Rus Dram teatrlarına da akademik status verilib. Teatrlarda minlərlə aktyor, aktrisa, rejissor, teatr rəssamı, bəstəkar və digər yaradıcı peşə sahibləri çalışırlar. Burada yetişən dünya şöhrətli sənətkarlar bu gün xalqımızın mənəvi sərvəti sayılırlar.
Tədbirdə Xalq artisti İlham Namiq Kamalın çəkildiyi filmlərdən, eyni zamanda, mühazirə Xalq artisti Nəsibə Zeynalovanın ad günü ərəfəsinə təsadüf etdiyindən Nəsibə Zeynalovanın “Qayınana” filmində, “Mozalan” telejurnalında rol aldığı səhnələrdən fraqmentlər nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

