AZƏRTAC-ın ispan dili bölməsinin təqdimatı keçirilib
23.04.2019 [09:17]
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) ispan dili bölməsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat ADU-nun İspan Dili Mərkəzinin dəstəyi ilə təşkil olunub. Tədbiri açan informasiya agentliyinin ispan dili bölməsinin müdiri Nuridə Aslanova iştirakçılara AZƏRTAC-ın ispandilli veb-resursu haqqında məlumat verib. O qeyd edib ki, ölkəmizin həyatının bütün sahələrinə - iqtisadiyyat, mədəniyyət, turizm, Azərbaycan tarixinə dair ispan dilində geniş informasiya bazası yaradılıb. Ölkədə baş verən mühüm yeniliklər və hadisələr haqqında xəbərlər AZƏRTAC-ın saytının ispandilli versiyasında və sosial şəbəkələrdə yayılır.
Agentliyin ispan dili bölməsinin əməkdaşı Ülkər Əliyeva geniş təqdimatla çıxış edib. O bildirib ki, AZƏRTAC respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyidir. Agentlik rəsmi məlumatlarla yanaşı, fasiləsiz olaraq 8 dildə - Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb, Çin və ispan dillərində ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır.
AZƏRTAC ispandilli tərəfdaşları ilə informasiya mübadiləsini daha da gücləndirmək, Azərbaycanın siyasi, iqtisadi, mədəni və bir çox digər sahələrdə uğurları, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər barədə informasiyaların 400 milyonluq ispandilli auditoriyaya çatdırılması məqsədilə ispan dilində xəbər yayımına cari ilin yanvarından başlayıb. Agentlik üzvü olduğu beynəlxalq qurumlar və tərəfdaşlıq etdiyi agentliklərlə ispan dilində xəbər mübadiləsi aparır, ispandilli ölkələrin xəbər agentlikləri - İspaniyanın EFE, Argentinanın Telam, Paraqvayın IP, Kubanın Prensa Latina agentlikləri ilə sıx əməkdaşlıq edir.
ADU-nun İspan Dili Mərkəzinin rəhbəri Nərgiz Mədətova AZƏRTAC-a müsahibəsində qeyd edib ki, Azərbaycan haqqında xəbərlərin ispandilli auditoriyaya doğru, operativ olaraq informasiyanın mənbəyindən ötürülməsi təqdirəlayiq haldır. İndiyədək ispandilli tərəfdaşlarımızla ünsiyyətdə olduğumuz zaman onlar Azərbaycan haqqında informasiyaların azlığından şikayət ediblər. Ümidvaram ki, AZƏRTAC-ın ispan bölməsi ispandilli əhalinin Azərbaycan haqqında informasiyaya tələbatını ödəyəcək.
ADU-nun roman dilləri praktikası və nəzəriyyəsi kafedrasının müdiri Aynur Quliyeva AZƏRTAC-a açıqlamasında vurğulayıb ki, ispan dili ingilis və Çin dillərindən sonra dünyada ən çox danışılan üçüncü dildir, 21 ölkədə rəsmi dil olaraq qəbul edilib və BMT-nin 6 rəsmi dilindən biridir. Dilin yayılma coğrafiyası əsasən Avropa, Şimali Amerika və Cənubi Amerika qitələridir. Bu baxımdan AZƏRTAC-ın ispan dilində xəbər yayması rəsmi dövlət tədbirləri, Azərbaycanın həyata keçirdiyi mühüm beynəlxalq və regional layihələr barədə məlumatların, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin daha geniş auditoriyaya çatdırılması, ispandilli ölkələrdə erməni lobbisinin antiazərbaycan təbliğatına qarşı informasiya mübarizəsinin aparılması işinə böyük fayda verəcək.
İştirakçılara AZƏRTAC-ın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə ADU-nun müəllim və tələbə heyəti iştirak edib.
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36

