Əbu-Dabidə İƏT festivalında AZƏRTAC-ın fotoşəkilləri nümayiş etdirilir
25.04.2019 [09:24]
Aprelin 24-də Əbu-Dabinin Milli Sərgi Mərkəzində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İkinci festivalı başlanıb. Festival çərçivəsində təşkil olunmuş fotosərgidə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotoşəkilləri nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, İslam Əməkdaşlı Təşkilatı İnformasiya Agentlikləri Birliyinin təşkil etdiyi fotosərgidə AZƏRTAC ilə yanaşı, bu təşkilatın üzvü olan digər dövlətlərin informasiya agentliklərinin fotoşəkilləri də təqdim edilib. Sərgiyə gələnlər Azərbaycanın müasir və eyni zamanda qədim siması ilə böyük maraqla tanış olur, ölkəmizin gözəlliyinə və zəngin mədəniyyətinə heyran olduqlarını bildirirlər.
“Vahid millət - rifah, ədalət və tolerantlıq naminə əməkdaşlıq” şüarı altında keçirilən İkinci İslam Festivalı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ilə birgə təşkil edilib. BƏƏ-nin tolerantlıq naziri Şeyx Nəhyan bin Mübarək Al Nəhyanın himayəsi ilə keçirilən tədbirin məqsədi İslam dinində dözümlülük dəyərini vurğulamaqdır. Bu tədbir İslam ölkələrinin qarşılıqlı əməkdaşlıq imkanlarını genişləndirmək üçün bir platformadır. İslam ölkələrinin nümayəndələrinin iştirakı ilə keçirilən İkinci festivalın niyyəti İƏT üzvü olan dövlətlərin mədəniyyətlərini və ənənələrini tolerantlıq, harmoniya və həmrəylik prinsipləri ilə uyğunlaşdırmaqdır.
Festival çərçivəsində keçiriləcək konfrans və elmi seminarlarda İslam Əməkdaşlıq Təşkilatına üzv olan, 1,5 milyarddan çox əhalinin təmsil olunduğu 57 ölkənin mənafeyi naminə tərəfdaşlıq və əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
İƏT Baş katibinin siyasi məsələlər üzrə müşaviri və Festivalın Ali Komitəsinin sədri Yusuf bin Məhəmməd al-Dabi bildirib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyətlərinin və ənənələrinin müxtəlifliyi barədə məlumatın genişləndirilməsi üçün bir vasitə olan bu festival sayəsində qeyri-müsəlmanlar da İslam dini və İslam mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Dörd gün davam edəcək festival müddətində iştirakçı ölkələr dinlərarası əməkdaşlıq yolları haqqında dialoqda iştirak edəcək, öz ölkələri, xalqları və təşkilatları üçün yeni əlaqələr yaradacaqlar. Cari ilin BƏƏ-də Tolerantlıq İli elan edilməsi ilə əlaqədar, bu festivalda müasir dövrün aktual mövzuları - İslamın əsası olan dözümlülük mədəniyyətinin yayılmasında gənclərin rolu, tolerantlığın əhəmiyyəti məsələləri müzakirə olunacaq. İslam dininin və İslam mədəniyyətinin müxtəlif aspektlərini işıqlandıran tədqiqatçı və ekspertlərin məruzələri və mühazirələri dinləniləcək.
Festival çərçivəsində müxtəlif mədəni və bədii tədbirlər keçiriləcək, Əbu-Dabi Folklor Ansamblı, Misirin İsgəndəriyyə Folklor Ansamblı və müxtəlif müsəlman ölkələrini təmsil edən digər musiqi kollektivləri çıxış edəcək, ənənəvi və müasir İslam xəttatlığı nümunələri nümayiş etdiriləcək.
Bu festivalın əsas fərqləndirici xüsusiyyətlərindən biri də Fələstin pavilyonunun strateji nöqtədə - sərginin mərkəzində yerləşməsidir. Beləliklə, Fələstinin İslam aləmi üçün əhəmiyyəti və İslam identikliyi baxımından həyati əhəmiyyətli yer tutması vurğulanacaq.
Festival aprelin 28-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18

