/ / Rumıniya müsəlmanlarının dini rəhbəri Azərbaycandakı dövlət-din münasibətləri barədə məlumatlandırılıb
Rumıniya müsəlmanlarının dini rəhbəri Azərbaycandakı dövlət-din münasibətləri barədə məlumatlandırılıb
26.04.2019 [09:49]
Aprelin 25-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Rumıniya müsəlmanlarının dini rəhbəri Murad Yusif ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, A.Paşazadə qonağa Azərbaycan dövlətinin beynəlxalq müstəvidə dinlər və sivilizasiyalararası əməkdaşlıq prosesinə verdiyi əməli töhfələrdən bəhs edib. O, multikulturalizmin ölkəmizdə dövlət siyasəti olduğunu, dövlətimizin başçısının bu istiqamətdə ardıcıl siyasi iradə nümayiş etdirdiyini bildirib, Prezident İlham Əliyevin qlobal əhəmiyyətli multikulturalizm və həmrəylik ideyaları irəli sürməsinin bu töhfələri artırdığını qeyd edib. QMİ sədri 2017-ci ildə İdarənin nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin də bu mərama xidmət etdiyini xüsusi vurğulayıb.
Azərbaycanın nümunəvi multikultural dövlət modelinin tanıdılmasına xidmət edən və dünyanın bir çox dövlətlərində keçirilmiş beynəlxalq konfranslar barədə qonağı məlumatlandıran şeyxülislam A.Paşazadə bu ilin iyununda Avstriyanın paytaxtı Vyanada keçiriləcək növbəti beynəlxalq forum barədə danışıb. QMİ sədri bildirib ki, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadiləsinin aparılması üçün ənənəvi məkana çevrilən Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyalar arasında əməkdaşlığın genişlənməsinə, eləcə də qarşılıqlı etimad mühitinin yaradılması işinə böyük töhfələr verməkdədir. Azərbaycan Prezidentinin Sərəncamı ilə bu il noyabrın 14-15-də “Dünya dini liderlərinin II Bakı Sammiti” keçiriləcək. Şeyxülislam 2010-cu ildə Dünya dini liderlərinin Bakıda keçirilmiş ilk sammitinin davamı olacaq bu tədbirin qloballaşan dünyanın müasir çağırışlarının, aktual problemlərinin həllinə Azərbaycan dövlətinin daha bir dəyərli töhfəsi olacağına ümidvar olduğunu bildirib.
A.Paşazadə son zamanlar Yeni Zelandiya, Şri-Lanka, Yaxın Şərqdə baş verən hadisələr ətrafında Rumıniya müftisi ilə fikir mübadiləsi aparıb. Dünyanın müxtəlif nöqtələrində səngimək bilməyən terror, insan qırğını, dini-mədəni irsin məhvi proseslərindən danışan QMİ sədri deyib ki, bu ümumbəşəri faciələrdən yalnız bəşər ailəsinin səylərini birləşdirməklə, həmrəylik, dinlər arasında əməkdaşlıq sayəsində xilas olmaq olar.
M.Yusif Azərbaycana səfərdən məmnunluğunu bildirib və bu görüşə böyük dəyər verdiyini diqqətə çatdırıb. Ötən il Madriddə keçirilən multikulturalizmlə bağlı beynəlxalq konfransda iştirakını məmnunluqla xatırladan rumıniyalı qonaq Vyana beynəlxalq konfransında da iştirak edəcəyini vurğulayıb.
KAİSİİD Beynəlxalq Dialoq Mərkəzinin yeni fəaliyyət istiqamətləri barədə fikir mübadiləsinin də aparıldığı görüşdə Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku da iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

