/ / Paytaxt gənclərinin iştirakı ilə “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib
Paytaxt gənclərinin iştirakı ilə “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib
02.05.2019 [09:43]
Mayın 1-də Bakı Şəhər İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndərin gənclərə qayğısından bəhs edən videoçarx nümayiş olunub.
Paytaxt gənclərinin təmsilçilərinin, Bakı şəhər idarələrinin, bir sıra ali təhsil müəssisələrinin rəhbərlərinin, tanınmış idmançıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən elmi-praktik konfransda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək Azərbaycanın inkişafı və dünyada tanıdılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Bildirib ki, ölkədə həyata keçirilən dövlət gənclər siyasəti dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlam düşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlayıb. Qeyd olunub ki, bu gün ölkəmizdə dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində gənclərin hərtərəfli inkişafı təmin olunub, onlar cəmiyyətin fəal təbəqəsinə çevrilib.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Ulu Öndər tərəfindən bünövrəsi qoyulan gənclər siyasətinin uğurlarından danışıb. Bildirib ki, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan gəncliyi öz intellektual, kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qibtə olunacaq nüfuz qazanıb. Buna görə də gənclər Ulu Öndərin həyat yolu və fəaliyyətini dərindən öyrənməlidirlər. Bu işlərdə bu gün keçirilən elmi-praktik konfrans mühüm əhəmiyyət kəsb edir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Məhz bu dahi şəxsiyyətin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılıb, daha sonra 2 fevral - Azərbaycan Gəncləri Günü elan edilib. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, onları aparıcı qüvvəyə çevirmək və sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir.
Daha sonra elmi-praktik konfransın məruzələri dinlənilib. Səbail rayonundan Xasay Vəliyev “Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda inkişaf strategiyası və iqtisadi dirçəliş”, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva “İlham Əliyev Heydər Əliyev yolunun davamçısıdır”, Binəqədi rayonu 314 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Səbinə Nəsibli “Heydər Əliyev müstəqil Azərbaycanın banisidir”, Aprel döyüşlərinin iştirakçısı, polkovnik-leytenant Elşən Qarayev “Heydər Əliyev və ordu quruculuğu”, Azərbaycan Gənclər Fondunun beynəlxalq əməkdaşlıq və donorlarla iş şöbəsinin müdiri Vüsalə Niftəliyeva “Heydər Əliyev irsi və Azərbaycanın müasir dövrü”, Azərbaycan Tibb Universitetinin tələbəsi Ella Qocayeva “Heydər Əliyevin səhiyyə sahəsində misilsiz xidmətləri”, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kursantı Rəhman Nadirli “Heydər Əliyev və Azərbaycanın milli təhlükəsizliyi”, Suraxanı rayonundan geoloq Murad Arzu oğlu “Heydər Əliyevin dövlət neft strategiyası”, AMEA-nın Fəlsəfə İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tünzalə Musayeva “Heydər Əliyev və milli təhsil konsepsiyası”, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi Heydər Mirzəzadə “Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və tolerantlıq ənənələrinin inkişafında böyük xidmətləri”, Xətai rayonundan Adil Qarayev “Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafında rolu”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi Rəfail Quliyev “Heydər Əliyev və Azərbaycanda idman siyasəti”, Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tədris istehsalat işləri üzrə direktor müavini Aytac Rzayeva “Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından biri kimi”, Nərimanov rayonundan Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov “Heydər Əliyev Azərbaycanın müstəqil xarici siyasətinin memarı kimi”, Sabunçu rayonu 155 saylı tam orta məktəbin psixoloqu Nigar Rüstəmova “Heydər Əliyevin sağlam və peşəkar mətbuatın formalaşmasında əvəzsiz xidmətləri” mövzularında çıxışlar ediblər.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin II kurs tələbəsi Ayşən Bayramova konfrans iştirakçılarının bəyanatını oxuyub.
Konfransın sonunda tədbirdə çıxış edən və müxtəlif sahələr üzrə məruzələr hazırlamış digər gənclərin işlərinin kitab şəklində çap olunması qərara alınıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10

