/ / Türkmənistanda keçiriləcək I Xəzər İqtisadi Forumu ilə əlaqədar Bakıda dəyirmi masa təşkil edilib
Türkmənistanda keçiriləcək I Xəzər İqtisadi Forumu ilə əlaqədar Bakıda dəyirmi masa təşkil edilib
13.06.2019 [09:33]
Türkmənistanda keçiriləcək I Xəzər İqtisadi Forumu ilə əlaqədar iyunun 12-də Bakıda dəyirmi masa təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) və Türkmənistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə deputatlar, Xəzəryanı ölkələrin səfirliklərinin əməkdaşları, ekspertlər, politoloqlar, tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM-ın sədri Rufiz Qonaqov Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformalarının əhəmiyyətindən danışıb. O, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətlərinə, ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlıq perspektivlərinə diqqəti çəkib. BMAM-ın sədri Xəzərin hüquqi statusunun müəyyən edilməsindən sonra Xəzəryanı ölkə başçılarının iştirakı ilə bu il avqustun 12-də Türkmənistanda təşkil olunacaq I Xəzər İqtisadi Forumunun vacibliyindən söz açıb.
Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşankuliyev “Birinci Xəzər İqtisadi Forumu” mövzusunda çıxış edərək Xəzəryanı ölkələr arasında dostluq münasibətlərinin, xüsusilə də iqtisadi əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Səfir vurğulayıb ki, Xəzər dənizi Asiya və Avropa arasında tranzit rolunu oynayır. Xəzər dünya enerji xəritəsində böyük əhəmiyyətə malikdir. Bu coğrafiyada mühüm beynəlxalq layihələr reallaşdırılır.
Sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Xəzər hövzəsi ölkələrinin beyin mərkəzlərinin əməkdaşlıq perspektivləri” mövzusunda çıxış edib. O, Xəzəryanı ölkələrin birgə səylərinin artırılmasında beyin mərkəzlərinin yaradılması ətrafında fəaliyyətin gücləndirilməsini təklif edib. Əlavə edib ki, iqtisadi təşəbbüslərin sistemli və səmərəli nəticələnməsində beyin mərkəzlərinin rolu vacibdir. Sədr, həmçinin Xəzər hövzəsi dövlətləri arasında siyasi əməkdaşlığın güclənməsində beyin mərkəzlərinin üzərinə məsuliyyət düşdüyünü deyib.
Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi Ovezgeldi Cumanazarov “Xəzərin tranzit və logistika potensialı” mövzusunda məruzə ilə çıxış edib. O deyib ki, müasir iqtisadi inkişaf dünya bazarına daha səmərəli çıxış yollarının axtarışını tələb edir. Bu baxımdan, Xəzəryanı ölkələr həm quru, həm də dəniz vasitəsilə geoiqtisadi baxımdan əlverişli imkanlarını möhkəmləndirməli və birgə səylərini daha da artırmalıdırlar.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu “Xəzər dənizi yeni enerji və nəqliyyat-kommunikasiya dəhlizi kimi” mövzusunda çıxış edərək Xəzərin nəqliyyat-kommunikasiya dəhlizi ətrafında real vəziyyətdən və Xəzəryanı dövlətlərin əməkdaşlıq perspektivlərindən, qarşılıqlı fayda gətirən iqtisadi əməkdaşlığın bütün region ölkələri üçün səmərəliliyinin artırılmasının əhəmiyyətindən bəhs edib. Deputat Xəzərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş regional və qlobal əhəmiyyətli enerji layihələri ilə bağlı sabit inkişaf strategiyasını bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib.
“Xəzər dənizində neft-qaz layihələri” mövzusunda çıxış edən “BP-Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli Xəzər hövzəsinin neft-qaz layihələrinin dünya miqyasında artan əhəmiyyətinə diqqət çəkib. O, Xəzəryanı ölkələrin qarşılıqlı fayda verəcək regional və qlobal əhəmiyyətli əməkdaşlığının gücləndirilməsindən bəhs edib. Xəzər regionunun neft-qaz layihələrinin XXI əsrdə ən iqtisadi səmərəli və strateji enerji layihələrindən olduğunu diqqətə çatdırıb.
AMEA-nın şöbə müdiri Rəna Mirzəzadə, ekspertlər Rəfail Becanov, Hüseyn İbrahimov, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı çıxış edərək bildiriblər ki, Xəzəryanı ölkələr elmi-innovativ və humanitar əməkdaşlığı da artırmalıdırlar. Belə əməkdaşlıq həm də regional iqtisadi və qlobal əhəmiyyətli layihələrə töhfə vermək üçün önəmlidir. Çıxışçılar enerji təhlükəsizliyinin davamlı təmin edilməsi istiqamətində hərtərəfli və çoxpilləli əməkdaşlıq formalarının axtarışlarının daim gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Daha sonra Türkmənistan səfirliyinin Xəzər dənizinin turizm və iqtisadi potensialına dair hazırladığı videoçarx nümayiş olunub.
Tədbir müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26

