/ / Hədəf STEM Liseyində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş EFMF 2019 – Elm, Faydalılıq, Mühəndislik Festivalı keçirilib
Hədəf STEM Liseyində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş EFMF 2019 – Elm, Faydalılıq, Mühəndislik Festivalı keçirilib
19.06.2019 [15:59]
Hədəf STEM Liseyində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş EFMF 2019 – Elm, Faydalılıq, Mühəndislik Festivalı keçirilib. "Xəyallarını əllərin göstərsin" şüarı ilə keçirilən festival Hədəf STEM Liseyi müəllimlərinin lisey balabilgələrilə bir il ərzində hazırladıqları layihələr əsasında hazırlanıb. Tədris ili boyunca AzTV ilə Hədəf Liseyin birgə layihəsi olan "Uğur düsturu" verilişində bəzi layihələr nümayiş edilib, elmi izahları və həlləri verilsə də, son yekun hesabatda liseyin əksər şagirdlərinin də işləri sərgilənib.
Milli Qurtuluş Gününə həsr olunmuş EFMF 2019-u giriş sözü ilə açan liseyin qurucu direktoru, Hedef Konseptinin müəllifi, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq "Ulu Öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" şüarı ilə yola çıxan hədəfçilər olaraq düşünürük ki, müstəqil dövlətimizin gənclərini cənab Prezidentimiz İlham Əliyevin "İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edibdir. Bu həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik…" fikirləri ilə böyütməli, onları Azərbaycanımızın gələcəyinə hazırlamalıyıq. Bunun üçün də biz profil olaraq mühəndislik və texnologiyanı seçdik və budur, şagirdlərimiz ilk bacarıqlarını sizlər üçün nümayiş etdirirlər. Bu gün yüzdən çox fərdi şəkildə hazırlanmış faydalı mühəndislik avadanlıqları ilə yanaşı, 9-10-cu sinif şagirdlərimiz STEM Mərkəzimizin rəhbəri Eşqin Quluzadənin dəstəyi ilə komanda şəklində saatda 40 km sürətlə 80 kq yükü daşıya bilən elektrik maşın hazırladılar. Bu gün həmin maşını sizlərə təqdim edirik", - deyib.
Sonra liseyin direktoru milli geyimli balabilgələrin hazırladıqları nanəli şərbəti qonaqlara təqdim edib və mavi rəngli ipəyi açaraq "Hədəf" maşınını qonaqlara nümayiş etdirib. Festivalda iştirak edən Gömrük Akademiyasının rektoru Qulu Novruzov, DGTYB Məsləhət Qurumunun başqanı Əkbər Qoşalı, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal, Azərbaycan Dövlət Pedaqoji Universiteti Elm və innovasiyalar şöbəsinin müdiri Yusif Əliyev, Respublikanın Əməkdar müəllimi, Təhsil İnstitutunun Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Almaz Həsrət, Behrud İnşaatın rəhbəri İlham Alməmmədov, BP-nin şöbə müdiri Zaur Cəbrayıl, Nəsimi rayon 36 nömrəli məktəbin direktoru Emilya Səfərova yüksək nəticə toplayan şagirdlərə sertifikatlar təqdim edib, şagirdlərin təqdimatlarını dinləyiblər.
Sonra EFMF 2019 layihəsinin rəhbəri Cahid İsmayılov qonaqları sərgi ilə tanış edib və qeyd edib ki, gələn ildən bu festivalı respublika səviyyəsində keçirməyi planlaşdırırlar. Festival 11:00-dan 15:00-a qədər davam edib, hazırlanmış proyektlər gələn qonaqlara nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18

