/ / Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Avstriya prezidentlərinə minnətdarlıq məktubu ünvanlayıb
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Avstriya prezidentlərinə minnətdarlıq məktubu ünvanlayıb
25.06.2019 [09:58]
Xəbər verildiyi kimi, iyunun 19-da Avstriyanın paytaxtı Vyana şəhərində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans keçirilib. Təşkilat Komitəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi Şeyxülislam Allahşükür Paşazadə tədbirin yüksək səviyyədə keçirilməsinə xüsusi diqqət göstərdiklərinə görə beynəlxalq konfransın iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə minnətdarlıq məktubu ünvanlayıb. AZƏRTAC-ın təqdim etdiyi məktubda deyilir:
“Avstriya Respublikasının paytaxtı Vyana şəhərində keçirilən “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfransın iştirakçıları, 30-a yaxın ölkəni təmsil edən dövlət, elm və din xadimləri, 20-dən çox beynəlxalq təşkilatın nümayəndələri və digər mötəbər qonaqlar adından bu tədbirin yüksək səviyyədə keçirilməsinə xüsusi diqqət göstərdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada islamofobiya, antisemitizm, xristianofobiya hallarının müşahidə olunduğu, terrorizm, separatçılıq, dini radikalizm kimi bəşər sivilizasiyasını təhdid edən hadisələrin yaşandığı bir zamanda Azərbaycanın dünyaya təqdim etdiyi multikulturalizm və tolerantlıq modelinə, sivilizasiyalararası əməkdaşlığa böyük ehtiyac vardır. Avropanın mərkəzi dövlətlərindən sayılan Avstriya Respublikası tərəfindən bu qlobal təşəbbüsün dəstəklənməsi olduqca təqdirəlayiqdir. “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfransın gedişatı bir daha sübut edir ki, müasir dünyada humanist ideyaların təşviqi və multikultural həyat tərzinin təbliği baxımından önəm kəsb edən, bəşəriyyətin sabitliyinə xidmət edən belə ali forumların davamlı keçirilməsi olduqca aktual və zəruridir.
Konfransın mötəbər qonaqları, dini qurumların və beynəlxalq təşkilatların rəhbərləri dinlər, konfessiyalar və sivilizasiyalararası dialoqa, multikulturalizm və tolerantlıq ənənələrinə xüsusi əhəmiyyət verən Avstriya və Azərbaycan dövlətinin rolunu yüksək qiymətləndirirlər. Əminik ki, konfransın ali məqsədi olan bəşəri həmrəylik ideyası sivilizasiyalararası dialoqun inkişafına, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təşviqinə və təkamülünə öz töhfəsini verəcəkdir.
Uca Yaradan hər zaman yardımçınız olsun! Amin.
“Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfransın iştirakçıları adından dərin hörmət və ehtiramla,
Şeyxülislam Allahşükür Paşazadə
Təşkilat Komitəsinin sədri,
Bakı Beynəlxalq Dinlər və
Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi”
Xəbər lenti
Hamısına baxGündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Sosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40

