/ / Aysel Məmmədova: Biz müəllimlər də balalarımızın xoşbəxt gələcəyi üçün əlimizdən gələni etməliyik
Aysel Məmmədova: Biz müəllimlər də balalarımızın xoşbəxt gələcəyi üçün əlimizdən gələni etməliyik
18.07.2019 [09:16]
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan müəllimlərin adlarını açıqlayıb
Məlum olduğu kimi, iyulun 16-da ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Aysel Məmmədova imtahanda 58 bal toplayıb.
Beləliklə, “Yeni Azərbaycan” qəzeti olaraq yüksək bal toplayan müəllimləri oxucularımızla tanış edirik. Ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində iştirak edən Aysel Xanlar qızı Məmmədova ona təqdim olunan sualları düzgün cavablandıraraq 58 bal toplayıb. Məlumat üçün bildirək ki, Aysel Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə təhsil alıb. Daha sonra özəl kursların birində fəaliyyətini davam etdirib. 2015-ci ildə 45 bal toplayan Aysel 2016-da yenidən özünü sınayıb və nəticədə 55 bal toplayıb: A.Məmmədova Səbail rayonu, 50 saylı tam orta məktəbə qəbul olub. Mehdiabadda yaşadığı üçün buraya dəyişim edib. Yüksək nəticə göstərən müsahibimiz imtahan təəssüratlarını qəzetimizin oxucuları ilə bölüşüb: “İmtahanda yüksək nəticə göstərəcəyimə əmin idim. Orta səviyyəli suallar idi. Heç bir hazırlıq kurslarına getmədən özüm 58 bal topladım. Sırf imtahan üçün yox, savadlı müəllim olmaq üçün hər zaman əzmlə çalışmışam. Seçimimi isə daha mərkəzi yerlərdə yerləşən məktəblərdən yana edəcəyəm. Vakansiyaları gözləyirəm”.
“Müəllimlik şərəfli peşədir. Öyrətmək eşqi məni bu peşəni seçməyə sövq etdi. Düşünürəm ki, şagirdləri də dərsə həvəsləndirmək bizim vəzifəmizdir. Mənim şagirdlərim dərslərimə çox böyük həvəs göstərirlər. Çalışıram ki, dərslərimi əyləncəli və fərqli üslubda keçirim ki, şagirdlərim dərslərini sevərək öyrənsinlər. İki övladım var. Xatırladım ki, qızımın ibtidai sinif müəlliməsi özüm olmuşam. Onu digər şagirdlərimdən heç vaxt seçməmişəm. Hər biri mənim övladımdır. Biz şagirdlərlə yanaşı, valideynlərlə də daim ünsiyyətdə oluruq. Hər bir valideynin narahatlığını dərk edir, bu məsuliyyətli vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq. Belə bir deyim var, o şagird şanslıdır ki, onun qarşısına yaxşı müəllim çıxıb. Biz müəllimlər də balalarımızın xoşbəxt gələcəyi üçün əlimizdən gələni etməliyik”, - deyə A.Məmmədova söyləyib.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə imtahanlar iyulun 24-dək davam edəcək.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35

