“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd edib
19.09.2019 [09:13]
Elm və təhsilin inkişafına xüsusi önəm verən “Nar” “Bilik günü” münasibətilə daha bir uğurlu sosial layihəsini həyata keçirib. Bu dəfə mobil operator kənd məktəblilərini sevindirib. “Nar” Cəlilabadın Təzəkənd kəndində yerləşən məktəbin 1-ci sinif şagirdlərini bütün lazımi məktəb ləvazimatları ilə təmin edib. Buraya məktəblilərin tədris ili dövründə istifadə edəcəkləri məktəbli çantası, dəftər, rəngli karandaşlar və digər dəftərxana ləvazimatları daxildir. Bununla da mobil operator məktəbə yeni qədəm qoyan uşaqlarda oxumağa həvəs yaratmağa çalışıb.
“Nar”-ın gəlişi uşaqların da sevincinə səbəb olub və onların bayramına bayram qatıb. Şagirdlər hadiyyələrə biganə qalmayıblar. Onlar məktəbi uğurla başa vuracaqlarına, gələcəkdə ölkəmizə layiqli vətəndaş və öz peşələrinin ən yaxşı mütəxəssisi olacaqlarına söz veriblər.
Qeyd edək ki, “Nar” Cəlilabadın Təzəkənd kəndində yerləşən məktəbə artıq 2-ci dəfədir ki, səfər edib. Mobil operator bu il aprelin 23-də Beynəlxalq Kitab Günündə məktəbin kitabxanasına 500-dən artıq kitab və elektron kitabxanaya giriş imkanı yaradan müasir kompüterlər hədiyyə etmişdi.
“Azerfon”-un İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib ki, elm və təhsilin təbliği “Nar”-ın sosial layihələrinin vacib istiqamətlərindən biridir: “Bir neçə ay bundan öncə biz bu məktəbə kitablar hədiyyə edəndə uşaqların gözlərində yaranan sevinc işığı, oxuma həvəsi bizi bir daha bura gətirdi. Məqsədimiz odur ki, məktəbə yeni qədəm qoyan şagirdlər “Nar”-ın diqqətini hiss etsinlər. İnanırıq ki, bizim dəstəyimiz şagirdlərin təhsilə marağını daha da artıracaq və onlar gələcəkdə yüksək bilik əldə etməklə cəmiyyətimizin inkişafına öz təhfələrini verəcəklər”.
Məktəbin direktoru Valeh Niftiyev bu hədiyyələrin şagirdlərin daha yaxşı oxumasına stimul verəcəyini bildirib: “Bizim məktəblilər arasında bu vəsaiti almaqda çətinlik çəkən ailələr vardı. Bu onlar üçün xüsusilə böyük hədiyyə oldu. Bundan əvvəl “Nar”-ın bizim kitabxanaya tədim etdiyi kitablar şagirdlərin mütaliəyə marağını daha da artırdı. Təqdim edilən hədiyyələri bizə verilən yüksək dəyər kimi qiymətləndiririk və “Nar” a təşəkkür edirik”.
Qeyd edək ki, “Nar” məktəbləri kitabla və məktəb ləvazimatları ilə təmin etməyi artıq bir ənənə halına çevirib. Mobil operator uşaqlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaq məqsədilə uğurlu layihələr icra edib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

