Vətəndaşların DOST xidmətlərindən məmnunluq səviyyəsi 100 faizə yaxındır
30.12.2019 [09:47]
Fərid Məmmədov: Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi böyük yeniliklərin, inkişafa doğru inqilabi xarakterli dəyişikliklərin iştirakçısı olmaqdan qürur duyuruq
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial islahatların nəticəsi kimi müasir Azərbaycanın simasını əks etdirən unikal nümunələrdən biri hesab olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və mərkəzlərinin fəaliyyəti ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir. Elə bu günlərdə 2 saylı DOST Mərkəzinin fəaliyyətə başlaması və bu layihənin bütün ölkə ərazisində tətbiqi planları da vətəndaşların böyük marağına səbəb olub. Əhaliyə göstərilən xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərini təmin edən DOST Agentliyinin fəaliyyətinin genişləndirilməsi və digər məsələlər barədə “Yeni Azərbaycan” qəzeti əməkdaşının suallarını ƏƏSMN-in Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov cavablandırıb.
- Fərid müəllim, məlum olduğu kimi, Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas tərkib hissələrindən biri olan DOST Agentliyinin fəaliyyəti vətəndaşlar tərəfindən razılıq hissi ilə qarşılanıb. DOST mərkəzlərində vətəndaşı razı salan fəaliyyətin üstünlükləri nələrdir?
- Məlumat üçün bildirim ki, 8 aya yaxındır ki, fəaliyyət göstərən 1 saylı Bakı DOST Mərkəzində gün ərzində təxminən 350-400 nəfər vətəndaş müraciəti qeydə alınır. Ümumi olaraq qeyd olunmuş müddət ərzində həmin mərkəzə 60 mindən çox vətəndaş müraciət edib. İlkin mərhələdə Bakının Yasamal və Səbail rayonlarının əhalisi üçün nəzərdə tutulan mərkəzdə il ərzində 100 mindən artıq vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulub.
Bizi qürurlandıran əsas nəticə isə, əlbəttə ki, DOST xidmətlərindən yararlanan insanların böyük əksəriyyətinin burada gördükləri xidmətin səviyyəsindən razı qalmasıdır. Apardığımız daimi monitorinq, təhlillər bunu deməyə əsas verir ki, vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 100 faizə yaxındır. Rəyi soruşulanların 95 faizi xidmətdən razı qaldığını bildirib. Bu, əlbəttə ki, bizi sevindirir və daha yaxşı işləməyə, xidmətlərin keyfiyyətini daha da artırmağa ruhlandırır. Biz vətəndaşların məmnuniyyət səviyyəsini bir neçə informasiya mənbəyinə əsasən hesablayırıq. Əvvəlcə bilavasitə xidmət pəncərəsinin önündə olan və xidmət səviyyəsini ölçmək üçün nəzərdə tutulmuş xüsusi elektron sistem vasitəsi ilə vətəndaş yalnız bir düyməyə toxunmaqla razı qalıb-qalmadığını bildirir, sonra isə artıq çıxışda könüllülərimiz vətəndaşlardan sorğu götürür və onlardan bir neçə suala cavab verməyi xahiş edirlər.
Bundan başqa, bilavasitə elektron sistem və könüllülər vasitəsilə aparılan sorğuya əlavə olaraq, 142 Çağrı Mərkəzinin xidmətlərindən razılıq səviyyəsi və kargüzarlığa göndərilən işlərin nəticəsindən vətəndaşın razılıq səviyyəsi daimi təhlil edilir. Həmçinin vətəndaşların sosial şəbəkələr vasitəsilə bildirdiyi rəylər də nəzərə alınır. Beləliklə, bir neçə mənbədən alınan informasiya məmnuniyyət səviyyəsini daha dəqiq ölçməyə imkan verir.
Əsas məqsədimiz isə budur ki, indi fəaliyyət göstərən 1 və 2 saylı Bakı DOST mərkəzlərinə və gələcəkdə açılacaq digər mərkəzlərimizə gələn heç bir vətəndaş buradan narazı getməsin. İnanıram ki, işimizi daim təkmilləşdirməklə biz buna da nail olacağıq.
- Məlum olduğu kimi, 1 saylı DOST Mərkəzindən sonra bu günlərdə Bakının Xəzər rayonu ərazisində daha bir mərkəz istifadəyə verildi. Bu xidmətlərin bütün ölkə ərazisinə şamil olunması, yəni paytaxtda və digər regionlarda nəzərdə tutulan mərkəzlər barədə məlumat verməyinizi xahiş edirik...
- Bəli, bir neçə gün öncə cənab Prezident İlham Əliyevin iştirakı ilə Şüvəlan qəsəbəsində yerləşən 2 saylı Bakı DOST Mərkəzinin açılışını etdik. Bu mərkəz Xəzər və Pirallahı rayon sakinlərinə xidmət edir. Gələn il isə daha 8 DOST mərkəzinin açılmasını planlaşdırırıq. Bu mərkəzlər Bakının Nizami və Binəqədi rayonlarında, Sumqayıt şəhəri, Abşeron, Bərdə, Şəki, Quba və Sabirabad rayonlarında açılacaq.
- Fərid müəllim, DOST Agentliyinin tabeliyindəki mərkəzlərə vətəndaşların müraciətinin və göstərilən xidmətlərin yeni texnologiyaların üstünlüklərindən istifadə edərək daha da təkmilləşdirilməsi, məsələlərin daha operativ həlli üçün hansı işlər görülür?
- Texnologiyaların tətbiqi, “bir pəncərə sistemi” hər bir halda vətəndaşa göstərilən xidmətin səviyyəsini qaldırır. Bunun ən bariz göstəricisi vətəndaş məmnunluğunun səviyyəsidir.
Hazırda proaktiv xidmətlər göstəririk ki, bu, vətəndaşın müraciəti olmadan elektron informasiya sistemindəki mövcud məlumatlar əsasında onun sosial vəziyyətini tam araşdırıb qiymətləndirməklə, həmin şəxsə hansı sosial xidmətdən yararlana biləcəyi barədə məsləhətlər, təkliflər verilməsini nəzərdə tutur.
Həmçinin xidmətlərin elektronlaşdırılması sürətlə davam edir. Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-təyinat sistemlərinin sayı 14-ə, e-arayış xidmətlərinin sayı 12-yə çatdı. Bu da hələ son deyil. Gələcəkdə xidmətlərin böyük əksəriyyətinin elektronlaşdırılması nəzərdə tutulub ki, bu da öz növbəsində vətəndaşa daha səmərəli və operativ xidmət göstərməyi təmin edəcək.
- Bildiyimiz kimi, DOST layihəsinin tərkibində “Gənc DOST” proqramı da fəaliyyət göstərir. DOST Agentliyinin tərkibində başqa nə kimi layihələr var, daha hansı proqram və layihələrin icrası nəzərdə tutulur?
- DOST mərkəzlərinin işinin təşkili zamanı vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsində iştirak, vətəndaşların məlumatlandırılması, elektron sistemlərdən istifadə üzrə köməklik, xidmət üzrə sənədlərin siyahısı ilə vətəndaşların tanış edilməsi, müxtəlif anket, forma və s. doldurulmasında köməklik, əlillərə xüsusi diqqət və qayğı göstərilməsi, rəy sorğularının keçirilməsi və bir çox başqa işlərdə könüllülərin danılmaz xidməti var. Bu fəaliyyət sayəsində gənclər həm iş təcrübələrini artırır, həm də əhalinin xüsusi həssas təbəqəsi ilə işləmək bacarığı əldə edirlər.
DOST Agentliyində könüllülük fəaliyyəti 3 istiqamətdə təşkil edilib: “Gənc DOST”, “Gümüşü DOST” və “Virtual DOST” alt proqramları vasitəsi ilə.
“Gənc DOST” alt proqramında 15-29 yaşlı gənclər iştirak edə bilərlər. Könüllülük fəaliyyətinin müddəti 2 aydır və iş prosesi gündəlik olaraq 3 növbədə təşkil olunur. “Gənc DOST” alt proqramı könüllülər üçün sosial əhəmiyyətli fəaliyyətdə rola malikolma, işgüzar vərdişlər əldəetmə, fərdi inkişaf, asudə vaxtın səmərəli keçirilməsi, yeni dostlar və əlaqələr və karyera yolunda ilk uğurlu addımların təməli baxımından faydalıdır.
“Gümüşü DOST” alt proqramına yaşı 50-dən yuxarı olan şəxslər cəlb edilir. Bu, onların aktiv həyat tərzinin təmin olunması və asudə vaxtlarının səmərəli təşkilinə dəstək məqsədi daşıyır. Həmçinin onların insanlarla ünsiyyət bacarığı, həyat təcrübəsi gənc könüllülərimiz üçün də yaxşı nümunə olur və bu, bizə vətəndaşlara daha yüksək səviyyədə, nəzakətlilik prinsiplərinə riayət olunmaqla xidmət göstərməyimizə yardım edir.
Daha bir maraqlı layihəmiz “Virtual DOST” oldu. Artıq vətəndaş evdə və yaxud istənilən başqa məkanda olsa belə, DOST Agentliyinin könüllüsü kimi fəaliyyət göstərə bilər. Bunun üçün yalnız kompüter, planşet və ya smartfon kifayət edir! “Virtual DOST” alt proqramına qoşulanlar təhsil, təlim, tədqiqat, PR, konsaltinq və s. sahələr üzrə verilən tapşırıqları onlayn qaydada yerinə yetirirlər. Bu proqram əlilliyi olan şəxslərin sosial inteqrasiyası baxımından da uyğunluq təşkil edir və onların evdən çıxmadan könüllü kimi fəaliyyət göstərmələri üçün yaxşı imkan yaradır.
Bütün bu alt proqramları özündə cəmləşdirən “Könüllü DOST” proqramının məqsədi ictimai iştirakçılığın təşkili, könüllü hərəkatına dəstək, gənclər siyasətinə dəstək, dövlət-vətəndaş münasibətlərinin inkişafı, yüksək keyfiyyətli xidmət, gənclərin əmək bazarına hazırlığı və fəal yaşlanmanın təmin olunmasıdır. Proqram özündə dövlətçilik və vətənpərvərlik, ictimai-sosial məsuliyyətlilik, birlik və əməkdaşlıq, qayğıkeşlik və yardımsevərlik prinsiplərini ehtiva edir. Könüllü fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikat verilir.
- Fərid müəllim, yola saldığımız 2019-cu il rəhbərlik etdiyiniz Agentliyin fəaliyyətə başlaması və uğurla fəaliyyət göstərməsi ilə əlamətdar olub. Uğurlarınız və gələcək planlarınız haqqında qısa məlumat verərdiniz.
- Hazırda dünyada bir pəncərə prinsipi üzrə bir sıra sosial xidmət təcrübələri olsa da, Azərbaycanın DOST layihəsi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində, həmçinin övladlığa götürmə ilə bağlı 132 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən kifayət qədər geniş xidmətlər arealını, innovativ yenilikləri özündə əhatə edən unikal bir layihə kimi diqqəti cəlb edir. Bu unikallığı bizim ən böyük uğurumuz adlandırmaq olar.
Gələcək planlarımız arasında ən vacib hədəflərimizdən biri göstərilən xidmətlərin elektronlaşdırılmasıdır. Bu baxımdan yaxın 2 ildə DOST mərkəzlərində göstərilən bütün xidmətin elektronlaşmasını planlaşdırmışıq.
Biz DOST komandası olaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi böyük yeniliklərin, inkişafa doğru inqilabi xarakterli dəyişikliklərin iştirakçısı olmaqdan qürur duyuruq. Əminik ki, gələcək nəsillər Azərbaycan tarixinin bu dövrünü köklü dəyişikliklər, çox əhəmiyyətli islahatlar dövrü adlandıracaqlar. Çünki bu dəyişikliklər Azərbaycanın gələcək inkişafına çox güclü təsir edəcək.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

