“Koronavirusdan qorunmaq üçün şəxsi gigiyena qaydalarına düzgün əməl edilməlidir”
14.03.2020 [10:47]
İbadulla Ağayev: Bu viruslardan qorunmanın tək yolu təması əngəlləməkdən ibarətdir. Yəni xəstə insanlarla təmasda olmamaq lazımdır
Məlum olduğu kimi, son vaxtlar koronavirusun yeni növü olan 2019-nCoV virusunun yayılması bütün dünyada çox böyük narahatlığa səbəb olub və xəstəlik əhali arasında xof yaradıb. Martın 13-nə olan məlumata görə, dünya üzrə koronavirusa 134 768 nəfər yoluxub (102 yeni yoluxma), 4983 nəfər ölüb (8 yeni ölüm), 70 387 nəfər isə sağalıb (1 300 yeni sağalan).
“İnfeksiyadan qorunmaq üçün ilk növbədə qalın tibbi maskalardan istifadə etmək, dezinfeksiyaedici maddələrin dozasını artırmaq lazımdır”
Bəs bu virusdan necə qorunmaq lazımdır, yaxud bu mümkündürmü? Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev koronavirusun simptomları, virusdan qorunma yolları barədə oxucularımıza ətraflı məlumat verib. Baş epidemioloq törədicilərin ətraf mühitə çox dözümlü olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, həmin viruslar açıq sahələrdə 2, kanalizasiya sularında 4 saat yaşamaq qabiliyyətinə malikdirlər, 56 dərəcə temperaturda, düz düşən günəş şüalarının altında, eləcə də dezinfeksiyaedici dərman maddələrinin təsirindən asanlıqla məhv olurlar: “Bu viruslardan qorunmanın tək yolu təması əngəlləməkdən ibarətdir. Yəni xəstə insanlarla təmasda olmamaq lazımdır. Valideynlər profilaktik tədbirlərə əməl etməli, uşaqlarla birlikdə insanların çox olduğu yerlərə, kütləvi tədbirlərə getməməlidirlər. Özləri əl və üzü, ağız və burunu yumadan uşaqlara toxunmamalıdırlar. Virus ağız, burun və göz vasitəsilə yoluxduğundan, əsasən əllərin təmizliyinə diqqət edilməlidir. Hər hansı səthə toxunan əlimizi həmin bədən üzvlərinə toxundurmaqla, virusa asanlıqla yoluxmaq olar”.
Səhiyyə nazirinin müvafiq əmrini xatırladan İbadulla Ağayev bu infeksiyanın əhali sıxlığı daha çox olan yerlərdə yayıldığını vurğulayıb. Eyni zamanda, kənardan gələn qida məhsullarının mənşəyini nəzərə almağı tövsiyə edən həkim xəstəliyin klinikası üzərində xüsusi dayanıb. Xəstəliyin gizli dövrünün 2-3, bəzən 7 gün, hətta daha artıq çəkdiyini deyən mütəxəssis immun qabiliyyəti yüksək olan insanlarda bu cür infeksiyalara yoluxma ehtimalının aşağı olduğunu da bildirib.
İ.Ağayev həmin infeksiyadan qorunmaq üçün, ilk növbədə, profilaktik tədbirlərin vacibliyini önə çəkərək daha qalın tibbi maskalardan istifadə etməyi, dezinfeksiyaedici maddələrin dozasını artırmağı məsləhət görüb.
“Baş ağrısı, hərarət, öskürmək, asqırmaq, iştahasızlıq, mədə-bağırsaq sisteminin pozulması xəstəliyin ilk simptomlarıdır”
Mütəxəssis baş ağrısı, hərarət, öskürmək, asqırmaq, iştahsızlıq, mədə-bağırsaq sisteminin pozulmasının xəstəliyin ilk simptomlarından olduğunu deyib. O, belə hallarda dərhal həkimə müraciət edilməsinin vacibliyini bildirib. Virusun 60 dərəcədə, eləcə də dezinfeksiya zamanı məhv olduğunu deyən baş epidemioloq xəstəliyə yoluxmamaq üçün profilaktik tədbirlərin (xəstə insanlarla təmas zamanı və digər hallarda əlləri yumaq, spirtlə təmizləmək, ət məhsullarını tam bişirmək, immuniteti gücləndirmək, C vitamini qəbul etmək) mütəmadi aparılmasının önəmli olduğunu qeyd edib. Yoluxmanın qarşısını əngəlləmək, xalqı bu təhlükədən qorumaq üçün bütün vasitələrdən ciddi şəkildə istifadə edilir. Hökumətin gördüyü tədbirlərdən başqa, belə yoluxucu xəstəliklərin epidemiya şəklində yayıldığı vaxtlarda hər kəs özünü və yaxın ətrafını qorumalıdır: “Gigiyenik normativlərə riayət etmək daha yaxşı olar. Hətta məsləhət görərdim ki, üzü sabunla yuduqda burun dəliklərini də həmin məhlulla təmizləsinlər. Şəxsi gigiyena mədəniyyəti olmalıdır. Hər bir şəxs özünün həkimi olmalıdır. Əgər bazardan meyvə alıb onu yumadan yeyirlərsə, burada həkimin nə günahı var?! Virus törədən xəstəliklərin hamısı bir-birinə oxşayır. Xəstələnən zaman mütləq həkimə müraciət edilməlidir. Göstəriş olmadan heç bir dərman vasitəsi içmək olmaz”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30

