/ / Azərbaycan yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində pandemiyaya qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi
Azərbaycan yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində pandemiyaya qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi
19.05.2020 [17:46]
Ağadur Müslümov: Ölkəmizdə həyata keçirilən sistemli islahatların ən mühüm istiqamətlərindən biri məhz korrupsiyaya qarşı qətiyyətli mübarizədir
Məlum olduğu kimi, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursu ölkəmizin hərtərəfli inkişafına xidmət edir. Ölkədə sosial-iqtisadi və siyasi sahələrlə yanaşı, hüquqi və kadr islahatlarının aparılması isə qarşıya qoyulan strateji hədəflərə çatmağa geniş imkanlar yaradır. Bununla yanaşı, hakimiyyət tərəfindən müxtəlif siyasi partiyalarla dialoq prosesinə start verilməsi, həmçinin bir neçə siyasi partiyanın qeydiyyata alınması cəmiyyət tərəfindən müsbət qiymətləndirilir. Bu baxımdan, yeni siyasi münasibətlərin, siyasi dialoqun qurulması ölkəmizin siyasi sistemində yeni keyfiyyət dəyişikliyi yaratmaqdadır.
Kompleks xarakterli islahatlar dövlətimizin inkişafına və xalqımızın rifahına xidmət edir
“Azərbaycan Mübarizləri” Partiyasının sədri Ağadur Müslümov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında deyib ki, həyata keçirilən islahatların fonunda siyasi sistemin yeni konfiqurasiyasının yaranması müşahidə edilir: “Ölkəmizdə cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar siyasi sistemi də əhatə edir. Hazırda fərqli siyasi baxışlara, mövqelərə malik olmalarına baxmayaraq, milli dövlətçilik mənafeyindən çıxış edən siyasi qüvvələrlə dialoq daha da genişləndirilir”.
Bu yaxıınlarda bir neçə siyasi partiyanın Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmasına toxunan A.Müslümovun sözlərinə görə,ölkəmizdə siyasi partiyaların qeydə alınması yeni siyasi münasibətlərin formalaşdığını göstərir: “Bir neçə partiyanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi çox müsbət haldır, ölkəmizdə mövcud olan yeni siyasi münasibətlərin təzahürüdür”.
Müstəqilliyimizin qorunması, ərazi bütövlüyümüzün bərpası və xalqımızın rifahı naminə bütün siyasi qüvvələri milli maraqlar əsasında fəaliyyət göstərməyə çağıran partiya sədri ölkədə bütün sahələrdə aparılan islahatların mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb: “İqtisadi, sosial, hüquqi, siyasi, kadr və digər sahələrdə həyata keçirilən islahatar dövlətimizin inkişafına, xalqımızın sağlamlığına və rifahına xidmət edir”.
Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur
Son dövrlər Azərbaycanın pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilməsinə də toxunan A.Müslümov deyib ki, dövlət başçısı tərəfindən təkcə ölkə səviyyəsində deyil, beynəlxalq müstəvidə də diqqətin bu problemə cəlb edilməsi sahəsində atılan addımlar müsbət nəticə verib: “Məlumdur ki, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşü keçirilib. Zirvə görüşündə çoxsaylı ölkənin iştirakı Azərbaycan Prezidentinin yüksək nüfuzunun, uğurlu siyasətinin nəticəsidir”.
A.Müslümovun sözlərinə görə, Azərbaycan pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirib: “Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronavirus təhlükəsinin ilk günlərindən həmrəylik çağırışlarına dəstək verib, koronavirusa qarşı qlobal mübarizə üçün maliyyə yardımı ayırıb. Pandemiya əleyhinə görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilən Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur”.
Bir neçə nüfuzlu beynəlxalq qurumun rəhbər şəxslərini eyni tədbir çərçivəsində bir araya gətirmək baxımından da keçirilmiş Zirvə görüşünün önəmindən bəhs edən partiya sədri bunun Prezidentin bəşəriyyət üçün aktual olan COVID-19 pandemiyasının doğurduğu qlobal fəsadlarla bağlı məsələləri vaxtında beynəlxalq ictimaiyyətin diqqətinə təqdim etməsi olduğunu deyib. “Bu təşəbbüslər beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Eyni zamanda, cənab İlham Əliyevin dünyanın problemlərinə, Qoşulmama Hərəkatının üzvlərini narahat edən məsələlərə vaxtında və həm də adekvat reaksiya verməsi, pandemiyaya qarşı mübarizə səylərini effektiv şəkildə əlaqələndirməsi Azərbaycan Prezidentinin dünya miqyaslı lider olmasının sübutudur”, – deyə A.Müslümov bildirib.
Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin növbəti mərhələsi başlanıb
A.Müslümov ölkəmizdə aparılan genişmiqyaslı islahatların tərkib hisəsi kimi məhkəmə-hüquq sistemində də ardıcıl islahatların həyata keçirilməsi, eyni zamanda, korrupsiya və rüşvətxorluq hallarına qarşı cəza tədbirlərinin davam etdirilməsinə də münasibət bildirib: “Azərbaycan Prezidentinin rəhbərliyi ilə pandemiya ilə mübarizə çərçivəsində məqsədyönlü tədbirlər həyata keçirildiyi bir vaxtda, təəssüflər olsun ki, bəzi məmurlar ciddi qanunsuzluqlara yol verir, vətəndaşların haqqını qəsb edirlər. Müharibə şəraitinə bərabər tutulan bugünkü çətin durumda vəzifəli şəxslərin bu hərəkətləri dövlətimizə və xalqımıza xəyanətdir”.
Partiya sədrinin fikrincə, Prezidentin qətiyyətli mövqeyi onu göstərir ki, rüşvətxorluq, korrupsiya kimi neqativ hallara yol verən məmurlara qarşı görülən tədbirlər davamlı olacaq: “Son dövrlər korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində ciddi addmlar atılması və aparılan son əməliyyatlar dövlətin və xalqın vəsaitini talayanların, öz şəxsi maraqlarını dövlətin ali mənafeyindən üstün tutanların cəzadan kənar qalmayacaqlarını bir daha təsdiqləyir. Bu addımlar, eyni zamanda, ölkəmizdə keçirilən sistemli islahatların ən mühüm istiqamətlərindən birinin məhz korrupsiyaya qarşı qətiyyətli mübarizə olduğunu göstərir”.
Azərbaycanda aparılan kadr islahatlarının davamı kimi, bu yaxınlarda Kamran Əliyevin Baş prokuror təyin edilməsini mühüm hadisə kimi qiymətləndirən A.Müslümov deyib ki, bu vəzifəyə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisinin təyin olunmasını ölkəmizin korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin növbəti mərhələsinə qədəm qoyması kimi dəyərləndirmək olar: “İnanırıq ki, bu təyinat Azərbaycanda təkcə korrupsiya və rüşvətxorluq hallarına deyil, digər bütün sahələrdə də cinayətkarlığa, dövlət əmlakının mənimsənilməsinə qarşı prokurorluq orqanlarının qəti mövqedən çıxış etməsi vacib rol oynayacaq”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

