/ / Görülən işlərin hədəfi Azərbaycan vətəndaşının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılmasıdır
Görülən işlərin hədəfi Azərbaycan vətəndaşının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılmasıdır
21.05.2020 [11:02]
Müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycan bu gün dünya miqyasında çox böyük nüfuza malik ölkələr sırasındadır. Ölkəmiz təmsil olunduğu bütün beynəlxalq təşkilatların işində fəal iştirakı ilə seçilir. Bir sözlə, Azərbaycan dünya birliyinin fəal üzvlərindən biri kimi hadisələrə adekvat reaksiya verərək qlobal təşəbbüslərlə çıxış edir, problemlərin həllinə töhfə verir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan sədrlik etdiyi Türk Şurasının və Qoşulmama Hərəkatının koronavirus pandemiyasına həsr olunan Zirvə toplantılarını ən yüksək səviyyədə təşkil etməklə daha bir ilkə imza atdı. Prezident İlham Əliyev böyük təşəbbüskarlıq göstərərək üzv ölkələrin rəhbərlərini çətin məqamda bir olmağa çağırdı. Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə təşəbbüskarlığını özünün mənəvi borcu kimi qəbul edərək dünyaya öz töhfəsini verdi. Təkcə onu demək kifayətdir ki, Azərbaycan bu günə qədər 13 ölkəyə və 3 beynəlxalq təşkilata yardım göstərib. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatının və Türk Şurasının yekun bəyannaməsində Azərbaycanın xüsusi rolu qeyd olunur. Zirvə görüşləri ölkəmizin necə böyük gücə malik olduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin xarici siyasətinin nəticədir ki, Azərbaycan hər bir təşkilatda etibarlı tərəfdaş rolunda çıxış edir. Biz o nüfuzu qazanmışıq. Xüsusilə qeyd etmək lazımdır ki, bu gün dünyanın böhranla üzləşdiyi bir vaxtda Azərbaycanın müsbət rolu daha çox görünür.
Məlahət İbrahimqızı bildirib ki, virusla mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi xalqımızı böyük bəladan xilas etdi. Bu dövrdə həm insanların sağlamlığının qorunması, həm də həssas təbəqələrin sosial təminatı məsələləri həll olunub. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq qısa müddətdə ehtiyaclara uyğun olaraq səhiyyə sistemi yenidən quruldu, karantin rejimində saxlanılanların təminatı təşkil edildi. Məhz görülən sistemli işlərin nəticəsində bu gün yumşalma tədbirləri ilə əlaqədar yoluxanların sayında müəyyən artım olsa da, vəziyyət tam nəzarətdədir. Hazırda 20-dən çox xəstəxanada ancaq koronavirus xəstələri müalicə olunur. Ölkə üzrə qısa müddətdə beynəlxalq standartlara uyğun COVID-19 testlərinin aparılması üçün 20-dən çox laboratoriyanın açılması ÜST və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Modul tipli 10 xəstəxananın inşasına başlanılıb, artıq birinci xəstəxana istifadəyə verilib. O cümlədən ötən dövr ərzində Azərbaycanda tibbi maska, kombinezon, dezinfeksiya vasitələrinin istehsalına başlanılması son zamanlarda əldə etdiyimiz ən böyük uğurlardandır. Görülən işlərin hədəfi Azərbaycan vətəndaşının sağlamlığının qorunması və rifahının təmin edilməsidir.
Sosial sahənin, xüsusilə həssas qrupdan olan vətəndaşların problemlərinin daim diqqət mərkəzində saxlandığını diqqətə çatdıran deputat ölkəmizdə müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələrə dövlət tərəfindən dəstək göstərilməsini də qeyd edib. Bildirib ki, bu günə qədər 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib. Dövlət başçısının 3 saylı DOST mərkəzinin açılışından sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə qeyd etdiyi kimi, maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcək. Prezident hər zaman çıxışlarında dəfələrlə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını qeyd edib. 2019-cu ildə müstəqillik dövrünün ən geniş sosial paket təqdim olunub və bu layihə uğurla icra edilib. Bu sosial paket 4 milyon 200 min insanı əhatə edib. Cari ildə sosial sahədə görülən işlər ötən il həyata keçirilən tədbirlərin məntiqi davamıdır. Vətəndaşların məmnunluğunun təmin edilməsi üçün mütəmadi tədbirlər həyata keçirilir, layihələr reallaşdırılır. Belə layihələrdən biri də DOST mərkəzləridir. DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin və aparılan islahatların əyani təzahürüdür. Bu mərkəzlərdə göstərilən xidmətlər sosial təminat sahəsində böyük yenilikdir və burada 130-dan çox xidmətin göstərilməsi sosial sahənin bütün xidmətlərini ehtiva edir. Ölkəmizdə 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur və bu, sosial sahənin daha da inkişaf etdirilməsinə, vətəndaş məmnunluğunun daha da artırılmasına, eləcə də innovativ inkişafa öz töhfəsini verəcək.
Xəbər lenti
Hamısına baxMEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31

