/ / Pandemiya şəraitində təhlükəli virusdan qorunmağın ən effektiv üsulu tibbi maskalardan istifadə etməkdir
Pandemiya şəraitində təhlükəli virusdan qorunmağın ən effektiv üsulu tibbi maskalardan istifadə etməkdir
10.06.2020 [09:22]
Ekspertlərin fikrincə, bölgələrə səfərləri zamanı Prezident İlham Əliyevin tibbi maskadan istifadə etməsi vətəndaşlarımız üçün bir nümunə olmalıdır
Məlum olduğu kimi, ölkəmizdə yeni növ koronavirus (COVİD-19) infeksiyasının qeydə alındığı ilk vaxtdan dövlət tərəfindən həyata keçirilən tədbirlər, tətbiq olunan qadağalar öz müsbət nəticəsini vermişdi. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, infeksiyaının geniş yayılmasına qarşı tətbiq olunan karantin rejiminin yumşaldılması ilə paralel şəkildə COVİD-19-a yoluxanların sayında artma müşahidə edilir. Ekspertlərin vurğuladıqları kimi, bunun səbəbi insanlar arasında bir arxayınlıq yaranması, bəzi vətəndaşların sanitar-epidemioloji qaydalara məhəl qoymamaları, qoruyucu vasitələrdən istifadə etməmələri, o cümlədən də tibbi maska taxmamaları ilə bağlıdır. Halbuki istər ÜST təmsilçilərinin, istərsə də yerli tibb mütəxəssislərimizin bəyan etdikləri kimi pandemiya şəraitində təhlükəli virusdan qorumağın ən effektiv üsulu tibbi maskalardan istifadə etməkdir. Çünki tibbi maska həm COVİD-19 daşıyıcılarının ətrafa virus yaymalarının qarşısını alır, həm də onlarla təmasda olan, yaxın məsafədə dayanan insanların burun, ağız və müəyyən dərəcədə də üz nayihələrinə virus düşməsinə imkan vermir. Mütəxəssislərin qənaətinə görə, maska taxmaq virusa yoluxma riskini 90 faizədək azaldır.
Bu səbəbdən hər bir şəxs tibbi maskalardan istifadə etməklə həm də bir nümunə ortaya qoymalıdır. Bu baxımdan, Prezident İlham Əliyevin tibbi maskadan istifadə etməsi cəmiyyətimiz üçün yaxşı bir nümunədir. Məlum olduğu kimi, dövlət başçısı bu günlərdə respublikamızın cəbhə bölgəsində yerləşən Tərtər, Ağcabədi rayonlarında səfərdə olub. Həmin səfərlər zamanı bir sıra mühüm tədbirlərə qatılan Prezident İlham Əliyev tibbi maska taxıb. Beləliklə, dövlət başçısı yenə də mühüm şəxsi nümunə göstərib. İndiyədək ictimai yerlərdə maska taxmayan insanlar dövlət başçısının sadə, yerinə düşən, həm də çox zəruri olan davranışından özləri üçün nəticə çıxarmalıdırlar.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Könül Nurullayeva bildirib ki, karantin rejiminin yumşaldılması ilə bağlı tədbirlərdən sonra vətəndaşlarımızın əksəriyyəti tərəfindən karantin qaydalarının ciddi şəkildə pozulması, onlara məhəl qoyulmaması bəzi sərt qadağaları yenidən gündəmə gətirdi. Millət vəkilinin sözlərinə görə, verilən qərarların məcburi xarakter daşımasına baxmayaraq hələ də əhali bu xəstəliyə laqeydliklə yanaşır, maska taxmır və göstərilən qaydalara riayət etmir: “Düşünürəm ki, bu yaxınlarda Prezident İlham Əliyevin Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi vətəndaşlarımız üçün bir nümunə olmalıdır. Bütün bu görülən tədbirlərin ali məqsədi vətəndaşlarımızn sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətindədir. Xüsusilə vurğulamaq istərdim ki, pandemiyanın ilkin dövrlərində yaşanan bəzi çətinliklər bu gün tam həllini tapıb. Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin və Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı dövlətin bu sahədə nə qədər qərarlı olduğunun bariz sübutudur. Biz hazırda bir cəmiyyət olaraq milli sınaqdan keçirik. Bu virusun qarşısının alınmasında bütün resurslar səfərbər olunur. Bir millət vəkili kimi vətəndaşlarımızdan xahiş edirəm ki, dövlət strukturlarında və özəl müəssisələrdə çalışan insanların iş yükünü nəzərə alaraq və bu pandemiyanın ölkə iqtisadiyyatına vurduğu zərəri göz qabağına gətirərək bir daha düşünək və qaydalara əməl edək”.
Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək Fondunun direktoru Gülbəniz Bayramova da Azərbaycanda insanların sağlamlığının qorunmasının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun prioritetini təşkil etdiyini deyib. Onun sözlərinə görə, dünyanın başı üzərini koronavirus təhlükəsi alan gündən Prezidentimizin göstərişi ilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi nəticəsində hazırda Azərbaycan dünya ölkələri arasında pandemiyadan daha az itki verən ölkələr sırasındadır: “Lakin son günlər xüsusi karantin rejiminin yumşaldılmasından istifadə edən bəzi vətəndaşlar qaydalara əməl etmədi və qoruyucu vasitələrdən istifadəyə laqeyd yanaşdılar. Bunun da nəticəsində koronavirusa yoluxanların sayı sağalanların sayını üstələdi. Bundan sonra təbii olaraq bir sıra sərt qərarların qəbul edilməsi məcburiyyəti ilə üzləşməli olduq. İlk növbədə, qoruyucu vasitələrdən, xüsusilə tibbi maskalardan istifadə məcburi oldu. Həmişə olduğu kimi, möhtərəm Prezidentimiz bu işdə də nümunə göstərdi. Bu çətin günlərdə regionlara səfərlərini davam etdirən, yeni müəssisələrin açılışını edən Prezident İlham Əliyev Tərtər və Ağcabədi rayonlarına səfərləri zamanı iştirak etdiyi tədbirlərdə tibbi maskadan istifadə etdi. Əgər ölkə Prezidenti tibbi maskadan istifadə edirsə, niyə digər vətəndaşlarımız bundan nümunə götürməməlidirlər? Deməli, tibbi maskalardan istifadə etmək vacibdir ki, dövlət başçısı bu addımı atıb və digərlərinə də nümunə göstərib”.
G.Bayramova bildirib ki, vətəndaşlarımız məsuliyyətsizlik, biganəlik göstərməməli, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müraciətlərinə, çağırışlarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın, TƏBİB-in tövsiyələrinə, onların tələblərinə bir nəfər kimi əməl edilməlidir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

