Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəb direktorları ilə onlayn konfrans təşkil edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəb direktorları ilə onlayn konfrans təşkil edib

10.06.2020 [09:29]

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn konfrans keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, konfransda idarənin müdiri Rəşad Tağıyev koronavirus (COVID-19) pandemiyasının təsirlərinin minimuma endirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Pandemiya dövründə tədrisin davamlılığını təmin etmək məqsədilə görülən işlərə toxunan Rəşad Tağıyev təhsil müəssisələrində tədrisin məsafədən təşkil edilməsi və bu məqsədlə istifadə edilən onlayn platformaların üstünlüyünü diqqətə çatdırıb.
Həmçinin idarə müdiri I sinfə qəbul, onlayn müsahibələr, məktəblərdə mövcud sanitar-epidemioloji vəziyyətlə bağlı görülən işlər, məktəb idarəetməsi işinin səmərəliliyinin artırılması, məktəb-valideyn və müəllim-şagird əlaqələrində davamlılığın təmin olunması, məktəbdaxili qiymətləndirmənin aparılması məsələləri haqqında da fikirlərini bildirib.
Daha sonra məktəb direktorlarını maraqlandıran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.

Paylaş:
Baxılıb: 348 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31