Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Respublika fənn olimpiadalarının qalibləri açıqlanıb

Respublika fənn olimpiadalarının qalibləri açıqlanıb

01.07.2020 [15:52]

Respublika fənn olimpiadalarının qalibləri müəyyən olunub.
Təhsil Nazirliyindən qəzetimizə bildirilib ki, olimpiadanın nəticələrinə görə, 55 nəfər qızıl, 105 nəfər gümüş, 160 nəfər bürünc olmaqla ümumilikdə 320 nəfər qalib elan edilib. Qaliblər ölkəmizin 42 şəhər və rayonundan olmaqla 158 ümumtəhsil müəssisəni əhatə edir. Onlardan 101-i qız, 219-u oğlandır.
Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 10 qızıl medalçı – “Birincilərin birinciləri” nominasiyasına layiq görülüb.
Qeyd edək ki, 2019-2020-ci tədris ilində olimpiadaya 34 minə yaxın şagird qatılıb. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
Olimpiadalar “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilib.
Paylaş:
Baxılıb: 401 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31