/ / Sərtləşdirilmiş karantin rejimində müəyyən edilən qaydalara əməl olunması pandemiyaya qarşı mübarizə üçün zəruridir
Sərtləşdirilmiş karantin rejimində müəyyən edilən qaydalara əməl olunması pandemiyaya qarşı mübarizə üçün zəruridir
28.07.2020 [09:18]
Ekspertlər bildirirlər ki, yoluxmanın artmasının qarşısını almaq üçün vətəndaşlar mütləq qoruyucu vasitələrdən istifadə etməli, məhdudlaşdırıcı tələblərin yerinə yetirilməsinə ciddi yanaşmalıdırlar
Məlum olduğu kimi, bütün dünyanı cənginə almış yeni növ koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyəti təhlil edən Nazirlər Kabineti ölkə üzrə xüsusi karantin rejiminin uzadılması barədə qərar qəbul edib. Eyni zamanda, mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi avqustun 5-dək uzadılıb. Qeyd edək ki, xüsusi karantin rejimi şəraitində müvafiq qərarlar məhz ölkə vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi nəzərə alınaraq qəbul edilir. Buna görə də Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydaların vətəndaşlar tərəfindən icrasının zəruriliyi mühüm əhəmiyyət kəsb edir. Ekspertlərin fikrincə, pandemiya ilə mübarizənin səmərəliliyi üçün vətəndaşlar mütləq qoruyucu vasitələrdən istifadə etməli, eyni zamanda məhdudlaşdırıcı tələblərin yerinə yetirilməsinə ciddi yanaşmalıdırlar.
Məsələyə münasibət bildirən Milli Məclisin üzvü Sevinc Hüseynova deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara vətəndaşlar tərəfindən əməl edilməsi yoluxma riskinin qarşısını almaq üçün əsasdır: “Çünki yoluxma sayının azalması halında karantin rejiminin yumşaldılmasına gedilə bilər. Məsələn, bir həftə bundan qabaq yoluxma dinamikasını nəzərə alan Nazirlər Kabineti Lənkəran şəhəri və Samux rayonunda iyulun 20-dən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimini ləğv etdi. Bununla yanaşı, sərtləşdirilmiş xüsusi karantin rejimi davam edən 14 şəhər və rayonda bəzi yumşaldılmalara da gedildi. Bu da onu sübut edir ki, tətbiq edilən qaydalara tam əməl olunması yoluxma riskini aşağı salacaq, sözügedən şəhər və rayonlarda da gələcəkdə sərtləşdirilmiş karantin rejiminin yumşaldılmasına şərait yaradacaq”.
Deputatın sözlərinə görə, son bir həftədə yoluxma dinamikasının aşağı düşməsi müvafiq qurumlar tərəfindən məhdudlaşdırıcı tələblərin bəzilərinin ləğvi, o cümlədən SMS icazənin müddətinin 2 saatdan 3 saata qədər artırılmasına gətirib çıxardı: “Ona görə də vətəndaşlar bundan sonra da qoyulan qaydalara riayət etməli, qoruyucu vasitələrdən istifadəyə ciddi fikir verilməlidirlər. Təəssüf ki, bu xəstəliyi hələ də ciddi qəbul etməyən, məsuliyyətsizlik nümayiş etdirənlər mövcuddur. Buna görə də xəstə və ya sağlam olmasından asılı olmayaraq, hər kəsin maarifləndirici məlumatlara diqqətlə yanaşması, qapalı məkanlarda, insanların sıx toplaşdığı yerlərdə maska taxması, sosial məsafə saxlaması, sanitar-gigiyenik tələblərə ciddi riayət etməsi vacibdir”.
Milli Məclisin deputatı Müşfiq Cəfərovun sözlərinə görə, qapalı məkanlarda qoruyucu vasitələrdən istifadə edilməsi yoluxma sayında mühaişdə edilən azalmaya təsir baxımından əhəmiyyətlidir: “Bunları nəzərə alaraq, hər kəs karantin rejiminin tələblərinə daha ciddi şəkildə əməl etməli, özlərini, yaxınlarını qorumaq üçün həmrəylik nümayiş etdirməlidir. Bununla həm yoluxma tempinin aşağı düşməsinə, həm də vətəndaşların gələcəkdə sərbəst fəaliyyətinin təmin olunmasına töhfə verə bilərik”.
M.Cəfərov deyib ki, vətəndaşlar sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq vacib olmadığı halda evdən kənara çıxmamalıdırlar: “Hər birimiz başa düşməliyik ki, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsasdır. Tələb kimi qoyulan SMS icazə sistemindən istifadə qaydasına da ciddi riayət olunmalıdır. İcazə almadan kənara çıxmaq həm qapalı məkanlarda insaların sayının artmasına, həm vətəndaşların özlərinin cərimələnməsinə gətirib çıxara bilər”.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19

