“Karyera pillələrində yüksəliş və ya əlçatan rəhbər” mövzusunda vebinar təşkil olunub
29.08.2020 [00:22]
“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən “Karyera pillələrində yüksəliş və ya əlçatan rəhbər” mövzusunda vebinar keçirilib.
AZƏRTAC xəbər verir ki, vebinara “Yüksəliş” layihəsinin 400-ə yaxın iştirakçısı qatılıb.
Müsabiqənin İdarəçi Rəhbərlər heyətinin üzvü, Vəkillər Kollegiyasının sədri Anar Bağırov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan geniş spektrli iqtisadi, sosial, hüquqi və digər islahatlar və onların həyata keçirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, ixtisaslaşdığı sahədən asılı olmayaraq ölkənin hüquq və qanunvericilik sistemi və bu sahədə baş verən yeniliklər barədə məlumatlı olmaq, idarəçinin şəxsi keyfiyyətləri, uğur əldə etmək üçün komanda işinin təşkili ilə bağlı danışıb.
Anar Bağırov vurğulayıb ki, hər bir idarəçi, dövlətin əhəmiyyətli postlarında yer tutan rəhbər şəxs üçün təvazökarlıq, dürüstlük, təkəbbürdən uzaq olmaq əsas şəxsi keyfiyyətlərdir. Eyni zamanda, fikirlərində səmimi və bu səmimiyyəti əhatəsinə transfer edə bilən, əmin olduğu məqamlarda qərar qəbul etməkdə qətiyyətli idarəçi ətrafındakılarda güvən yaradır. Təcrübə ilə qazanılan keyfiyyətlərə isə əməkdaşlarını motivasiya etmək, mükəmməl kommunikasiya, rəvan ünsiyyət qurmaq, şəxsi nümunə, ideyalarını bölüşə bilmək və tənqidi fikirləri qəbul etmək bacarıqları daxildir.
Anar Bağırov, həmçinin bildirib ki, rəhbərin əlçatan olması, əməkdaşları ilə fikir mübadiləsinə şərait yaratması, yeni ideyaların birgə müzakirəsi düzgün qərar qəbuletmə və uğurlu nəticə üçün vacib amillərdəndir.
Vebinar iştirakçılarla qarşılıqlı müzakirə formatında aparılıb, dinləyicilərin sualları cavablandırılıb.
Qeyd edək ki, hazırda əyani mərhələnin keçirilməsinə hazırlaşan müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarların təşkilini də nəzərdə tutur.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07

