Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Milli Cəbhə Partiyası və Respublikaçı Alternativ Partiyası dövlət qeydiyyatına alınıb

Milli Cəbhə Partiyası və Respublikaçı Alternativ Partiyası dövlət qeydiyyatına alınıb

02.09.2020 [08:54]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxpartiyalı sistemin inkişafı, siyasi partiyaların ölkəmizin ictimai həyatında əhəmiyyətinin artırılması, bu sahədə münasibətlərin sağlam zəmində və qarşılıqlı əməkdaşlıq əsasında qurulmasına dair səsləndirdiyi fikirlər daim diqqət mərkəzində saxlanılır.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Milli Cəbhə Partiyası (MCP) və Respublikaçı Alternativ (REAL) Partiyasının dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə ünvanlanmış müraciətlərinə əsasən təsis sənədlərinin qanunvericiliyin tələblərinə uyğunluğu məsələsi öyrənilib və partiyaların qeydiyyata alınması barədə nazirlik tərəfindən qərar qəbul edilib.
Sentyabrın 1-də Ədliyyə nazirinin müavini Toğrul Musayev partiya sədrləri ilə görüşü zamanı onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edərək dövlətimizin başçısının iradəsi ilə ölkəmizdə siyasi sistemin və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində önəmli addımların atılmasını xüsusi vurğulayıb, son aylar artıq bir neçə partiyanın qeydiyyatdan keçdiyini qeyd edib.
Partiya rəhbərləri Razi Nurullayev (MCP) və İlqar Məmmədov (REAL) siyasi islahatların aparılmasını, demokratik təsisatların inkişaf etdirilməsi sahəsində görülən işləri, başlanmış siyasi dialoqu dəstəklədiklərini, bunların dövlətimizin tərəqqisinə müsbət təsir edəcəyinə dair əminliklərini bildiriblər.

Paylaş:
Baxılıb: 584 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31