/ / Ölkəmizdə idarəetmə sahəsində həyata keçirilən məqsədyönlü islahatlar vətəndaşların rahatlığına və məmnunluğuna xidmət edir
Ölkəmizdə idarəetmə sahəsində həyata keçirilən məqsədyönlü islahatlar vətəndaşların rahatlığına və məmnunluğuna xidmət edir
10.09.2020 [09:08]
Ekspertlər qeyd edirlər ki, Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs dövlət idarəçiliyinin optimallaşdırılması və səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyətə malikdir
Son illərdə ölkəmizdə aparılan köklü islahatlar çoxşaxəli olmaqla istər iqtisadi, istər siyasi, istərsə də yerli özünü iderəetmə sistemində mühüm yeniliklərə yol açıb. Vurğulanmalıdır ki, bu yeniliklər vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır. Bütün bunlar isə onu göstərir ki, qarşıdan gələn dövrdə də yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək.
Yeri gəlmişkən, Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs də ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsi məqsədi daşıyır. Bu təşəbbüsdə nəzərdə tutulan dəyişiklərin vətəndaşların müraciətlərinə baxılma mexanizmində yeniliklərə yol açacağı şübhəsizdir. Bununla yanaşı, bu təşəbbüs nəticəsində büdcə vəsaitlərinin sərfiyyatına qənaət olunacaq.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Pərvin Kərimzadə ölkəmizdə həyata keçirilən davamlı islahatların bütün sahələrdə olduğu kimi dövlət idarəçiliyində də çevikliyin artırılmasına, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, vətəndaş məmnunluğunun artırılmasına xidmət etdiyini bildirib. Onun sözlərinə görə, dövlət idarəetməsini daha da sadələşdirmək və müasir tələblərə uyğunluğunu təmin etmək isə dövlət aparatı ilə vətəndaşlar arasında münasibətləri asanlaşdırmağa, xidmətin keyfiyyətini yüksəltməyə zəmanət yaradır: “Ölkədə dövlət idarəçiliyi ilə ictimaiyyət arasında əlaqələrin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi dövlət idarəçiliyinin xalqın istək və gözləntilərinə uyğun həyata keçirmək imkanlarını genişləndirir. Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs çoxsaylı seçicilərimizlə, Gəncə sakinləri ilə müzakirə edilir. İnkişaf etmiş şəhərlərin təcrübəsi göstərir ki, idarəetmədə vətəndaşların müraciətlərinə baxılma mexanizminin sadələşdirilməsi, onların problemlərinin daha çevik şəkildə həll olunması, idarəetmə sistemində çoxpilləlilik, paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ hallar aradan qaldırılması müsbət nəticələr verir. Qeyd etdiyim kimi, ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə irəli sürülən təşəbbüs ilk növbədə vətəndaşların rahatlığına, məmnunluğuna xidmət edir”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də ölkəmizdə dövlət idarəçiliyinin şəffaflaşdırılmasının, operativliyinin və səmərəliliyinin yüksəldilməsinin, vətəndaş məmnunluğunun artırılmasının Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar kursunun əsas mahiyyətini təşkil etdiyini deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan dövlət xidmətlərinin göstərilməsi üzrə qabaqcıl modelləri dünyaya təqdim edir. Ölkəmizdə şəffaflığın yüksək səviyyədə qorunduğunu, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirildiyini bildirən baş redaktor deyib: “Müxtəlif vaxtlarda yerli və mərkəzi icra orqanlarının strukturunun, fəaliyyət istiqamətlərinin, prinsiplərinin, vəzifə və öhdəliklərinin dəqiqləşdirilməsi, paralelliyin aradan qaldırılması, çevik qərarların qəbul olunması və vəzifələrin mümkün qədər səmərəli icrası ilə bağlı qanunvericilik təşəbbüsləri irəli sürülüb. Milli Məclis, Prezident Administrasiyası, Nazirlər Kabinetində həyata keçirilən struktur dəyişiklikləri öz müsbət nəticələrini verir. Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv olunması ilə bağlı irəli sürülən təşəbbüs də idarəçilik sistemində təkmilləşmənin tərkib hissəsidir. Bu mühüm addım ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsi məqsədi daşıyır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

