/ / İşğalçı ölkənin təcavüzkar siyasəti nəticəsində yüzminlərlə azərbaycanlı məktəbli silahlı münaqişədən bu gün də əziyyət çəkir
İşğalçı ölkənin təcavüzkar siyasəti nəticəsində yüzminlərlə azərbaycanlı məktəbli silahlı münaqişədən bu gün də əziyyət çəkir
11.09.2020 [09:42]
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib
Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən bu il mayın 28-də qəbul edilən 74/275 saylı qətnaməyə uyğun olaraq 9 sentyabr tarixi Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü elan edilib. Bununla əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda qeyd olunduğu kimi, Uşaq Hüquqları Konvensiyasının və onun Uşaqların Silahlı Münaqişələrə cəlb edilməsinə dair Əlavə Protokolun, habelə 1949-cu il Müharibə Qurbanlarının Müdafiəsi üzrə Cenevrə Konvensiyalarının tərəfdaşı olan Azərbaycan Respublikası qətiyyətlə və davamlı olaraq uşaq hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsinə və silahlı münaqişələrdən əziyyət çəkən uşaqların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq səylərə dəstək verir.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü Azərbaycanın təhsil infrastrukturuna da ciddi ziyan vurub. Belə ki, ölkəmizin işğal olunmuş ərazilərində 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib. Bütövlükdə, Ermənistanın təcavüzkar siyasəti nəticəsində yüzminlərlə azərbaycanlı məktəbli silahlı münaqişədən bu gün də əziyyət çəkir. Ümumiyyətlə, etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar, o cümlədən məktəblilər, tələbələr və müəllimlər Ermənistandakı doğma torpaqlarından və Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin düşüblər. On minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün düşmüş oğlan və qızlar, bu vəziyyətdən irəli gələn ciddi problemlərin təsiri altında təhsil hüquqlarını həyata keçirməyə davam edirlər. Eyni zamanda, təmas xətti boyunca yaşayan sakinlər kimi bir çox məktəblilər də işğalçı tərəfin atəşkəsi pozmasından əziyyət çəkir. Onlar Ermənistan silahlı qüvvələri tərəfindən heç bir fərq qoyulmadan atəşə məruz qalmaq təhlükəsi altında davamlı olaraq dərslərində iştirak edirlər. Belə ki, yalnız 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarında bir çox məktəb ciddi ziyan görüb, Ağdam rayonunun Sarıcalı kəndində 220 məktəblinin təhsil aldığı orta məktəb də erməni vandalizminə məruz qalaraq məhv olub.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Ermənistan cəbhə xəttinə yaxın bölgələrdəki mülki əhalini, xüsusilə uşaqları intensiv olaraq atəşə tutur. Bunun nəticəsində 2017-ci ildə iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 2016-cı il təvəllüdlü Zəhra Quliyeva qətlə yetirilib. Eyni zamanda, Ermənistanın azərbaycanlı əhaliyə qarşı silsilə etnik təmizləmələr həyata keçirməsi nəticəsində Xocalıda, Kəlbəcərin Ağdaban kəndində, Goranboyun Ballıqaya kəndində və digər yaşayış yerlərində xeyli sayda uşaqlar, məktəblilər öldürülüb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunduğu kimi, azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətlərinə görə Ermənistan məsuliyyət daşıyır. Eyni zamanda, Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Gününün məqsədinin həyata keçirilməsi kontekstində bütün günahkarların ədalət qarşısına çıxarılması vasitəsilə yuxarıda göstərilən cinayətlərin cəzasızlığına son qoyulması son dərəcə vacibdir. Azərbaycan ictimaiyyətinin mövqeyi bundan ibarətdir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələrinin tələblərini yerinə yetirməli, on minlərlə azərbaycanlının təhlükəsiz təhsil almaq hüquqlarının həyata keçirməsinə imkan yaratmalıdır. Cəmiyyətimiz bununla bağlı beynəlxalq birlikdən ədalətli mövqe və qətiyyətli, konkret yanaşma gözləyir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

