Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Emin Həsənli: Dünya ictimaiyyəti erməni faşizminə qarşı etiraz səsini ucaltmalıdır

Emin Həsənli: Dünya ictimaiyyəti erməni faşizminə qarşı etiraz səsini ucaltmalıdır

15.10.2020 [08:52]

“İşğalçı Ermənistanın silahlı qüvvələrinin hərbi təxribatı nəticəsində cəbhədə yaranmış gərginlik təcavüzkarın sonunu yaxınlaşdırır. Rəşadətli Azərbaycan Ordusu bütün cəbhəboyu əks-hücuma keçərək Ermənistan ordusuna layiqli cavab verir”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Emin Həsənli bildirib ki, xalqımız bu günü çoxdan gözləyirdi. Azərbaycanın güclü ordusu və qətiyyətli, uzaqgörən, müdrik Ali Baş Komandanı var. Onun sözlərinə görə, Prezident İlham Əliyev xalqa müraciətlərində mövcud vəziyyət barədə ətraflı məlumat verib, fikirlərini bildirib, hadisələri təhlil edib: “Dövlətimizin başçısı Ermənistanın xüsusən son illər törətdiyi təxribatları diqqətə çatdıraraq bildirib ki, işğalçı ölkə danışıqları pozub. Azərbaycan xalqı iki əsrdir ki, erməni təcavüzündən, milliyyətçiliyindən, terrorundan və işğalından əziyyət çəkir. Artıq Azərbaycan Ordusu, xalqı, dövləti buna son qoymağın vaxtının çatdığını düşmənə göstərdi. Qələbə Azərbaycanındır! Bütün Azərbaycan xalqı vahid bayraq altında birləşib, vətəndaşlarımız Ordumuzun yanındadır. Biz böyük tarixi anlar yaşayırıq”.
Bu məsələdə xalqımızın həmrəy olduğunu deyən QHT rəhbəri qeyd edib ki, gənclərimiz, ehtiyatda olan döyüşçülərin hamısı bir bayraq altında, vahid amal uğrunda sıx birləşib: “Xalqımızın ürəyi Azərbaycan əsgəri ilə döyünür. Bir fikrimiz, bir amalımız var. Bu da ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bunu bizdən şəhidlərimizin ruhu tələb edir. Biz Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyik. Yalnız bundan sonra şəhidlərimizin ruhu şad olacaq”.
E.Həsənli qeyd edib ki, Ermənistan tərəfi yenə də faşist xislətini göstərir. Belə ki, dinc insanların, cəbə zonasından xeyli uzaqda yerləşən yaşayış məntəqələrinin atəşə tutulması bunu təsdiqləyir: “Sentyabrın 27-dən indiyə qədər işğalçı tərəf həm cəbhə zonasında, həm də ondan uzaqda yerləşən yaşayış məntəqələrini atəşə tutur. Moskvada razılaşdırılmış humanitar atəşkəsdən bir gün keçməmiş Gəncəyə raket hücumu isə erməni faşizminin bariz nümunəsi oldu. Bu müharibə cinayəti olmaqla yanaşı, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. Dünya ictimaiyyəti erməni faşizminə qarşı etiraz səsini ucaltmalıdır. Döyüş meydanında ordumuz qarşısında aciz qalan ermənilərin mülki insanları hədəfə alması qəbulolunmazdır. Bütün bunlar insanları ruhdan salmır, əksinə qələbə əzmini daha da gücləndirir”.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 533 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31