Ermənistan nəinki Azərbaycan, bütün dünya üçün təhlükə mənbəyidir
17.10.2020 [08:20]
Azərbaycan dinlərin və mədəniyyətlərin qovuşduğu tarixi məkan kimi bəşəri dəyərlərin zənginləşdirilməsi, beynəlxalq və regional sülhün bərqərar olması üzrə olduqca əhəmiyyət kəsb edən özünəməxsus multikulturalizm, tolerantlıq və dövlət-din münasibətləri nümunəsi formalaşdıran ölkə kimi tanınmaqdadır.
Müstəqilliyimizi bərpa etdikdən sonra ölkəmizdəki dini dözümlülük, multikultural dəyərlər ümummilli liderimiz Heydər Əliyevin alternativsiz siyasi xəttini uğurla və uzaqgörənliklə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci ildə mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı məqsədilə əsasını qoyduğu “Bakı Prosesi”, eləcə də digər dünya miqyaslı təşəbbüslərlə möhkəmləndi. Dövlətimizin ümumbəşəri ideyaların carçısı olması bizim üçün qürur mənbəyi, Azərbaycanın beynəlxalq nüfuzu üçün yenilməz zəfərə çevrildi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun “Ermənistan nəinki Azərbaycan, bütün dünya üçün təhlükə mənbəyidir” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə, həmçinin deyilir: “Bu gün torpaqlarımızı işğal edən Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsi, Azərbaycan ərazisini işğal altında saxlaması, nəticədə bir milyondan çox soydaşımızın məcburi köçkün həyatı yaşaması təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə də tolerantlıq ənənələrinin möhkəmlənməsinə, dinlərarası əməkdaşlığın formalaşmasına ciddi problemlər yaratması danılmaz faktdır.
Davamlı olaraq təcavüzkar siyasət həyata keçirən Ermənistanın son zamanlar Azərbaycanın işğal olunmuş ərazilərində xarici ölkə vətəndaşlarını qeyri-qanuni məskunlaşdırması, ölkənin baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatları, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-adekvat fəaliyyəti onların qonşu ölkələrə qarşı ərazi iddialarına əsaslanan strategiyadan əl çəkmədiyinin bariz nümunəsidir. Bu isə məsələni dinc yolla həll etməyin və danışıqlar prosesinin mənasız olduğunu göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təcavüzkar ölkənin dayandırılması və yeni müharibədən çəkindirilməsi ilə bağlı müxtəlif platformalarda, o cümlədən BMT kürsüsündən dünyaya etdiyi xəbərdarlığa baxmayaraq, Ermənistan öz çirkin və məkrli siyasətindən əl çəkmədi. Sentyabrın 27-də səhər saatlarında Ermənistan növbəti dəfə hərbi təxribata əl ataraq təmas xətti boyu yerləşən hərbi birləşmələrimizin mövqelərini və yaşayış ərazilərimizi ağır artilleriya atəşinə tutdu. Mülki vətəndaşlarımızın da həyatına ciddi təhlükə törədən bu həmlədən sonra Azərbaycan Silahlı Qüvvələri öz tarixi torpaqları üzərində suveren hüquqlarını bərpa etmək üçün düşmənə qarşı əks hücuma keçdi. Bu əks hücum əməliyyatı nəticəsində Azərbaycan öz tarixi torpaqlarını qarış-qarış, kənd-kənd düşmən işğalından azad edir və tarixi ədalət bərpa olunur.
Nəzərə alınmalıdır ki, Ermənistan Dağlıq Qarabağa olan iddialarını həm də bölgənin erməni əhalisinin hüquqlarının Azərbaycanın tərkibində təmin olunmasının mümkünsüzlüyü ilə əsaslandırmağa, eyni zamanda, törətdiyi işğal və təcavüzü pərdələmək üçün münaqişəyə dini çalar verməyə çalışır. İşğalçı dövlət xalqımızın 30 ildir ki, pozulan hüquqlarının bərpası üçün apardığı mübarizəni çirkin vasitələrə əl atmaqla “dinlərarası toqquşma” kimi təqdim etməyə, beləliklə Qərb dairələrinin və Rusiyanın dəstəyini qazanmağa cəhd göstərir. Ermənistanın işğalda olan Şuşa şəhərindəki Qazançı kilsəsinin atəşə tutulması ilə bağlı beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi, o cümlədən Azərbaycan və Türkiyənin xristian məbədlərinə qarşı “vandalizm” siyasəti yürütdüyü barədə görüntü yaratmaq niyyətindən irəli gəlir. Təəssüflə qeyd etmək lazımdır ki, beynəlxalq ictimaiyyət Qazançı kilsəsi ilə bağlı “həssas” münasibətini, işğal altındakı torpaqlarda dağıdılmış məscidlərimiz və tarixi abidələrimizə qarşı göstərmir. Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlayan Azərbaycanı digər dinlərin məbədlərinə qarşı hörmətsizlikdə ittiham etmək isə olduqca absurd görünür. Xalqımızın bütün dinlərə olan hörmətini Azərbaycan dövlətinin etnik, dini baxımdan zənginliyi fonunda həyata keçirdiyi hüquq bərabərliyinə, tolerantlıq və multikulturalizmə əsaslanan siyasətinə, bu siyasətin hüquqi və praktiki nəticələrinə baxaraq aydın görmək mümkündür. Azərbaycanda nəinki xristianlara, heç bir dinin nümayəndələrinə qarşı diskriminasiya olmayıb, əksinə, Azərbaycan hökumətinin dini fəaliyyət sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə xristianlara öz etnik-dini xüsusiyyətlərini və adət-ənənələrini qoruyub yaşatmaq üçün ideal şərait mövcuddur. Bu gün Azərbaycanda 25 xristian dini icması, 14 kilsə ilə yanaşı, bir çox xristian dini tədris müəssisələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi və onlara dövlət tərəfindən lazımi dəstək verilməsi, o cümlədən Qafqaz Alban mirasımızın qorunması buna əyani sübutdur. Zaman göstərdi ki, dövlətimizin mədəniyyətlərarası və dinlərarası dialoq, multikulturalizm və tolerantlıq sahəsində həyata keçirdiyi düşünülmüş, strateji siyasət bu gün bizi bir çox əsassız ittihamlar, eləcə də Ermənistanın böhtanlarında müdafiə edir.
Monoetnik dövlət olan Ermənistan isə maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsində İslam mədəniyyətinə aid olan muzeyləri, məscidləri və abidələri yerlə-yeksan edib, onların bir qisminin erməniləşdirilməsinə, özününküləşdirilib dəyişdirilməsinə cəhdlər edir. Qafqaz Albaniyasına məxsus məbədlər erməniləşdirilərək qriqoryanlaşdırılır, məscidlərin Azərbaycan xalqına deyil, başqa dövlətlərə məxsus olduğu iddia edilir və bu niyyətlə çirkin addımlar atılır. Bu əməllər bütün bəşər mədəniyyəti və ümumbəşəri sivilizasiyaya qarşı vandalizm aktı, vəhşilik faktıdır.
Əlində dini bayraq edən Ermənistanın cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması və nəticədə günahsız insanları qətlə yetirməsi, yaralaması, 3 uşağı valideynsiz qoyması bütün dinlərin humanist prinsiplərinə ziddir. Bu da bir daha sübut edir ki, onlar dindən murdar niyyətlərini başqa cür təqdim etmək üçün maskalanmaq niyyəti ilə istifadə edirlər.
Sülh və insanlıq əleyhinə əməllərə əl atan, dini ayrı-seçkilik yaradan, öz vətəndaşlarını belə aldadan Ermənistan dinlər və sivilizasiyalararası münasibətlərə də ziyan vurmağa çalışır. Təcavüzkar Ermənistanın məntiqsiz və zorakılıq siyasətinin nə qədər acınacaqlı fəsadlara gətirib çıxara biləcəyi ilə əlaqədar dünya birliyi ciddi düşünməlidir. Ermənistan bu münaqişəni dini müstəviyə çəkərək nəinki Azərbaycan, bütün dünya üçün təhlükə mənbəyinə çevrilməkdədir. “Zori Balayan” təfəkkürü ilə yaşayan Nikol Paşinyan Ermənistanın arxası ilə bütün dünyanı fəlakətə aparmaq niyyətindədir. Mədəniyyətlərarası və sivilizasiyalar arası toqquşmaya zəmin yaradan bu işğalçı ölkə hər kəs, xüsusilə beynəlxalq təşkilatlar tərəfindən qınanmalı, birmənalı şəkildə tənqid edilməlidir.
Bu gün dünyanın bəzi aparıcı ölkələri Ermənistana təzyiq göstərmək, işğal altında saxladığı ərazilərdən çıxmasını tələb etmək əvəzinə, Azərbaycanı mənasız atəşkəsə sövq etməyə çalışırlar. Ermənistanın işğalçılıq siyasətinə dəstək verən ölkələri məsələyə tarixi ədalət və mövcud reallıq prizmasından baxmağa dəvət edirik. Bu məqamda bir çox müsəlman ölkələrinin də müxtəlif səbəblərdən işğalçını dəstəklədiyini, yaxud da səssiz qaldığını təəssüf hissi ilə seyr edirik. Bölgədə sülhə, təhlükəsizliyə ən əsas maneə olan işğalçılıq sona yetməli, işğalçı hər hansı forma və dərəcədə beynəlxalq qınağa və məsuliyyətə cəlb edilməlidir.
Daim sülh tərəfdarı olan Prezident İlham Əliyev müxtəlif beynəlxalq kürsülərdən dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalı olduğunu dəfələrlə vurğulayıb. Dövlət başçımız cənab İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində bir daha sülh tərəfdarı olduğunu nümayiş etdirdi: “Bizim erməni xalqı ilə problemimiz yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır və Dağlıq Qarabağda yaşayanları da öz vətəndaşlarımız hesab edirik. Biz onları Azərbaycanda bir çox digər millətlərin və etnik azlıqların nümayəndələri kimi bizimlə birlikdə yaşamağa dəvət edirik”. Azərbaycan Dağlıq Qarabağda yaşayan erməniləri öz vətəndaşı hesab etdiyi halda, Ermənistan bir milyon insanı yurdsuz qoymuş, torpaq nisgili ilə yaşamağa vadar etmişdir.
Sülh və birgəyaşayış missiyasını uğurla daşıyan Azərbaycan əsl tolerantlar, vətənpərvərlər və ürəyində Allaha məhəbbət olan insanların yaşadığı məkandır. Təsadüfi deyil ki, torpaqlarımızı işğaldan azad etmək uğrunda bütün dinlərə etiqad edən vətəndaşlarımız eyni əzm və qərarlılıqla döyüşür, qəhrəmancasına şəhid olurlar. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərə könüllü qatılan A.Aqarunovun göstərdiyi şücaət hələ də dillərdədir. Azərbaycan bu torpaqda yaşayan bütün millətlərin Vətənidir. Azərbaycanın böyüklüyü, gücü də məhz bundadır.
Ölkəmizdəki tolerant, multikultural siyasət cəmiyyətimizdəki həmrəylik, yüksək vətənpərvərlik hisslərinin formalaşmasında da mühüm rol oynayır. Azərbaycan gəncliyinin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü şəkildə aparılan tədbirlər nəticəsində vətənpərvər, milli dəyərlərə və tarixi-mədəni irsə bağlı gənc nəsil formalaşıb. Vətən yükünü, qeyrətini öz çiyinlərində daşıya bilən ləyaqətli gənclərimiz Şanlı Ordumuzda xidmət üçün sıraya düzülüb.
Unutmamalıyıq ki, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyev və müdrik Prezidentimiz cənab İlham Əliyev Uca Yaradanın Azərbaycana olan məhəbbətinin ən böyük təzahürüdür. Əminik ki, Prezidentimizin rəhbərliyi ilə Azərbaycan bu sınaqdan da qalibiyyətlə çıxacaq, torpaqlarımız işğaldan tamamilə azad ediləcək”.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

