Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şimali Kipr Türk Respublikasında “Azərbaycan üçün birlikdəyik” adlı aksiya keçirilib

Şimali Kipr Türk Respublikasında “Azərbaycan üçün birlikdəyik” adlı aksiya keçirilib

03.11.2020 [19:20]

Şimali Kipr Türk Respublikasının (ŞKTR) paytaxtı Lefkoşa şəhərində Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı, yerli Qeyri-hökümət Təşkilatlarının dəstəyi ilə “Azərbaycan üçün birlikdəyik” adlı aksiya keçirilib.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu bildirib ki, bu tədbirin keçirilməsində məqsəd Azərbaycanın haqq səsini və işğalçı Ermənistan dövlətinin günahsız dinc əhaliyə qarşı törətdiyi cinayətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Diaspor sədri həmçinin qeyd edib ki, Şimali Kiprdə diaspor təşkilatı olaraq 10 ilə yaxındır ki, Azərbaycan həqiqətlərini və torpaqlarımızın işğal faktını yerli televiziya kanallarında işıqlandırır, mətbuatda Azərbaycanla bağlı çoxsaylı məqalələr yayımlayırlar.

Aksiyada Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi yad edilib.

O.Həsənoğlu Dağlıq Qarabağda son günlərdə yaşanan hadisələr ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. Tədbirdə ŞKTR Parlamentinin vitse-prezidenti Zorlu Törə, ŞKTR parlamentinin millət vəkili, Yenidən Doğuş Partiyasının sədri, Prof.Dr.Erhan Arıklı çıxış ediblər.

Aksiyaya Şimali Kiprdə yaşayan soydaşlarımız, dövlət rəsmiləri, millət vəkilləri müxtəlif QHT sədrləri, yerli ictimaiyyət və media mənsubları qatılıblar.

Paylaş:
Baxılıb: 707 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30