Dünya ölkələrində COVID-19-a yüksək yoluxma dinamikası müşahidə olunur
10.12.2020 [09:00]
Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması ölkə ərazisində COVID-19-un geniş yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədinə xidmət edir
Artıq bir müddətdir ki, dünya ölkələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunur. Məlumat üçün bildirək ki, hazırda dünyada koronavirusa yoluxanların sayı artıq 68 milyon nəfərdən çoxdur. 1,5 milyon nəfər insan isə bu virusun qurbanı olub. Bu səbəbdən bir çox ölkələrdə yenidən sərt karantin qaydaları tətbiq edilir, müvafiq məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da COVID-19 xəstəliyinə yoluxma halları davam etməkdədir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılıb. Bununla belə, son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından bir sıra qadağaların tətbiq edilməsinə qərar verilib. Ekspertlər ölkəmizdə həyata keçirilən bütün tədbirlərin vətəndaşların sağlamlığının qorunmasına xidmət etdiyini bildirirlər. Eyni zamanda, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruriliyi, sanitar-gigiyenik qaydalara düzgün riayət olunması, kütləvi toplaşmamağın vacibliyi ilə bağlı mütəmadi olaraq çağırışlar edilir.
Mövcud vəziyyəti şərh edən həkim- terapevt Esmira Mustafayeva qəzetimizə açıqlamasında bildirib ki, hazırda koronavirusa yoluxmuş xəstələrin bir qismi xəstəxanalara daha ağır formada gəlirlər. Bunun bir çox səbəbləri var. Mövsümlə əlaqədar kəskin respirator virus infeksiyaları artdığından və onların COVID-19-la oxşar əlamətləri olduğundan bu, vətəndaşları çaşdırır: “Onlar əlamətləri hiss etdikdə koronavirus olmadığını düşünür və həmin virusa yoluxmadıqlarını əminliklə dilə gətirirlər. Nəticədə xəstəxanaya müraciəti gecikdirirlər. Həmin şəxslər yüngül qrip olduqlarını deyirlər. Baxmayaraq ki, qrip də yetəri qədər ciddi xəstəlikdir, insanlar onu yüngül zökəmlə qarışıq salırlar. Bir xəstəliyin ağırlaşması üçün müəyyən müddət lazımdır. Yoluxduqdan sonra 14 gün xəstəliyin inkubasion, yəni səssiz dövrüdür. 5-7 gün ərzində ilkin əlamətlər ortaya çıxır. İlkin əlamətlər yüngül simptomlardır - baş, əzələ ağrıları və yorğunluq. Daha sonra öskürək, temperatur yaranır. Artıq bu əlamətlər vətəndaşları şübhələndirməli və sahə həkiminə müraciət etməlidirlər. Müraciəti gecikdirdikdə və orqanizmin immun vəziyyəti onunla bacara bilmədikdə vəziyyət ağırlaşır”.
Tibbi maskanın taxılmasının vacibliyini də qeyd edən mütəxəssis vurğulayıb ki, tibbi maskanın istifadəsi təkcə koronavirusdan deyil, bütün respirator və tənəffüs yolu ilə yoluxa bilən xəstəliklərdən qoruyur: “Kəskin respirator virus infeksiyaları soyuq havalarda artıma meyillidir. Ona görə biz daha da diqqətli olmalıyıq. Hər kəs özünü qorumalı, tibbi maskadan istifadə etməli, əl gigiyenasına riayət etməlidir. Qapalı məkanlarda bir yerə toplaşmamalı, sosial məsafəni saxlamalıyıq”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

