/ / Məişət zorakılığı və uşaq hüquqları sahəsində qəbul edilmiş Milli Fəaliyyət planlarının videokonfrans formatında müzakirəsi keçirilib
Məişət zorakılığı və uşaq hüquqları sahəsində qəbul edilmiş Milli Fəaliyyət planlarının videokonfrans formatında müzakirəsi keçirilib
19.12.2020 [00:36]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasından irəli gələn məsələlərin müzakirəsi ilə əlaqədar dövlət orqanları və digər qurumların nümayəndələrinin iştirakı ilə dekabrın 18-də videokonfrans formatında tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin sədri Bahar Muradova konfransın mövzusunun çox aktual olduğunu vurğulayaraq, pandemiya və hərbi vəziyyət şəraitində ölkə əhalisinin sosial-iqtisadi vəziyyətinin, təhlükəsiz həyatının və hüquqlarının qorunmasını diqqətdə saxladığının bariz nümunəsi kimi həmin sənədlərin qəbuluna görə ölkə Prezidentinə təşəkkürünü bildirib, həmçinin videokonfrans iştirakçılarını Vətən müharibəsinin uğurla başa çatması və Zəfər bayramı münasibətilə təbrik edib.
Sonra Baş nazirin müavini Əli Əhmədov çıxış edərək dövlət siyasətində uşaqlara qayğı, uşaq hüquqlarının qorunması, onların təhsil alması, sağlam böyüməsi və həyata hazırlanması üçün geniş proqramın mövcud olduğunu və həmin proqramın həyata keçirilməsi üçün bir sıra dövlət qurumlarının sistemli şəkildə fəaliyyət göstərdiyini qeyd edib. O bildirib ki, istər uşaqların sağlam böyüməsi üçün Azərbaycanın geniş səhiyyə strategiyasının olması, səhiyyə infrastrukturunun yaradılması və lazım olan digər tədbirlərin görülməsi, istər uşaqların təhsil alması üçün lazım olan bütün sistemli tədbirlərin həyata keçirilməsi Azərbaycanda uşaq hüquqlarının qorunması ilə əlaqədar fundamental dəyərlərin həm mənimsənildiyinin, həm də ardıcıl şəkildə həyata keçirildiyinin bariz ifadəsi kimi qiymətləndirilməlidir.
Əli Əhmədov Azərbaycan cəmiyyətinin uşaqların həyata hazırlanması, onların gələcəkdə özlərinin əldə etdiyi bilik və bacarıqlarını tətbiq etməsi üçün imkanların yaradılmasını özündə ehtiva etdiyini vurğulayıb. Baş nazirin müavini bildirib ki, ölkəmizin uşaq hüquqlarının qorunması ilə əlaqədar beynəlxalq konvensiyalara qoşulması Azərbaycan dövlətinin bir sıra öhdəlikləri öz üzərinə götürməsini nəzərdə tutur və bu vəzifələr də ardıcıl surətdə yerinə yetirilməlidir.
Uşaqlarla bağlı cəmiyyətdə mövcud olan problemlərə toxunan Əli Əhmədov qeyd edib ki, qəbul olunmuş sənədlərin həyata keçirilməsi ardıcıl surətdə mövcud olan problemlərin aradan qaldırılmasını təmin etmiş oldu. O, Azərbaycanın bütün bölgələrində uşaqların istər sağlamlıq, istər təhsil baxımından bərabər imkanlara malik olması istiqamətində atılan addımların daha da genişlənməsinə ehtiyac olduğunu bildirib.
Daha sonra qeyd edilən sənədlərdən irəli gələn məsələlərlə bağlı çıxış edən Bahar Muradova vurğulayıb ki, məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı məlumatlandırma və maarifləndirmə tədbirlərinin, habelə zorakılığa yol verilməməsinin təşviqi, zərər çəkmiş şəxslərin aşkarlanması və erkən identifikasiyası, həmin şəxslərin müasir standartlara uyğun yardım xidmətləri ilə təmin olunması, məişət zorakılığından zərər çəkmiş şəxslərin səmərəli müdafiə sisteminin formalaşdırılması və digər tədbirləri özündə ehtiva edir.
Statistik rəqəmləri diqqətə çatdıran komitə sədri bildirib ki, ötən il məişət zorakılığı ilə bağlı 1380 cinayət törədilib, bu cinayətlər üzrə 1358 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlardan 1038 nəfəri qadın, 12 nəfəri isə yetkinlik yaşına çatmayan qız olub: “Eyni zamanda, ötən il qadınlara qarşı 5706, o cümlədən zorakılıqla bağlı 2269 cinayət qeydə alınıb ki, bu cinayətlərin 18 faizi ailə-məişət münaqişəsi zəminində baş verib. Həmin rəqəmlər kifayət qədər ciddidir. Gələcəkdə bu sahədə artımın müşahidə olunmaması üçün icraçı, o cümlədən işçi qruplarda təmsil olunan qurumlar bu sahədə daha peşəkar kadrlarla işləməyə üstünlük verməlidirlər”.
Daha sonra “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” haqqında məlumat verən komitə sədri bildirib ki, strategiyada məqsəd ölkə üzrə uşaqların müdafiə sistemini Konstitusiyamızın tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaqdan ibarətdir. O cümlədən bütün uşaqlar üçün bərabər imkanlar yaratmaq, onların maraqlarını qorumaq, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etmək və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdir. O diqqətə çatdırıb ki, uşaqların müdafiəsi və inkişafı, hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Bu gün Azərbaycan əhalisinin 26.2 faizini uşaqlar təşkil edir.
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın Azərbaycan Respublikasında uşaq siyasətinin əsas hədəflərini müəyyən edən uşaqlara dair strategiyanın icrasını təmin etmək üçün iclasda iştirak edən qurumların nümayəndələri ilə cari ilin iyul-avqust aylarında birgə hazırlanmış birinci Fəaliyyət Planı olduğunu qeyd edərək sənədin məqsədinin uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizmlərin formalaşması və aidiyyəti orqanların (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsi olduğunu vurğulayıb. O, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın bəndləri üzrə məlumatların vahid platformada toplanılması və elektronlaşdırılmasının vacibliyini qeyd edərək deyib ki, bu, icraçı qurumlara vahid platforma üzərindən müvafiq məlumatların daha çevik formada ötürülməsi işində vacib rol oynayacaq.
İnsan hüquqlarının müdafiəsi və məişət zorakılığının qarşısının alınması istiqamətində mükəmməl qanunvericilik bazasının mövcud olduğunu diqqətə çatdıran ombudsman Səbinə Əliyeva bildirib ki, qadın və uşaq hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Uşaqların hərtərəfli və keyfiyyətli təhsillə təmin edilməsi, sağlam böyüməsi, hərtərəfli qayğı ilə əhatə olunması, layiqli vətəndaş kimi formalaşması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edən S.Əliyeva bildirib ki, Ombudsman Aparatı hər iki sənədin hazırlanmasında yaxından iştirak edərək, öz təkliflərini verib. Vurğulanıb ki, Fəaliyyət planlarında Ombudsmanın icrası üçün nəzərdə tutulmuş bəndlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində bundan sonra da hərtərəfli iştirak təmin ediləcək.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev çıxışında məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsi istiqamətində nazirlik tərəfindən görülən işlər və akkreditasiya olunmuş yardım mərkəzlərinin yaradıldığını qeyd edərək, bu mərkəzlərin fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışları məqsədilə xidmət göstərən günərzi mərkəzləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzləri və digər sosial xidmət mərkəzlərini qeyd edərək onların əhalinin bu xidmətlərdən hərtərəfli yararlandığını diqqətə çatdırıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, uşaqların inkişaf strategiyası ilə bağlı qəbul edilən Milli Fəaliyyət Planı çox böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, Təhsil Nazirliyi hər iki milli planın icrası istiqamətində artıq fəaliyyətə başlayıb. O qeyd edib ki, ölkəmizin təhsil sistemində təxminən 2 milyon uşaq və gəncin təhsil aldığını nəzərə alaraq nazirlik qeyd olunan sənəd üzrə öz öhdəsinə düşən məsuliyyəti dərk edir və həyata keçirilməsi istiqamətində lazım olan bütün addımları atacaq.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova çıxışında bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər iki Fəaliyyət Planı ciddi şəkildə təhlil olunub və müəyyən edilən müvafiq bəndlər mütləq vəzifə kimi qəbul edilib. Fəaliyyət planlarının bütün bəndlərinin icra olunması istiqamətində aidiyyəti qurumların səmərəli əməkdaşlığı bu işin görülməsinə öz töhfəsini verəcək.
Yekunda çıxış edən Baş nazirin müavini Əli Əhmədov ölkə başçısı tərəfindən təsdiqlənmiş sənədlərin icrasının ciddi şəkildə həyata keçirilməsi və icra prosesi ilə əlaqədar təklif və tövsiyələrini səsləndirib. Faydalı müzakirə üçün videokonfrans iştirakçılarına təşəkkür edib. Tədbirdə Fəaliyyət planları üzrə icraçı və tövsiyə olunan qurumların rəhbər vəzifəli şəxsləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33

