Çirkli əllərlə gözə toxunmaq virusa yoluxma riskini artırır
04.02.2021 [08:59]
Özünü nə qədər qorusan, tibbi maska taxsan da, çirkli əllərlə gözə toxunmaqla da virusa yoluxa bilərsən. Həmin riski azaltmaq üçün yuyulmamış əllərlə nəinki gözlərə, ağız və buruna da toxunmaq olmaz. İnfeksiyaya yoluxma nəticəsində gözlər qızarır, yaş və çox az miqdarda ifrazat gəlir, işıqdan qamaşır, yad cisim hissiyyatı olur. Həkim-oftalmoloq Adil Ağayevin sözlərinə görə, bu əlamətlər gözlərdə viral konyunktivit olması şübhəsi doğurur. Ona görə də çirkli əllərlə göz, ağız və buruna toxunmamaq lazımdır.
Eləcə də soyuq havalarda immunitet zəifləməsi nəticəsində bədənin həssas orqanı olan gözlər narahat olur və qızartı, qaşınma, sulanma, iltihab və şişkinlik kimi əlamətlər yaranır. Həkim-oftalmoloq bildirib ki, gözlərdə belə hallar daha çox payız-qış aylarında fəallaşan infeksiyalarla əlaqədardır: “Yaranan həmin əlamətlər müxtəlif infeksiyalara yoluxma nəticəsində baş verə bilər. Virus, bakterial və göbələk mənşəli infeksiyalar həmin xəstəliklərin yaranmasına səbəb olur. Xüsusən də payız-qış aylarında mövsümi qriplərin törətdiyi virus konyuktivitlər zamanı xəstələrdə həmin şikayətlər müşahidə oluna bilər”.
Həkim-oftalmoloq qeyd edib ki, gözlərin gigiyenasına da xüsusi diqqət yetirmək, nəmləndirici göz damcılarından istifadə etmək lazımdır. Eyni zamanda, təkcə günəşli havalarda deyil, soyuq havalarda da şüalara qarşı qoruyucu eynəklərdən istifadə edilməlidir: “Gözlərdə mövsümü qriplərin törətdiyi fəsadlara daha çox rast gəlinir. Xəstələrdə olan həmin fəsadlar gözdə qızartı, qaşınma, sulanma, şişkinlik kimi əlamətlərlə büruzə verə bilər. Şəxsi gigiyena qaydalarına riayət etməyənlərlə təması məhdudlaşdırmaq və xəstəliyin ilkin əlamətləri müşahidə olunan kimi həkimə müraciət etmək məsləhətdir. Xəstəliyə yoluxmanın qarşısını almaq üçün əllərin tez-tez yuyulması, şəxsi gigiyena qaydalarına riayət olunması, əllərin gözə, üzə və buruna toxunmasının qarşısı alınmalıdır”.
Soyuq hava göz ətrafındakı damarların daralmasına da səbəb ola bilər. Göz infeksiyaları keçici olduğu üçün həmin xəstələrin dəsmal, kosmetik və digər vasitələrindən istifadə etmək olmaz.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

