Vaksinasiya aparılmasının məqsədi əhalidə kollektiv immunitetin yaranmasına nail olmaqdır
07.04.2021 [08:58]
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə davam edir. Mütəxəssislərin qənaəti budur ki, COVID-19-a qarşı tətbiq edilən peyvəndlər uğurlu nəticələr verir. Ölkəmizdə də peyvəndləmə prosesi ardıcıl olaraq davam etdirilir. Yeri gəlmişkən, TƏBİB bu məsələdə əsas hədəfin ölkəmizdə əhalinin 80 faizinin vaksinasiya edilməsindən ibarət olduğunu bəyan edib. Məlumat üçün bildirək ki, bu ay ərzində ölkəmizə bir milyon iki yüz mindən çox peyvənd gətirilməsi gözlənilir. Avqust ayına qədər Azərbaycan 16 milyon peyvənd əldə edəcək. Bu, əhalinin əksər hissəsini peyvənd etməyə imkan verəcək.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov vətəndaşları vaksinasiya prosesində aktiv iştirak etməyə səsləyib: “COVID-19 infeksion xəstəliklərdən biridir. Bizim bu infeksiyaya yoluxub-yoluxmamağımız, yoluxduqda xəstəliyi simptomsuz və ya müxtəlif əlamətlərlə yüngül və ya ağır, fəsadların inkişafı ilə keçirməyimiz məhz fərdi immunitetimizdən asılıdır. Digər infeksion xəstəliklərdə olduğu kimi bu xəstəlik zamanı da anadangəlmə, qazanılmış immun çatışmazlığı, yanaşı xroniki xəstəlikləri olan insanların böyük bir hissəsi risk qrupu olaraq xəstəliyi daha ağır keçirir. Bu səbəbdən onlarda müxtəlif ağırlaşmalar baş verir ki, bəzən bu ölümə səbəb olur. Ona görə də COVID-19-dan qorunmağın başlıca yolu gigiyenik qaydalara əməl etmək və immunitetimizi gücləndirməklə yanaşı, vaksinasiya vasitəsilə infeksiyaya qarşı süni immunitetin əldə olunmasıdır”.
“Əgər dünyada hər kəs peyvəndlənsə, xəstəlik sönəcək. Peyvəndi ona görə vurdururuq ki, əvvəlki həyatımıza qayıdaq. Vaksinlər həqiqətən təhlükəsiz və kifayət qədər effektivdir. Sadəcə vaxtında vurulmalıdır. Vaksinasiyanın aparılmasının məqsədi əhalidə kollektiv immunitetin yaranmasına nail olmaqdır”, - deyə baş infeksionist vurğulayıb.
Səhiyyə Nazirliyi COVID-19-la mübarizə İşçi Qrupunun üzvü Səbinə Babazadə isə peyvəndin infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsulu olduğunu deyib: “Unutmamalıyıq ki, peyvənd infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsuludur. Hazırda vaksinasiya prosesi strategiyaya uyğun olaraq uğurlu şəkildə davam edir. Sağlamlıq şərtləri uyğun olan, strategiyada yer alan hər bir vətəndaşı vaksinasiya prosesində iştiraka dəvət edirik. Vaksinasiya, ilk növbədə, həmin şəxsin özünü və yaxınlarını yoluxmadan qoruyur. Kütləvi yoluxma halları və ölüm saylarını unutmamalıyıq. Vaksinlər bizi ağırlaşma və ölüm hallarından qoruyaraq səhiyyənin də yükünü azaltmış olacaq”.
Mütəxəssis deyib ki, yalnız qısa zamanda edilən peyvəndlərlə kütləvi immunitet qazanaraq COVID-19-a qalib gəlmək mümkündür.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54

