“XXI əsr: milli-mənəvi dəyərlər və gender siyasəti” mövzusunda videokonfrans keçirilib
15.04.2021 [09:02]
Aprelin 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə “XXI əsr: milli-mənəvi dəyərlər və gender siyasəti” mövzusunda videokonfrans keçirilib.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videokonfransda təşkilatçı qurumların rəhbərliyi və əməkdaşları, şəhər və rayon icra hakimiyyətlərinin nümayəndələri, DQİDK və AQUPDK-nın yanında fəaliyyət göstərən İctimai şuraların üzvləri iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova konfransda giriş nitqi ilə çıxış ediblər.
Mübariz Qurbanlı konfransın mövzusuna diqqət çəkərək bildirib ki, milli-mənəvi dəyərlərimiz və gender bərabərliyi mövzusu Azərbaycan xalqının keçdiyi tarixi yolda hər zaman müzakirə mövzusu olub və diqqət mərkəzində saxlanılıb.
Tarixən gender bərabərliyinin xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynadığını vurğulayan Mübariz Qurbanlı qeyd edib ki, bu sahədə Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı mühüm əhəmiyyətə malikdir.
Komitə sədri Ulu Öndər Heydər Əliyevin gender bərabərliyinin dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılması üçün gördüyü işlərdən danışıb, müasir cəmiyyətimizdə gender zorakılığı hallarının qarşısının alınmasında dahi rəhbərin müdrik siyasətini xüsusi qeyd edib. Vurğulayıb ki, ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Ümummilli Liderin gender bərabərliyi siyasətini yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev bu istiqamətdə mühüm addımlar atmaqdadır.
Komitə sədri bildirib ki, gender sahəsində maarifləndirmə işi həyata keçirilərkən milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz, dinimiz xüsusi rol oynayır. Xalqa, millətə xas olan dəyərlər gender bərabərliyinin təmin edilməsinə bilavasitə təsirini göstərir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə qeyd edib ki, gender bərabərliyi kişi və qadınlar üçün bərabər hüquq, vəzifə, imkanlar, o cümlədən cəmiyyətdə bərabər sosial vəziyyətin yaradılmasıdır. Eyni zamanda, gender bərabərliyi dedikdə bərabər təmsilçilik və iştirakçılıq nəzərdə tutulur. Bərabər imkanların isə insan hüquqları, onların bütün formalarının reallaşdırılması üçün yaradılması vacib olan şərait və təminatlardan ibarət olduğunu diqqətə çatdıran komitə sədri hər bir dövlətin bu məsələ ilə əlaqədar müvafiq siyasət müəyyənləşdirdiyini vurğulayıb. Bildirib ki, bu bərabərliyə nail olmaq üçün, ilk növbədə, cinsi bərabərsizliyin və ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılmasına nail olmaq lazımdır. Azərbaycan bununla bağlı beynəlxalq konvensiyalara qoşulub və onlardan irəli gələn öhdəlikləri öz qanunvericilik aktlarına daxil edib, bir cinsin nümayəndələrinin üstünlüyünün təmin olunmasına qarşıdır, həmçinin real həyatda bunu aradan qaldırmağa çalışır. Hüquqi çərçivələrin müəyyənləşməsində cəmiyyətin malik olduğu milli-mənəvi dəyərlərin, adət-ənənələrin, mentalitetin nəzərə alınmasının əhəmiyyətinə toxunan B.Muradova ölkəmizdə bütün qanunların qəbulu zamanı həm gender bərabərliyinin təmin olunması üzrə çərçivələrə əməl edildiyini, həm də milli-mənəvi dəyərlərin müəyyənləşdirdiyi məqamların hüquqi çərçivələrlə uzlaşdığını söyləyib.
Bu ilin ISESCO tərəfindən dünyada “Qadınlar ili” kimi qeyd olunduğunu vurğulayan komitə sədri təşkilatın toplantısında çıxış edən Birinci-vitse prezident Mehriban xanım Əliyevanın gender bərabərliyi sahəsindəki hədəflərə dair ölkəmizin mövqeyini ifadə etdiyini bildirib.
Sonra Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Tarix və müasirlik kontekstində milli-mənəvi dəyərlər və qadın hüquqları” mövzusunda məruzə ilə çıxış edib.
Tarixin müxtəlif mərhələlərində qadın və kişilərə qarşı münasibətlərin formalaşmasına özünəməxsus formada təsir edən dini inanclar, dünyagörüşü aspektlərinə toxunan Aqil Şirinov başqa dinlərdən fərqli olaraq, İslam təfəkküründə ilk gündən qadına yüksək dəyər verilməsinin “Qurani-Kərim”də öz təsdiqini tapdığını qeyd edib: O deyib: “Feodal quruluşlardan fərqli olaraq bu gün inkişaf edən kapitalizm dünyasında bütün dinlərdə, o cümlədən İslam dinində qadına münasibət tamamilə başqa formada özünü büruzə verir. Artıq sənaye və postsənaye dövrünün tələblərinə uyğun olaraq qadın yalnız ana və ev işləri ilə məşğul olan biri kimi deyil, həm də cəmiyyətin müxtəlif sahələrində iştirak edən bir varlıq kimi qəbul edilir”.
Ölkəmizdə qadına verilən dəyərdən bəhs edən rektor tarixən digər türk cəmiyyətlərindən fərqli olaraq, Azərbaycanda qadına daha mütərəqqi münasibətin olduğunu bildirib.
“İslamda qadın hüquqları və gender bərabərliyi” mövzusunda məruzə ilə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı isə İslamın qadına qazandırdığı hüquq və azadlıqlar, İslamda qadınların təhsilli olmasının əhəmiyyəti kimi vacib məqamlara toxunub. Bu məqsədlə cəmiyyətdə dini maarifləndirmənin, xüsusilə İslamda ailə dəyərləri, qadının mövqeyi, ona verilən dəyər mövzusunda təbliğatın aparılmasının vacibliyini bildirən Q.Cavadlı dini icmaların qadın hüquqlarının qorunmasındakı rolu və din xadimlərinin üzərilərinə düşən missiyanı uğurla həyata keçirməsi barədə danışıb. O bildirib: “Bu gün Azərbaycanda qadınların rəhbərlik etdiyi müsəlman dini icmaları mövcuddur ki, onlar böyük maarifçilik və xeyriyyəçilik işləri aparırlar”.
AQUPDK-nın İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Gender bərabərliyinin təmin edilməsi: problemlər, nailiyyətlər, inkişaf məqsədləri və yeni çağırışlar” mövzusunda təqdimatla çıxış edərək bir sıra statistik məlumatlar paylaşıb.
Şöbə müdiri, eyni zamanda, məişət zəminində fiziki, cinsi, psixoloji zorakılıq, iqtisadi asılılığın yaradılması, intihar, selektiv abortlar, cinsi ayrı-seçkilik, uşaq nikahları və alimentlərin ödənilməməsi kimi problemlərə toxunub, eləcə də onların həlli yolları barədə danışıb.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova “Milli-mənəvi dəyərlərimizin qorunmasında qadınların yeri və rolu” mövzusundan danışaraq bildirib ki, müasir dünyamızda istənilən cəmiyyətin sürətli inkişafının əsas amillərindən biri həmin cəmiyyətdə qadının ictimai fəallığı və buna yaradılan şəraitdən çox asılıdır. Qadınların istər ailədə, istərsə də cəmiyyətdəki layiqli mövqeyi, ilk növbədə, həmin cəmiyyətin yüksək mənəvi keyfiyyətinin, o cümlədən inkişafının və xoşbəxt gələcəyinin göstəricisidir. E.Kərimova, eyni zamanda, milli-mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında qadınların xüsusi roluna toxunub.
Videokonfrans müzakirələrlə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14

