Qəbələ rayonu yeni inkişaf və quruculuq dövrünü yaşayır
27.05.2021 [09:36]
Rayonda həyata keçirilən layihələr turizm potensialı ilə yanaşı, iqtisadi fəallığın artmasına da müsbət təsir göstərir
18 ilə yaxındır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla yerinə yetirilməsi ölkəmizin milli gücünün artmasını təmin edib. İşğal altında qalan torpaqlarımızın azad edilməsi də ölkənin qarşısında yeni inkişaf perspektivləri açıb. Yeri gəlmişkən, Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixində imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamda vurğulanır ki, müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Sənəddə əks olunan əsas məqsədlərdən biri paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır.
Xüsusi qeyd etmək lazımdır ki, həyata keçirilən məqsədyönlü tədbirlər ölkənin bütün bölgələrində iqtisadi fəallığın artmasına da müsbət təsir göstərib. Bu baxımdan son illərdə ölkəmizin səfalı guşələrindən olan Qəbələ rayonunun da sürətli inkişafı üçün mühüm işlər görülüb.
Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələyə səfəri zamanı da yeni infrastruktur obyektlərinin inşası və istifadəyə verilməsi ilə əlamətdar olub. Belə ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Qəbələ Dəmir yol Vağzalının və Ləki-Qəbələ birxətli dəmir yolunun açılışında iştirak ediblər, Bum çayı üzərində inşa edilmiş yeni körpünün və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpadan sonrakı vəziyyəti ilə tanış olublar. Həmçinin səfər zamanı Nic qəsəbəsində XII əsrə aid Müqəddəs Məryəm Ana (Bulun) kilsəsinin Heydər Əliyev Fondu tərəfindən aparılmış təmir bərpa işlərindən sonra təqdimatı olub, habelə Nic qəsəbəsindəki 1 nömrəli tam orta məktəbə və Müqəddəs Yelisey adına Cotari kilsəsinə baxış keçirilib.
Onu da qeyd edək ki, son illərdə Qəbələdə infrastruktur quruculuğu geniş vüsət alıb. Bu işlərin nəticəsi olaraq Qəbələ Beynəlxalq Hava Limanı, Qəbələ Olimpiya İdman Kompleksi, Qəbələ Müalicə-Diaqnostika Mərkəzi, “ASAN xidmət” Mərkəzi, Qəbələ şəhər məscidi, əlil və şəhid ailələri üçün ümumilikdə 68 mənzilli 3, məcburi köçkün ailələri üçün Zarağan kəndi ərazisində 347 mənzilli 5 yaşayış binası və s. inşa edilib.
Rayonun turizm potensialından yetərincə istifadəyə şərait yaratmaq üçün son illərdə rayonda nəhəng istirahət kompleksləri də inşa olunub. Rayonda istifadəyə verilən bir çox mehmanxananı, “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksini, “Qəbələnd” Əyləncə Mərkəzini, “Qəbələ” Park-Bulvar Kompleksini buna misal olaraq göstərmək olar.
Eyni zamanda, əhalinin yaşayış şəraiti və məşğulluğunu təmin etmək üçün də mühüm addımlar atılıb. Məsələn, son illərdə 110/35/10 kilovoltluq “Qəbələ” elektrik yarımstansiyası yenidən qurulub, süd, üzüm və fındıq emalı, lift, asfalt və tikinti materialları istehsalı müəssisələri, konserv və limonad istehsalı, kartof emalı zavodları, meyvə çeşidlənməsi və soyuducu anbar kompleksi istifadəyə verilib, “AzRose” MMC-nin Qəbələ Dekorativ Qızılgüllər İstixanası və “Azərxalça” ASC-nin rayon filialı yaradılıb. Qeyd etmək yerinə düşər ki, 2003-2021-ci illərdə rayonda 16 məktəb, 8 məktəb üçün tədris korpusu tikilib, 6 məktəb əsaslı təmir edilib, 6 modul tipli məktəb quraşdırılıb. Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidənqurmadan sonra istismara verilib, 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının, 26 yerlik Uşaq Bərpa Mərkəzinin inşası isə davam etdirilir.
Son illərdə ölkəmizdə görülən quruculuq işlərinə toxunan Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfovun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edib: “Bu siyasətin nəticəsidir ki, son 18 il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub”.
A.Ağasəfov deyib ki, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində Qəbələ rayonunun da siması tamamilə dəyişib: “Prezident İlham Əliyevin rayonumuza hər gəlişi yenilik və inkişafla müşayiət olunur. Azərbaycan Prezidentinin Qəbələ rayonuna növbəti səfəri hər zaman olduğu kimi, biz qəbələlilərdə yüksək əhval-ruhiyyə yaradıb. Ona görə ki, rayonumuza göstərilən xüsusi diqqət və qayğının nəticəsində bütün sahələrdə müsbət irəliləyiş müşahidə olunmaqdadır”.
Qəbələ ziyalısı və ağsaqqalı, Bum qəsəbə sakini Emin Ədilov isə deyib ki, dövlət başçısı Qəbələ rayonunu həmişə diqqət mərkəzində saxlayıb: “Bunun bariz nümunəsidir ki, turizm diyarı olan doğma Qəbələmiz son illər xeyli inkişaf edib. Rayonda quruculuq işləri fasiləsiz davam etdirilir. Bum çayı üzərində körpünün inşası rayon əhalisinin, o cümlədən qəsəbə sakinlərinin sevincinə səbəb olub. Rayonun inkişafı həm də zəhmətkeş insanlara göstərilən qayğının nümunəsidir. Bu qayğıya görə qəbələlilər, o cümlədən ziyalılar və ağsaqqallar adından Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.
Qəbələ rayon Təhsil Şöbəsinin müdiri Arifə Bayramova isə bildirib ki, Prezident İlham Əliyevin bölgələrə hər səfəri vətəndaşların sosial rifahının yüksəlməsinə, təhsilin, mədəniyyətin inkişafına xidmət edir: “Son illərdə doğma Qəbələmizdə onlarla yeni məktəb binası tikilib və əsaslı təmir olunub. Prezident İlham Əliyevin Qəbələyə son səfəri də bu baxımdan olduqca əlamətdardır. Belə ki, dövlət başçısının Nic qəsəbəsində 4 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisi ilə bağlı sərəncam, 1 saylı tam orta məktəbin inşası ilə bağlı verilən tapşırıqlar təhsilimizin inkişafına yüksək dəstəyin bariz nümunəsidir”.
Qəbələ sakini Bəxtiyar Qasımovun sözlərinə görə, dövlət başçısı Qəbələ rayonuna həmişə xüsusi qayğı ilə yanaşıb: “Prezidentimizin diqqətinin nəticəsidir ki, Qəbələ şəhəri son illlər sürətlə inkişaf edib, ölkənin əsas turizm mərkəzlərindən birinə çevrilib. Rayonda bir çox sənaye müəssisələri, turizm obyektləri tikilərək istifadəyə verilib. Aparılan quruculuq işləri rayon əhalisinin rifahının daha da yaxşılaşmasına gətirib çıxarıb”.
B.Qasımovun sözlərinə görə, Qəbələ Dəmir yol Vağzalının və Ləki-Qəbələ birxətli dəmir yolunun istifadəyə verilməsi vətəndaşların rahatlığına xidmət edəcək: “Bu layihənin reallaşması Qəbələdən paytaxta və digər yerlərə gedən sakinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına imkan yaradacaq, turizmin inkişafına öz töhfəsini verəcək”.
Qəbələnin gənc sakini Anar Şirinov isə deyib ki, bütün ölkədə olduğu kimi, rayonda da gənclərə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Onun sözlərinə görə, regionlarda görülən işlər, həyata keçirilən layihələr dövlət başçısının hər bir vətəndaşın qayğısına qaldığını sübut edir: “Prezident İlham Əliyev Qəbələyə son səfəri ilə həm də onu sübut etdi ki, azsaylı xalqların tarixinin, mədəniyyətinin, dilinin qorunub saxlanılması dövlət siyasətinin əsas prioritetlərindəndir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39

