/ / Milli mətbuatın davamlı inkişafının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Milli mətbuatın davamlı inkişafının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
23.07.2021 [09:16]
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı gənclər birliyinin birgə təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Günü münasibətilə “Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan mətbuatının inkişafındakı rolu” mövzusunda onlayn konfrans keçirilib.
İsmayıllı Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, onlayn konfransı YAP Şamaxı rayon təşkilatı gənclər birliyinin sədri Nuranə Məmmədova açaraq Milli Mətbuat Günü münasibətilə media işçilərini təbrik edib.
Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova çıxış edərək milli mətbuatın yaranma tarixi barədə danışıb. Qeyd edib ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşr olunan “Əkinçi” qəzetinin fəaliyyətə başlaması ilə Azərbaycanda milli mətbuat tarixinin əsası qoyulub. Vurğulayıb ki, cəmi 56 sayı işıq üzü görən “Əkinçi” qəzetinin xalqımızın milli birliyinin möhkəmlənməsində, milli oyanışında əvəzsiz xidmətləri olub. “Əkinçi” qəzetinin ardınca “Ziya”, “Kəşkül”, “Kaspi” kimi qəzetlər də milli mətbuatın inkişafına öz töhfələrini veriblər. Könül Eyvazova Azərbaycanda milli mətbuatın inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətlərinin xüsusi olaraq qeyd edib. Ümummilli Liderin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanının bu sahədə xüsusi əhəmiyyətini vurğulayıb.
Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında vurğulayıb ki, mətbuat cəmiyyətin aparıcı ictimai institutlarından biridir. “Ölkəmizdə milli mətbuatın davamlı inkişafının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ulu Öndər Heydər Əliyevin bütün siyasi və dövlətçilik fəaliyyəti milli dövlətçiliyin inkişafı və möhkəmlənməsi ilə bağlı idi. Məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində Azərbaycan milli mətbuatı qabaqcıl ideyaların carçısı, dövrün ictimai-siyasi həyatının güzgüsü olmuşdur. Azərbaycanda demokratik, plüralist mətbuatın formalaşmasından danışarkən azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlər Ulu Öndər Heydər Əliyevin azad sözə verdiyi qiymətin təzahürüdür”, - deyə Hikmət Babaoğlu qeyd edib.
Konfransda çıxış edənlər bu gün qalib ölkəni təmsil edən Azərbaycan mediasının üzərinə çox böyük məsuliyyətin düşdüyünü bildiriblər. Vurğulanıb ki, informasiya müharibəsinin aparıldığı bir zamanda qabaqcıl texnologiyaların istifadəsi, media məkanında sürətli qloballaşma prosesinin getməsi jurnalistlərin məsuliyyətini daha da artırıb. Belə ki, artıq cəmiyyəti daha peşəkar şəkildə məlumatlandırmaq, obyektiv məlumatlar vermək prioritet vəzifələrdəndir.
Sonda konfrans iştirakçıları Həsən bəy Zərdabinin məzarına virtual səyahət ediblər.
Xəbər lenti
Hamısına baxDünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05

