Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Casusluqda ittiham olunan iki erməni ilə bağlı cinayət işi üzrə məhkəmə iclası keçirilib

Casusluqda ittiham olunan iki erməni ilə bağlı cinayət işi üzrə məhkəmə iclası keçirilib

27.07.2021 [08:41]

İyulun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Gevorg Sujyan cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçdiklərini bildiriblər.
Fasilədən sonra prosesdə Gevorg Sujyanın istintaqa verdiyi ifadə elan edilib.
Sonra digər təqsirləndirilən şəxs Davit Davtyan sərbəst ifadə verib və onun istintaqa verdiyi ifadə elan olunub.
Bu cinayət işi üzrə növbəti məhkəmə iclası iyulun 28-nə təyin olunub.
Qeyd edək ki, Gevorg Sujyan və Davit Davtyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci, 276-cı, 279.1-ci və 318.2-ci maddələri ilə ittiham olunurlar.

Paylaş:
Baxılıb: 609 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31