7 şəhid... 7 körpə oğul...
18.11.2021 [10:08]
Səhiyyə Nazirliyinin statistikası: Dünən yeddi körpə oğul bala Azərbaycan vətəndaşı kimi dünyaya göz açdı
Zalimin zəfəri başdan qələtdir,
Zamanın səsini biz də dinlərik.
Dünya gücümüzə yaxşı bələddir,
Hələ biçilməmiş əkilənlərik!
Böyük şairimiz Bəxtiyar Vahabzadənin bu misraları uzaq 1990-cı ilin Qanlı yanvar şəhidləri üçün yazılmışdı. O vaxt şair bəlkə özü də bilmirdi ki, həmin misralar onun xalqı tərəfindən hələ uzun illər boyu zaman-zaman xatırlanacaq, hər dəfə düşmən gülləsinə tuş gələn igid oğullarını Vətən bayrağı ilə dəfn edən Azərbaycan elə həmin gün də hər igidin əvəzinə yeni oğlan uşaqlarını qoynuna alacaq, ana laylası kimi pıçıldayacaq o kəlmələri...
Noyabrın 8-də hamılıqla Zəfər yürüşünə çıxdıq, 30 il düşmən tapdağı altında inləyən torpaqlarımızın azadlıq gününü bayram etdik.
Dostlar sevindi, təbrik etdi.
Düşmənlər qan ağladı. Ağladığını gizlətmək, miskin halını pərdələmək üçün də xislətinə sadiqliyini nümayiş etdirməkdən çəkinmədi, həyasızcasına Dövlət sərhədlərimizə göz dikdi, gah əsgərimizə qumbara atdı, gah mövqelərimizə hücum etdi... Susduruldu, əlbəttə! İtki verərək, rəzil olaraq, əsir düşərək cavabını aldı.
Noyabrın 16-dan 17-nə keçən gecə Vətən uğrunda yeddi şəhid verdi Azərbaycan. Yeddi igid köksünü düşmən gülləsinə sipər edib canından keçdi. Yeddi ana qara saça, ağ günə həsrət qaldı... Amma həmin gecə yeddi oğul gəldi yer üzünə, Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsindən aldığımız məlumata görə, yeddi körpə oğul bala Azərbaycan vətəndaşı kimi dünyaya göz açdı.
Bu, təsadüfdürmü, taledirmi? İlahi Haqqın bizim yanımızda olmasına, haqq yolumuzu bəyənməsinə, sıralarımızın heç bir zaman seyrəlməsinə yol verməyəcəyinə vədidir, deyərdim!
Cavi Dan
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

