Atalar “üç”dən deyib...
09.12.2021 [11:00]
Bəs ÜST nə deyir?
MÜŞFİQƏ
“Buster” dozası məcburidirmi?
Dünyada koronavirusa yoluxma “həndəsi silsilə” ilə artır. Havaların da soyuq keçməsi ilə mövsümi xəstəliklərin çoxalması immun sisteminin zəifləməsinə gətirib çıxarır. Hazırda dünyanın ayrı-ayrı ölkələrində, eləcə də yeni dalğaların qarşısının alınması məqsədilə vaksinin üçüncü dozasının vurulmasına başlanılıb.
“Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir və avqust ayından etibarən ölkədə “buster” dozanın vurulmasına başlanılıb. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 739 mindən çoxdur. Üçüncü - “buster” doza ilə peyvənd olunanların sayı isə 1 milyon 37 min 909 nəfər təşkil edir.
ÜST: Üçüncü doza yalnız immuniteti zəif olan insanlar üçün lazımdır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus bildirib ki, peyvəndlərin üçüncü dozası (buster) yalnız immuniteti zəif olan insanların çox kiçik bir qrupu üçün lazım ola bilər. Lakin hələlik ÜST, əhalinin bütün təbəqələri və xüsusilə də artıq tam peyvənd olunan sağlam insanlar üçün onların istifadəsinin əleyhinə çıxır.
Nə üçün üçüncü doza vaksin vurdurmalıyıq?
Üçüncü doza vurduranların əksəriyyəti təhsil və tibb işçiləridir. Məlum olduğu kimi, iki doza vaksin olunmuş təhsil və tibb işçiləri arasında koronovirusa yoluxanlar da var. Onların təbirincə desək, iki doza qorumadısa, üçüncü doza qoruyacaqmı?
TƏBİB-dən verilən məlumata görə, ilk iki dozanın vurulmasından sonra bir sıra peyvəndlərin növündən asılı olaraq üç, altı, səkkiz ay müddətində qoruyuculuğn davam etdiyi, sonra azalmağa başladığı müşahidə edildi. “Buster” doza isə gücləndirici, möhkəmləndirici məqsəd daşıyır. Yəni bu, heç də yeni bir peyvəndləmə prosesi deyil, ilk iki dozanın davamı olaraq əlavə gücləndirici dozadır, immuniteti gücləndirməyə xidmət edir.
Üçüncü doza kimlərə vurulmalıdır?
Qurumdan bildirilib ki, yaşlılar, xəstəliyə yoluxduğu təqdirdə onu ağır keçirmək riski olanlar, ilk iki dozanı alan və heç bir şübhəli hallarla üzləşməyən hər kəs üçüncü doza ilə əlaqədar müraciət edə bilər. İlk iki dozadan asılı olmayaraq, üçüncü doza təklif olunan istənilən peyvəndi seçmək olar.
Üçüncü doza sondurmu?
Üçüncü dozadan sonra dördüncü dozanın da vurulacağı haqqında indidən heç nə demək olmaz, ona ehtiyac olub-olmayacağını zaman göstərəcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə bildirilib ki, “İmmunitet sertifikatı” bitdikdən sonra 56 gün müddətində “buster” doza vurduran şəxslər müddətsiz “İmmunitet sertifikat”ı alacaq. Əgər “buster” dozanı vurdurmaq üçün tələb olunan vaxt yəni ki, 56 gün ötürülərsə, o zaman “Peyvənd sertifikatı” əldə etmək üçün hər iki doza vaksin vurulmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09

