Biganəlik, yoxsa diqqətsizlik?
21.01.2022 [23:17]
Qəbul imtahanlarına Azıx mağarası və Qobustan abidəsi ilə bağlı suallar niyə salınmır?
MÜŞFİQƏ
Məlum olduğu kimi, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı suallarının sayı orta ümumtəhsil məktəblərinin proqramını bütünlüklə əhatə etmir. Məsələn, Azıx mağarası, Qobustan abidəsi ilə bağlı mövzular testlərə salınmır. Bunun fərqində olan şagird və abituriyentlər isə həmin mövzuları öyrənməyə cəhd göstərmirlər. Bəs bu hal gələcək nəslin tariximizə biganəliyi ilə nəticələnə bilərmi? Axı orta məktəblərin bir vəzifəsi də layiqli vətəndaş yetişdirməkdir.
“Test tapşırıqlarının həcmi az olduğundan bütün mövzuları əhatə etmək mümkün deyil”
Mövcud vəziyyəti şərh edən təhsil eksperti Kamran Əsədov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, hazırda sualların sayı bütün mövzuları əhatə etməyə imkan vermir. Onun sözlərinə görə, Azərbaycanın bir sıra mühüm tarixi dövrləri ilə bağlı suallar test tapşırıqlarına salınmır: ”Bildiyiniz kimi, II və III ixtisas qrupunun test imtahanlarına tarix fənnindən suallar salınır. İmtahan iştirakçılarına təqdim edilən 30 sualda 5-ci sinifdən 11-ci sinifə qədər olan 13 kitabda yer almış mövzular əksini tapmalıdır. Aydındır ki, hər kitabdan maksimum 2 sual sala bilərik. Azıx mağarası mövzusuna daha çox xəritə suallarında, Qobustan mövzusuna isə Mezolit dövrünə aid sualların içində yer verilir. Bunu hər il təkrarlamaq mümkün deyil. Əvvəlki illərin sınaq və qəbul imtahanlarında Azıx mağarası, Qobustan abidəsi ibtidai icma quruluşuna aid abidələr haqqında sualların spesifikasına aid edilirdi. Sadəcə, test tapşırıqlarının həcmi azdır, bütün mövzuları əhatə etmək olmur”.
Təklifimiz var...
Ekspert Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin təmsilçisi kimi bu barədə təklif irəli sürdüklərini deyir: “Yaxşı olar ki, bu tipli tarixi mövzular tarix fənnindən yox, Azərbaycan dili və xarici dil fənnindən olan mətn suallarına, eləcə də açıq tipli suallara daxil edilsin. Yaponiya təcrübəsinə nəzər yetirsək, görərik ki, tarixçi olmaq istəyən abituriyentə ancaq o sahədən suallar verilir. Bizdə isə III ixtisas qrupunda imtahan iştirakçısına 30-u Azərbaycan dili, 30-u ədəbiyyat, 30-u isə tarix fənni olmaqla 90 sual təqdim edilir. Bu şəxs istər tarixçi, istər dilçi, istərsə də hüquqşünas ola bilər. Düşünürəm ki, bu suallar abituriyentin biliyini tam əks etdirməyə imkan vermir. Ancaq insan konkret sahə üzrə imtahan verib tarixçi olmaq istəyirsə, ədəbiyyatdan 30 sualın yerinə tarix suallarının sayını artırmaq daha məqsədəuyğun olardı. Vəziyyətdən digər çıxış yolu isə budur ki, buraxılış imtahanlarına Azərbaycan dili kimi Azərbaycan tarixi fənni də mütləq şəkildə salınmalıdır. Çünki hər bir Azərbaycan vətəndaşı öz dilini və tarixini bilməlidir”.
44 günlük müharibədən sonra münasibət necə olmalı idi?
Təhsil eksperti Nadir İsrafilov isə deyir ki, bu gün təhsil sahəsində əsas problem dərsliklərin yükünün ağır olmasıdır. Hansı mövzuların salınıb-salınmaması isə ikinci dərəcəli məsələdir: “Düzdür, proqramda müəyyən mövzular var ki, onlar imtahanlara salınmayıb. Azıx mağarası ilk insan məskənimizdir. Keçmişimizi, tariximizi nə qədər yaxşı bilsək, başımızın ucalığıdır. Bu kimi mövzuların testlərə salınmaması gələcək nəslin diqqətsizliyinə səbəb olmamalıdır. Sualların sayını artırmaqla məsələni kökündən həll etmiş olmuruq. Sizin müzakirəyə çıxardığınız məsələni şübhəsiz ki, təhsil ekspertləri olaraq biz də qaldıracağıq. Bu gün əsas problem proqramlarda ikinci-üçüncü dərəcəli materialların çox olmasıdır. Bunlar isə əlavə ağırlıq yaradır”.
Ekspertin sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tarixinə yeni baxış bucağı formalaşmaqdadır. Bu, dərsliklərin və proqramların tərtibinə də aiddir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34

