Hamıya yer var, özümüzdən başqa
21.01.2022 [23:40]
“Qaçaq Kərəm”i “Dədə Qorqud” boylarından biri ilə əvəzləmək olmazdımı?
İlhamə Rəsulova
Təhsil Nazirliyi məktəblilərin mütaliə və müstəqil bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılması məqsədilə “Düşünən oxucu” adlı müsabiqə təşkil edib. Müsabiqə V-IX sinif şagirdləri arasında keçirilir. İştirakçılar “Düşünən oxucu” müsabiqəsi üzrə oxu ədəbiyyatı siyahısında göstərilmiş 35 ədəbiyyat nümunəsindən biri əsasında videotəqdimat hazırlamalıdırlar. Müsabiqə şərtlərinə əsasən, hər iştirakçı bir əsər üzrə hazırlanmış 5 dəqiqəlik videotəqdimatda bədii əsərin mövzu və ideyasını təhlil etməli, əsərin ona bağışladığı təsiri dəyərləndirməlidir. Təhlil zamanı şagird “Mən qəhrəmanın yerində olsaydım, nə edərdim?”, “Əsərin müəllifinə hansı sualı verərdim?”, “Niyə bu kitabı oxumağı məsləhət bilərdim?” suallarından ən azı birinə cavab verməlidir.
Müsabiqənin təşkil edilməsi, xüsusilə hədəflədiyi məram nəzərə alınarsa (şagirdlərdə fikir bildirmək və müzakirə qabiliyyətinin inkişaf etdirilməsi), ümumilikdə təqdirəlayiq hadır. Lakin təşkilatçılığın yüksək səviyyədə olduğunu deyə bilmərik. Adı çəkilən əsərlərin siyahısı Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrinin kitabxanalarına təqdim edilmiş kitablar əsasında tərtib olunub.
35 əsər arasında Azərbaycan ədəbiyyatı nümunələrinə yalnız 5 yer verilməsi, yumşaq desək, təəccüb doğurur. Milli ədəbi örnəklərimizdən müsabiqəyə “Koroğlu”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm” dastanları, Nizaminin “Oğluma nəsihət”, Zahid Xəlilin “ Kralın kreslosu” əsərləri daxil edilib.
Tutalım, “Qaçaq Kərəm” dastanını “Dədə Qorqud” boylarından biri ilə əvəzləmək olmazdımı? Ədəbiyyatımızdan söz düşəndə xalqımızı niyə yalnız qaçaqlar təmsil etməliydi? Nə üçün siyahıya uşaq ədəbiyyatının möhtəşəm nümunələrini yaratmış Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin, Abdulla Şaiqin adları salınmayıb? Müsabiqə azərbaycanlı şagirdlər arasında aparılırsa, ədəbi örnəklər siyahısında heç olmasa 10 azərbaycanlı müəllifin adı yer almalıydı. Hələ burasını demirik ki, cənubi Azərbaycanda yaşayıb-yaratmış ədiblərimizin də əsərləri bu siyahıya salına bilərdi. Məsələn, Şəhriyarın hər hansı bir şeiri və ya Səməd Behrənginin “Balaca qara balıq” əsəri şagirdin dünyagörüşünün zənginləşməsinə daha çox pay verərdi.
Əlbəttə, biz dünya ədəbiyyatı incilərinin tanıdılmasının, şagirdlərimizin geniş dünyagörüşə sahiblənməsinin əleyhinə deyilik. Bununla belə, siyahıya daxil edilmiş əsərlərin seçimi daha korrekt aparıla bilərdi. Məsələn, qardaş Türkiyə ədəbiyyatından adı Azərbaycanda tanınmamış nasirin əsəri əvəzinə dünya şöhrətli satirik Əziz Nesinin, məsələn, “İndiki uşaqlar möcüzədirlər” povestinin siyahıya salınması daha münasib olardı.
Aleksandr Dümanın “Qraf Monte-Kristo” əsəri əvəzinə “Üç müşketyor” romanı uşaqlar üçün daha maraqlı, daha cəlbedici görünə bilərdi, üstəlik, həcm baxımından da bu romanlar arasında ciddi fərq var. Artur Konan Doylun “Baskervillərin iti” və “Şerlok Holmsun macəraları” adlı iki kitabı siyahıda yer alıb. Eyni müəllifin iki kitabından birinin yerinə dünya şöhrətli nağıl ustaları Andersenin, yaxud Qrimm qardaşlarının yaradıcılığına müraciət etmək olardı. Həmçinin Astrid Lindqrenin ölkəmizdə az tanınan “Şir ürəyi qardaşları” əsəri yerinə “Balaca və damda yaşayan Karlson” əsərini oxuyub təhlil etmək də, əminik ki, məktəblilərə daha xoş gələrdi. Televiziya ekranlarında dəfələrlə nümayiş etdirilmiş “Harri Porter” silsiləsinə müraciət olunmasının da uşaqlarda bu kitaba böyük maraq oyadacağı inandırıcı görünmür.
Tərtib olunan siyahı hər yaş qrupunu əhatə etsə də, bölgü aparılmayıb. Məsələn, “Dəniz kənarıyla qaçan Alabaş” povesti V-IX sinif şagirdlərinin anlaması üçün bir qədər ağır əsər sayıla bilər. Ümumiyyətlə, böyük əsərlərin təhlilinə cəmi 5 dəqiqə vaxt ayrılmasının özü də qəribədir. Çünki bunca dar zaman ərzində irihəcmli bir əsəri ətraflı təhlilə çəkmək, özünü qəhrəmanın yerinə qoymaq və bu barədə düşüncələrini bölüşmək, üstəlik, müəllifə sual ünvanlamaq imkansızdır. Buna imkan yaradılsa belə, ortaya bəsit iş çıxacaq.
Ümid edirik ki, tutulan iradlar gələcək müsabiqələr zamanı nəzərə alınar.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

