Mübariz yolu
08.02.2022 [11:03]
O özünü sağlığında Vətənə qurban demişdi
İlhamə RƏSULOVA
Onun növbəti dəfə 22 yaşı tamam olur. Yüz il keçəcək. Amma xalq hər il fevralın 7-də əbədiyaşar, həmişəcavan qəhrəmanın 22 yaşını qeyd edəcək.
Bir Mübariz yüksəkliyi var azad edilmiş torpaqlarımızda. Mübariz postu, mübarizlərin postu. Suqovuşanda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan bu posta çıxmağı əsgərlər özlərinə şərəf hesab edirlər. Mübariz adı cəsurluğun, igidliyin, mətinliyin rəmzidir. Bu adı daşıyan postu qoruyanlar da ən az Mübariz qədər qorxmaz olmağı özlərinə borc bilirlər. Bax beləcə, Mübariz özündən sonra bir igidlik məktəbi qoyub gedib, özündən sonra da qəhrəmanlar karvanına başçılıq edir.
Onun yaşı Qarabağ yaralarımız qədər, Qarabağ dərdimizin yaşı bir igidin ömrü qədər idi. Qorxulu nağılları eşidərək böyümüş, intiqam ruhu canına hopmuşdu. Özünə sığışdıra bilmirdi məğlub olmağı, yaralı qürurla yaşamağı. Hər ömrün bir missiyası olur. Mübarizin üsyançı ruhunun missiyası Qarabağ problemini unutmağa qoymamaq, canı bahasına yatmış ruhları silkələmək, dünyaya hayqırmaq idi. Deyirlər ad insanın taleyini yazır, insanlar adlarına bənzəyir. Mübarizin timsalında bu deyimə inanmamaq mümkün deyil. Mübariz adının möhtəşəmliyini, ucalığını yaşadı, doğrultdu. Vətənin, torpağın yaddaşına Mübariz adı əbədiyaşar ad kimi düşdü.
O, sağlığında özünü Vətənə qurban demişdi: “Hərənin öz yolu var. Mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən...” deyərmiş Vətən fədaisi.
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Amma onun şəhadətindən sonra bu kəndi hamı Mübariz kəndi kimi tanıyır. Hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. 2009-cu ilin avqust ayında gizir rütbəsində hərbi xidmətini davam etdirib. Bir müddət sonra öz istəyi ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
Dostlarının danışdığına görə, mütəmadi olaraq boksla məşğul olarmış. Cəbhə yoldaşı Rəşad Həsənlinin sözlərinə görə, namaz qılarmış, hətta ən çətin günlərində belə ibadətinə ara verməzmiş.
Hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirmişdi.
İgidlik dastanının yazıldığı gün
18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin bir neçə əsgər və zabitini öldürür. Sonra isə ermənilərin öz silahlarını onlara qarşı istifadə edərək 5 saat onlarla döyüşür. Mübariz İbrahimov səhərə yaxın saatlarda həlak olur.
Atası Ağakərim İbrahimovun dediklərindən:
“Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar...”
2010-cu ildə Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubda deyilir:
“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Mübariz İbrahimovun ölməsinə baxmayaraq, Ermənistan tərəfi onun cəsədini 141 gün boyunca saxladı, özlərinə xas vəhşiliklə cəsədin şəkillərini internet saytlarında yayır, cəsədi təhqir edirdilər. Onlar ölümündən sonra da Mübarizdən qorxurdular.
İgid Mübarizin düşmən tərəfdə qalmış nəşi bir müddət sonra Ali Baş Komandan İlham Əliyevin qətiyyətli səyləri sayəsində alınaraq doğma Vətənə gətirildi və II Fəxri Xiyabanda dəfn edildi. Onun məzarı üstündəki dağ cüssəli şəklinə baxınca düşünürsən ki, Mübariz yenə də Vətən torpaqlarına keşik çəkir.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli fərmanı ilə İbrahimov Mübariz Ağakərim oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Biləsuvar rayonunda onun adına küçə və orta məktəb var.
Hər il qəhrəmanın doğum və anım günündə Əliabad kəndinə, atası Ağakərim kişinin həyətinə yüzlərlə maşın axın edir. Uzaq-uzaq ellərdən onun adını eşidib gələnlər bu evdə Mübarizin qonaqları kimi qarşılanır. Mübariz dünyadan köçsə də, ölümündən sonra özünə minlərlə, milyonlarla dost qazanıb, gedib. Bu qapı indi müqəddəs ziyarətgah kimidir.
Onun adı həm Azərbaycan, həm türk əsgərləri üçün igidlik simvoludur. Mübariz postunda qoyulmuş büstü isə uzaqları seyr edir. Şahin baxışları uğrunda şəhid olmağı sevərək qəbul etdiyi Vətən torpaqlarının müqəddəs keşiyindədir.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34

