15 min məhkuma şans verilib
06.03.2022 [09:46]
Amnistiya aktının icrası başa çatıb
Günel ABBAS
Ölkəmizdə insan hüquqlarının müdafiəsi daim dövlətin diqqət mərkəzində saxlanılır. Ölkə vətəndaşlarının hüquq və azadlıqlarının, sosial rifahının yüksək təmin olunması istiqamətində aparılan uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan cinayət tərkibli əməllərin törədilməsində ən nadir ölkələrin sırasında ön yerdə qərarlaşıb. Bununla yanaşı, ölkəmizdə bu və ya digər səbəblərdən hansısa cinayət törədərək həbsxana həyatı yaşayan məhbusların vaxtından əvvəl azad olunmaları da tendensiya halını alıb.
Prezident İlham Əliyevin təşəbbüsü nəticəsində 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktı bu uğurlu addımlardan biridir. Qeyd edək ki, ötən gün sözügedən amnistiya aktının icrası başa çatıb. Sonuncu dəfə belə geniş amnistiya aktı 2016-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisdə qəbul edilib. Həmin ildə amnistiya aktının tətbiqi nəticəsində 2,8 mindən çox şəxs azadlıqdan məhrumetmə cəzasından azad edilib. Amnistiya aktı ümumilikdə 10079 məhkum olunmuş şəxs barəsində tətbiq edilib, onlardan 9538-i kişi, 541-i qadın, o cümlədən 97-si yetkinlik yaşına çatmayan şəxslər olub. Eləcə də amnistiya aktının tətbiq edilməsi nəticəsində cərimə cəzasına məhkum edilmiş 2240 şəxs 2.344.797 manat məbləğində cəriməni ödəməkdən azad olunub. Heç şübhə yoxdur ki, 8 Noyabr amnistiya aktı 2016-ci il amnistiya aktından bir qədər də təkmil və çoxistiqamətli olacaq.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bu amnistiya aktının Zəfər Günü münasibətilə atılan uğurlu addımlardan biri olduğunu bildirdi: “Amnistiyanı şərtləndirən ən vacib məqam onun Zəfər Gününə - 8 Noyabr tarixinə həsr olunmasıdır. Amnistiyanın preambulasında da qeyd olunduğu kimi, Vətən müharibəsindəki Qələbə Azərbaycan xalqının özünə inamını, güvənini daha da artırıb, Azərbaycan dövlətçiliyini daha da gücləndirib. Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü ilə bağlı 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi Azərbaycan dövlətinin növbəti humanist addımı kimi yüksək dəyərləndirilir”.
Deputat amnistiyanın 15 min insana şamil olunduğundan qısa müddəti əhatə etmədiyini də vurğuladı: “Bu amnistiya sayəsində məhbuslar həbsxanalardan azad olunub və ya cəzaları yarıya endirilib. Son illərdə bu qədər çox şəxsə şamil olunan amnistiya aktına rast gəlməmişdik. Bu, Cənab Prezidentin Azərbaycan insanına və humanizm dəyərlərinə sadiq olduğunu göstərir. Amnistiya minlərlə ailəyə sevinc yaşatdı, məhbusluq həyatı yaşanlara yenidən şans verdi. Onların sonrakı mərhələdə daha doğru addımlar ataraq qanunsuz əməllərdən kənar olmalarını şərtləndirdi. Bu səbəbdən, prosesdən yararlanan insanlar ölkə başçısının humanist addımını unutmayacaq. Amnistiya aktının qəbul edilməsi həm də iqtidarla xalq arasındakı bağların gücləndirilməsinə və zənginləşdirilməsinə xidmət etdi. Bununla yanaşı, amnistiya aktı milli həmrəyliyə xidmət edən müstəsna hadisələrdən biridir. Çünki həmin insanlar bundan sonra cəmiyyətə inteqrasiya olunaraq ölkəmizin daha da inkişaf etdirilməsi üçün çalışacaqlar”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

