Buratino xəstəliyi
01.04.2022 [10:50]
İlhamə HƏKİMOĞLU
1 apreldə insanlar başqalarını aldatmaları ilə öyünürlər. Yalanın “hüquqi status aldığı gündə” peşəkar yalançılar barədə danışacağıq.
Yalan danışanda insanın burnu məşhur nağıl qəhrəmanı Buratinonun burnu kimi uzanmır ki, kənardan yalanı asanlıqla tuta biləsən. Amma belə olsaydı, gərək hamının burnu özündən 1 metr qabaqda hərəkət edəydi. Çünki demək olar ki, hamı yalan danışır. Sadəcə, məqsədlər fərqli ola bilər. Yalan bəzən qorumaqdır, bəzən sevməkdir, bəzən itirmək qorxusudur, bəzən qarşısındakının ürəyini qırmamaqdır, bəzən can qurtarmaqdır... Hər kəsin yalnız doğruları söylədiyi bir dünya da çox acımasız olmazdımı? Çirkinin üzünə “çirkinsən”, xəstəyə “öləcəksən” demək, ümidləri olana “boş yerə gözləmə”, nələr üçünsə səy göstərən birinə “boş yerə zəhmət çəkmə, olmayacaq” demək bunları eşidən üçün çox acı olmazdımı? Yalan həm acıdır, həm şirindir. Yəqin ki, Baron Münhauzenin, Gopçu Pirimin nağıllarını oxuyub çox gülmüsünüz. Real həyatda yalan vədlərdən yararlanmaq əlbəttə ağrıverici olur. Dünyada yalan söyləmək xəstəliyinin olduğunu da yəqin eşitmisiniz.
Mitomani adlanan bu xəstəlik insanlar özlərini önəmli hiss etmədiklərində, diqqət çəkmək istədiklərində üzə çıxır. Mitomanlar, yəni patoloji yalançılar olmayan hadisələri ustalıqla danışar və qarşısındakı insanı inandırmağı bacarırlar. Çox zaman yalanın ağrı verdiyinin fərqində belə deyillər. Xəyal güclərindən uydurduqlarını gerçək sanırlar. Başqa sözlə, öz yalanlarına özləri də inanırlar. Yalan demək üçün hansısa səbəbləri olmasa belə, yalan deməyə ehtiyac duyarlar. Mitomani xəstəliyi 15-16 yaşlarda başlayar. Müalicə edilmədiyində ciddi problemlər yaşana bilər. Cəmiyyətdə müəyyən nüfuzu olanlar arasından da peşəkar yalançılar çıxır.
Yalançıların hekayələri tamamilə inanılmazdır. O, gah prezident ilə görüşdüyünü, gah kraliçə ilə nahara dəvət aldığını deyə bilər.
Patoloji yalançılar özlərinin qəhrəmanlıq hekayələrini uydurur, səhvlərini etiraf etmək və ya problemlə üzləşdiklərini səmimiyyətlə söyləmək əvəzinə, günahsız görünmək üçün “goplayırlar”. Və ya qurban kimi görünə bilərlər. Rəğbət almaq üçün xəstəliklər, yaxınlarının ölümü, birinin qəddarlığı barədə acılı hekayələr uydura bilərlər. Tipik olaraq, kompulsin yalançıların özünə hörməti aşağı olur, Buna görə də çox zaman davakar olurlar - yalanı gizlətmək, özlərini güclü göstərmək üçün.
Patoloji yalançı ilə mübahisə başını divara vurmaq kimi anlamsızdır. Mübarizədən yorulana qədər ən gülünc arqumentləri verəcək, təki qalib olaraq mübahisədən çıxa bilsin. Bütün hallar üçün inandırıcı versiyaları öncədən uydurub hazır saxlayırlar. Sirr saxlamağı bilmir və qeybət etməyi sevirlər. Həvəslə başqasının həyatının təfərrüatlarını, o cümlədən intim həyatını müzakirə edirlər.
Bu davranışların səbəbi nədir? Bilə-bilə yalan danışmaq patologiyasının açıq elmi izahı yoxdur.
Ən çox yayılmış səbəblər arasında şəxsiyyət pozğunluqları, beynin xüsusiyyətləri (prefrontal korteksin üç hissəsində ağ maddə daha çox olur), tərbiyə forması, narkotik və alkoqol aludəçiliyi, depressiya, narahatlıq və ya obsesiv-kompulsiv pozğunluq ola bilər. Bu davranış qorxu, günahkarlıq və utanc hissi ilə də əlaqələndirilə bilər.
Ailənizdə, sevdikləriniz arasında yalançı varsa onunla necə rəftar etməlisiniz?
Ən azından ona nə vaxt inanacağını və nə vaxt inanmayacağını anlamağa çalışın. Bilin ki, o, davamlı şəkildə yalan danışacaq. Bu, özünüzü nağıllara inanmağa və ya davranışlarını norma kimi qəbul etməyə məcbur etmək demək deyil. Bir yalançıya hansısa vacib işinizi tapşırıb, həllinə arxayın olmayın. Yalan ürəyinizi ağrıtmasın deyə bunu şəxsinizə qarşı yönəlmiş duyğu kimi qəbul etməyin. Bilin ki, hər kəsin üz döndərdiyi yalançının yanında bir tək siz qalmısınız, hər kəs onu maskalı görürkən, siz həqiqətdən xəbərdarsınız.
Xəbər lenti
Hamısına baxAnalitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07

