Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Din xadimləri üçün Attestasiya Komissiyası yaradılacaq

Din xadimləri üçün Attestasiya Komissiyası yaradılacaq

14.04.2022 [19:10]

Din xadimləri üçün Attestasiya Komissiyası yaradılacaq.

Bunu "Report"a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

Onun sözlərinə görə, din xadimlərini həmin komissiya attestasiya edəcək: "İstər din xadimi olmaq istəyənlərin, istərsə də attestasiyada iştirak edənlərin din, dil, qanunvericilik bilikləri, dünyagörüşləri və peşə bacarıqları yoxlanılacaq. Bunun üçün imtahan-müsahibə və attestasiya proqramları əvvəlcədən hazırlanacaq və rəsmi qaydada təsdiqlənəcək".

Sədr müavini Attestasiya Komissiyasında kimlərin təmsil olunacağı məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, qanuna əsasən, Attestasiyanı Dövlət Komitəsi keçirir, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri və mütəxəssislər bu prosesdə iştirak edirlər: "Əslində din xadimlərinin attestasiyası yeni məsələ deyil. İndiyədək bu işi Qafqaz Müsəlmanları İdarəsi həyata keçirib və bu sahədə onların təcrübəsi var, biz də bu təcrübədən istifadə edəcəyik".

Paylaş:
Baxılıb: 1681 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31